Yeniyetmələri evdən qaçaq salan nədir?

 
Yeniyetmələri evdən qaçaq salan nədir?

“Yeniyetmə qızlar “sevirəm” sözünün qarşılığında hər şeyi qurban verməyə hazır olurlar”
Problemi necə həll etməli?


Məlum olduğu kimi, bir neçə gün əvvəl Kürdəmir rayon sakinləri olan 3 yeniyetmə qız evdən qaçıb. Aparılan araşdırmalar nəticəsində qızların internet vasitəsilə Bakıda oğlanlarla tanış olduğu və onlarla görüşmək üçün Bakıya gəldiyi məlum oldu. Qızlar tapılaraq ailələrinə təhvil verilib. Onun ardınca Zaqatala rayonunda da 2 oğlan uşağının itkin düşməsi məlum olub və hələ də tapılmayıb.Həm yeniyetmələrin ailəsi, həm də cəmiyyətin narahatlığına səbəb olan hər iki hadisənin arxasında müəyyən məlum və naməlum səbəblər durur. Bu gün mütəxəssislərlə birgə bu kimi halların baş vermə səbəblərini araşdıracağıq.

Problem nədədir?

Hadisənin əsasında xüsusən yeniyetmə yaşlarında ziddiyətli psixoloji durum və onun təhlükəli hallara yol açması dayanır. Eyni zamanda, valideynlərin düzgün olmayan mövqeyi və tərbiyə üsulu, zərəli vərdişlərdən uzaqlaşdırmaq üçün seçdikləri metodlar yeniyetmə və gəncləri evdən qaçmağa belə məcbur edə bilir. Övlada yanaşma forması, onu qiymətləndirmə bir sıra problemlərə yol açır. Vəziyyəti daha da çətinləşdirən səbəblərdən biri də kommunikasiya vasitələri, onlardan nəzarətsiz və yanlış məqsədlər üçün istifadə etməkdir.
17 yaşlı Səbinə deyir ki, özünü çox tək hiss edir. Niyəsə elə düşünür ki, valideynləri onu sevmir: “Həmişə mənim istəklərimə qarşı çıxırlar. Nə desəm, onun səhv olduğunu deyirlər və qəti şəkildə qadağan edirlər. Hər şeyi onların dediyi kimi etməyimi istəyirlər. Seçdiyim dostları da mənə uyğun görmürlər. Elə bil qəsdən məni başa düşmək istəmirlər. Əslində mən istəyərəm, elə bir anam olsun ki, onunla rahat danışa, ürəyimi bölüşə bilim. Ancaq bu, bizdə mümkün deyil. Sonradan səhv olduğunu düşündüyüm addımlar atıram. Hansı ki, bunu evdə bilsələr, mənə nələr edərlər. Amma bu qorxu, sıxışdırma çox pisdir. Adam ancaq baş götürüb qaçmaq istəyir…” Bu gün Səbinə kimi düşünən yeniyetmələr çoxdur. Bu, ailə və cəmiyyət üçün heç də gözdən qaçan və üstündən keçiləcək problem deyil. Gələcəkdə məlum hadisə və digər problemlərə yol açmasın deyə vaxtında məsələyə düzgün və ciddi yanaşmaq lazımdır.

“Məni heç kim anlamır”

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, valideylərin diqqət edəcəyi məqamlar çoxdur: “Çünki hər bir yeniyetmənin özünəməxsus psixoloji halları olur. Yeniyetmənin bir devizi var: məni heç kim anlamır, başa düşmür. Proses, ilk növbədə, fiziki inkişaf, dəyişiklikdən və onun yaratmış olduğu müəyyən psixoloji davranışlar, münasibətlərdən formalaşır. Adətən oğlanlarda gedən bu inkişaf nəticəsində səs dəyişikliyi yaranır, orqanizmin müəyyən hissəsi inkişaf edir, kənardan diqqət, sevib-sevilmək istəyirlər. Fikir versək, görərik yeniyetmələr gündə bir nəfərə aşiq olacaqlar. Müəyyən mahnılara qulaq asırlar ki, ailə üzvləri o mahnıları qətiyyən eşitmək istəmirlər. Onlar isə əksinə daha yüksək səslə qulaq asacaq və göstəmək istəyəcəklər ki, siz heç nə başa düşmürsünüz, əsl musiqi budur. Valideynlərinin dünyadan bir şey anlamadıqlarını düşünərlər”.

