İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar"

 
İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar"

İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar."

Kiməm mən? Hardayam? Hara gedirəm?

Hey soruşuram özümdən. Amma cavab tapa bilmirəm.
Gələnə soruram, gedəndən soruşuram, deyən yoxdu kiməm mən.
Arxama baxıram, günləri keçirirəm, ayları ötürürəm, illər üstünə illər sayıram, amma özümü tanımadan.
Ətrafa baxıram, seyr edirəm. Hər şey fanidir axı. Qəlbimsə əbədi istəklərlə döyünür.
Önümə baxıram, bilmirəm hara gedim. Deməli, tanımıram özümü.
Bu ali yaradılan varlığı. Fani yaradılıb, amma fanilikdən əbədiliyə meyl edən, bu faniliklə deyil,
əbədiliklə çırpınan, kiçik görünən, amma əslində əzəmətli qəlbin sahibini.
Tanımıram. Tanıya bilmirəm. Çünki, onu Yaradanı da tanımıram.
Özümdən qafil olaraq günləri saydım.

İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar"

Nəhayət bir gün.... Fitrətimə örtdüyüm o qara pərdələr arasında hidayət günəşinin şüası göründü.
Özümü tanımadan o pak fitrətə bürüdüyüm təkəbbür libasını nəhayət ki, azca da olsa yırta bildim.
O hidayət günəşini görmək üçün. Hidayət günəşinin şüasını hiss etmək üçün.
Özümü özümə tanıda biləcək bu şüanın qəlbimə saçdığı hidayət nuruna qərq olmaq üçün.
Məni heç kim tanıda bilmədi özümə. Mənim unutduğum, amma məni heç unutmayan məni
tanıtmaq istədi özümə. Mənim qaçdığım, amma hey mənə tərəf gələn, məni özümdən çox düşünən istədi tanıyam özümü.
Hər dəfə o nurundan saçdı qəlbimə. Saçdıqca tanıtdı özümü.
Hər dəfə nuru şölələndikcə utandım. Hər dəfə özümü tanıdıqca utandım.
Tanımaq istədiyimdən utandım. Tanımaq istədiyim özümdən və tanımaq istədiyim Yaradanımdan.
Özümün illərlə keçirdiyim qafillikdən, Onun illərlə üzümə düşən rəhmətindən.
Özümün qaçışımdan, Onun məni səsləyən harayından.

İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar"

Özümün viranəliyimdən, Onun isə məni intizarla gözləməyindən.
Özümün yaradıldığımdan və Onun yaradan olduğundan.
Bu zaman özümə nəzər saldım. Bu dəfə özümdən soruşdum: kiməm mən?!
Arxama baxdım. Saydığım günlərə, aylara, illərə. O saydığım zaman deyilmiş məgər,
çiynimə yüklədiyim günah yüküymüş. Ətrafıma baxdım. Bu dəfə faniliyi görmədim,
məni aldadanları gördüm. Arxamca kölgə kimi düşən, özümdən heç ayırmadığım,
işvəsinə aldandığım, gözəllikləri gözlərimi qamaşdıran dünyanı gördüm.

Sanki indiyə kimi bu dünyanın xəyanətini görməmiş, neçələrini aldatdığının şahidi olmamışdım.
Və.... önümə baxdım. Bu zaman isə məni çaş baş qoyan yollar görmədim.
Bir yol gördüm və o düz yolu görə görə ondan ayrı düşənləri.

İmam Əli (ə): "Özünü tanıyan Rəbbini tanıyar"

Ən son Sənə gəldim. Ən son Səni axtardım.
Bütün qapılar üzümə bağlandı. Bircə açıq qapı gördüm.

Nə yaxşı Sən qapılarını bağlamamısan, mən ki Səndən getmişdim.
Nə yaxşı məni tanıdın, mən ki Səni unutmuşdum.
Nə yaxşı məni gözləyirdin, mən ki Səndən qaçmışdım, başqalarının sorağındaydım.
Nə yaxşı nurunu saçdın, mən ki qəlbimi qaraltmışdım. Çünki O Sənsən, mən isə mən.
Özünü tanıdan Sən və özünü tanımayan mən.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 18 fevral 2012 23:01
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler

leylacan

  • 18 fevral 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
{awards}
tesekkurler

lovely boy

  • 18 fevral 2012 18:44
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
{awards}
Twk edirem ALLAH RAZI OLSUN !!!

--------------------

enigmatic_girl

  • 18 fevral 2012 16:29
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

✰GlaMurKa✰

  • 18 fevral 2012 14:45
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAG OLUN

★Miss Love★

  • 18 fevral 2012 14:01
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox wukur ALLAHA onun qapilari hemiwe uzumuze aciqdir budun qapilar baglansa bele

★Adriana★

  • 18 fevral 2012 13:32
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkur edirem ALLAH RAZI OLSUN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}