Bir həyat hekayəsi

 
Bir həyat hekayəsi


Bir həyat hekayəsi...

Bir avtobus dayanacağında qarşılaşmışlar idi ilk dəfə... Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha, bir daha, bir daha, daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc... Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı. Amma nəhayət bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Qarşılaşdıqları ilk səhər cavan oğlan dotsugildə qaldığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə qaldığı üçün...

Sırf bir-birilərini görə bilmək üçün, hər səhər tezən evlərindən çıxıb, şəhərin o biri ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər bir müddət sonra...

Universitetlərini bitirdikdən sonra dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt... Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki ürəkləri və əlləri, hər bir şeyi əhəmiyyətsiz hesab etdilər. Ayın sonunu çətin gətirdikləri günlərdə də məşhur bir həkim və məşhur bir memar olduqlarında da həmişə xoşbəxt idilər. Zaman parçalamasına uğrayan, vərdişlərə məğlub olan, bank hesabında pul qalmadığı üçün ya da tam tərsinə o hesabı daha da qabarıq hala gətirmək uğuruna bitib-tükənən sevgilərdən deyildi onlarınki... Heç bir şey onların sevgisini azalda bilmirdi..

Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü... Tək əskikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq uşaq sahibi olmayanda, "bütün xoşbəxtliklərin bizim olmasını gözləmək, eqoizm olar" deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər... "Sənin üçün ölərəm" deyərdi qadın, sıx sarılıb sevdiyinə və sevdiyi; "Xeyr, mən sənin üçün ölərəm" deyə cavab verərdi həmişə...



Qadın bəzi zamanlar evə gəldiyində, aynanın üzərində bir yazı görərdi, "Bir dənəm, kitabxananın ikinci rəfinə bax..." Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı; "Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma.
" Mətbəxdəki masadan, salondakı rəfə sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı... Aldığı hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da...

Həyat nə qədər sürətli axsa da, işləri nə qədər çox olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına amma 40 yaşların ortalarına gəldiklərində, daha az işləməyə qərar verdilər. Kişi, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə götürdü. Artıq daha çox birlikdə ola bilirdilər.

Bir gün sahildə gəzərkən qadın, üzərində “satılır” lövhəsi asılı olan xarab vəziyyətdə bir ev gördü.

"Necə düşünürsən, bu evi alaqmı?" dedi yoldaşına. "Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti beynimdə çəkdim artıq. Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı..."
"Sən istəyərsən də mən heç yox deyə bilərəmmi?" deyə cavab verdi yoldaşı. "Amerikadakı tibb konqresindən qayıdan kimi əlaqə saxlayacam əmlakçıyla... Nə qədər pul olursa olsun, bura bizimdır artıq..."
Amerikaya gedərkən yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, hər ikisi üçün ayrılmaları çətin oldu. Hər gün, hər saat danışdılar telefonla…
Gözyaşları içində qucaqlaşdılar hava limanında..

Lakin bir neçə gün sonra...
Ardı var...


Geri dön

GlamouR_

  • 14 iyun 2011 01:09
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
twk-ler eladir hemde menali

--------------------

light_in_the_dark

  • 2 iyun 2011 17:20
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
men bunu oxumuwam. yenede yazdigin ucun twk.sonu cox kederlidir recourse

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

_RONALDO_

  • 6 mart 2011 15:18
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
maraqlı xəbərə görə çox sağol

--------------------

Ulya

  • 27 oktyabr 2010 18:04
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox maraqlidi.goresen davami ne olacaq?

Azeri_Gozeli

  • 26 oktyabr 2010 22:25
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Grace_Angel

  • 26 oktyabr 2010 22:23
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler...maraqli hekayedir...sebrsizlikle davamini gozleyirem.....

--------------------

winner...

  • 26 oktyabr 2010 22:17
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
thanksss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 65
Cəmi: 89

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 20
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}