Yeniyetmələr nə istəyir – valideyn nə verir?

Psixoloq bildirir ki, bu yaşda yeniyetmələr özlərinə qapılır, otaqda tək qalmaq istəyirlər. Müəyyən qədər ünsiyyətdən qaçırlar. Telefonla çox danışırlar. İnternetdə daha çox vaxt keçirməyə üstünlük verirlər. Bununla daha çox valideynlər rastlaşırlar ki, yeniyetmələrin çimmək problemi olur. Onları hamama salmaq çox çətin olur. Əksər yeniyetmələr gigiyenik cəhətdən özlərinə qulluq etmirlər”. Müsahibimiz qeyd edir ki, problemə də yol açan ailənin bu çətinliklərə dözməməsi olur: “Belə olan təqdirdə valideyn şiddətə meyl etməyə başlayır. Hər hansı yoldan yayındırmaq üçün cəzalandırma üsulunu seçir. Bu cəza metodu yeniyetmənin evdən uzaqlaşmasına, zərərli vərdişlərə qurşanmasına, dərslərindən uzaqlaşmasına və daha çox cəmiyyətdə neqativ, pis mövqe tutan insanlarla yaxınlaşmasına gətirib çıxarır”.
Psixoloqun fikrincə, yeniyetmələrin beynində bir zərərli şey də var ki, asan peşə üsullarını, karyera qurmaq metodlarını seçirlər: “Məsələn, oğlanlar deyir ki, mən futbolçu olacam. Burda söhbət futbolçunu aşağılamaqdan və onun zəhmətini dəyərləndirməməkdən getmir. Söhbət ondan gedir ki, onlar oxumaq istəmədiklərindən bu yolu seçirlər ki, idmandı da, nə var ki? Bir gün də qalib olmaqla hər şeyimiz olacaq. Valideynlər bu məqama diqqət göstərməlidirlər”.

Kumir axtarışlarının fəsadları

Elnur Rsütəmov deyir ki, zərərli vərdişlərdən biri də yeniyetmələrin kumir axtarmalarıdır: “Filankəs siqaret çəkdi, filan qız ərə getdi, filankəs çoxlu oğlanlarla danışır, mən niyə etməyim? Mənim onlardan nəyim əskikdir? Bu kimi hallar olur və bunu da anlayışla qarşılamaq lazımdır. Məsələn, valideyn bilməlidir ki, onun övladı nə istəyir, meyli nəyədir? Övladının şəxsiyyətini alçatmamalıdır, onu təhqir etməməlidir. Çünki onun şəxsiyyəti yeni-yeni formalaşır. Onların şəxsiyyətinə toxunan istənilən söz mənfi reaksiyaya səbəb olur. Baş verən prosesdə də qızlar hazırlığa getmək adıyla evdən çıxıblar. Ola bilər ki, onlarda da dərs prosesində bir problem olub, ya evdə onları başa düşməyiblər. Birləşərək bu cür hərəkət ediblər.

Qızlar niyə “sevirəm” sözünə hər şeyi qurban edirlər?

Həmsöhbətimizin sözlərinə görə, bir kəs onun şəxsinə dəyər verirsə, yeniyetmə belə bir şeydə heç vaxt ona borclu qalmayacaq: “Əgər kimsə bir qıza dəyər verdisə, o, hər şeyini ona qurban verməyə hazır olacaq. Hər hansı bir oğlan yaxınlaşıb, ona “səni sevirəm” deyirsə, o həmin oğlandan özünə qarşı bir diqqət görür. Ona görə də, ona lazım olandan çox bağlanır. Bir şeyə diqqət edək ki, yeniyetmənin kiməsə bağlanması müəyyən müddətə qədərdir. O, yeniyetməlik dönəmində hətta 10-15 adamı sevə bilər. Hər dəfə də bu diqqəti, qayğını, dəyəri göstərəcək. Fikir versəniz, əgər ailədə o yeniyetməyə diqqət göstərilməsə, o bunu kənarda başqa birində axtaracaq. Proses də elə gedir ki, bu münasibəti qızdırsa oğlanlarda, oğlandırsa qızlarda axtarır. Hətta bir qız diqqət görmək üçün 5-6 oğlanla danışır. Valideyn buna diqqət etməlidir. O, sevgini, dəyəri özü verməlidir ki, övlad da onu kənarda axtarmasın. Doğrudur, övladın valideynə qarşı aqressiyası ola bilər, onlara özünü başa düşmədiyini deyə bilər. Valideyn belə olan halda dözüm göstərməlidir. Əks təqdirdə xoşagəlməz proseslər baş verir”.

Evdən qaçmış qız qayıdandan sonra…

Psixoloqun fikrincə, əgər artıq hər hansı qız övladı evdən qaçmaq kimi bir addım atıbsa, məsələn, məlum məsələdə hər 3 yeniyetmə qız reabilitasiyaya getməlidir: “Psixoloji seanslara getməlidirlər. Çünki onların yenidən ailəyə qayıtması lazımdır. Həmçinin, bu prosesin ictimailəşməsi onların özlərini diskomfort hiss etməsinə gətirib çıxara bilər. Bununla da, onlarda adekvat olmayan hərəkətlər formalaşır. Xəcalət hissindən özünəqəsd kimi hallar baş verə bilər. Ona görə də əvvəlcədən onu sığortalamaq üçün psixoloji reabilitasiyalardan keçirməlidirlər. Onları yenidən ailəyə qaytarmaq üçün psixoloji müşayiət olmalıdır. Ola bilər ki, yenidən evə qayıdandan sonra ailədə onlara hər hansı basqılar olar, müəyyən müddət yaxşı davranandan sonra yenə şiddət tətbiq edə bilərlər ki, həmin addımı bir daha təkrar etməsinlər. Ancaq bunlar birmənalı şəkildə yolverilməz hallardır. Psixoloji reabilitasiyadan keçəndən sonra onlar yenə dərslərinə qayıda, həyatlarını düzgün şəkildə davam etdirə bilərlər. Sabah da cəmiyyət üçün faydalı ola bilər. Bu, reabilitasiyanın aparılmasından asılıdır ki, ya elə bir səhv eləməsinlər, ya da onu təkrar eləməsinlər. Çünki bu yaşda gənclər yeni modellər, ekstrimlər axtarırlar, fərqlənmək, diqqət çəkmək istəyirlər. Bunun üçün də fərqli saç düzümü, geyimlər və davranışlar seçirlər”.

Məsələyə düzgün sosial yanaşma da vacibdir. Çünki əks halda problem daha da qəlizləşə və oxşar hadisələrin baş verməsinə səbəb ola bilər.

Valideynlər nə etməli?

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı bildirir ki, valideynlərin övladlarını nəzarətsiz qoyması və onların da kommunikasiya vasitələrinin zərərli tərəflərindən istifadə etməsi nəticəsində bu cür təhlükəli hallarla qarşılaşma ehtimalı yüksək olur: “Çünki həmin uşaqlar səmimi ola, uşaqlıq hisslərinə qapıla, qarşılarındakı insanın niyyətini bilməyə bilərlər. Buna görə də, hesab edirəm ki, valideynlərin nəzarəti mütləq gücləndirilməlidir. Xüsusilə də, valideynlərin bu barədə bilgiləri çox olmalıdır”.

Sosioloq baş verən hadisəyə yanaşma ilə bağlı da danışdı: “Bir çox informasiya vasitələri bildirdi ki, guya qızların Bakıya gəlişi, bu kimi halların baş verməsi şəhərə meylliliklə bağlıdır. Ancaq məncə, bu cür izahat hadisəyə çox səhv yanaşmadır. Məsələni düzgün qiymətləndirmək, düzgün möqe bildirmək lazımdır. Cəmiyyəti də problemin özünə yönəltmək lazımdır. Yoxsa hadisənin şəhərə meylliliklə nə əlaqəsi var? Bu cür insanlar şəhərdə də eyni problemlə qarşılaşa bilərlər”. Psixoloq hesab edir ki, ona görə də, valideynlər maarifləndirməli və övladlarını xüsusi şəkildə nəzarətdə saxlamalıdırlar: “Bilməlidirlər ki, hansı internet saytlarına girirlər, kimlərlə nə yazışırlar? Bütün bunlar barədə məlumatlı olmalıdırlar. İnternetdə xüsusi proqramlar var ki, valideynlər onlardan istifadə edərək uşaqlarının hansı saytlara girdiyini öyrənə və ona qadağa qoya bilərlər”. Onun fikrincə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün məsələyə ciddi yanaşmaq lazımdır.

Sosial məsuliyyətsizlik problemi


Cəmiyyətdə bu kimi halların baş verməsi və ona baxışın adiləşməsinə gəldikdə isə, Əbülfəz Süleymanlı qeyd etdi ki,kütləvi informasiya vasitələrinin belə hadisələri çox gündəmdə saxlaması onun daha da artmasına səbəb ola bilər: “Hesab edirəm ki, burda bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır. Həmçinin, belə məsələlərdə sosial məsuliyyət hissi olmalıdır. İstər media, istərsə də hər hansı ictimai qurumun nümayəndəsi olsun, mövzuya sosial məsuliyyətlə yanaşmalıdırlar. Baş verən hadisə cəmiyyətə təkcə informasiya kimi ötürülməməlidir. Xəbər çatdırılarkən onun arxasındakı fəsadları mütləq götür-qoy etmək, etik cəhətlərə diqqət etmək lazımdır. Çox təəssüflər olsun ki, adi vətəndaşdan tutmuş madia nümayəndəsinə kimi sosial məsuliyyət hissi çox zəifdir və bunu gündəmə gətirmək lazımdır”.


Geri dön

kis masali

  • 19 fevral 2012 18:44
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
her sey insanin ozunden asilidir gerek insanda da agil ola bugun qacdin evden bes seher seherde basi asagi suyu suzulmus qayidacaysan uje olaceysen tohmet gerek hami fikirlese hereket ede bele olmaz insnligin axiri get gede itir allah hamiyam agil versin inwallah

--------------------
<3

Dalga

  • 19 fevral 2012 16:28
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler...............

--------------------

Angel Milana

  • 19 fevral 2012 16:06
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Bugune qeder evden qacmag aglimin ucundan bele kecmiyib inwallah da kecmez

--------------------
<3 Dunyanin 7 mocuzesi varmiw...Menden 6 dene daha mi var?...Inanmam!... <3

enigmatic_girl

  • 19 fevral 2012 12:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Agli olmayan evden qacir da.... fellow
Çox şükür mənim ağlım yerindədir ona görə belə bir şey düşünməmişəm.... feel

--------------------

B_A_H_A_R

  • 19 fevral 2012 11:47
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
BILIRSIZ BU BIR AZ AILEDEN GELEN BIR SEYDIR TERBIYEYE BAXIR.USAQDANDA ASILIDIR.

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✿Victoria✿

  • 19 fevral 2012 11:17
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

OK

  • 19 fevral 2012 11:11
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tesekkurler

--------------------

Mehri_94

  • 19 fevral 2012 11:06
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
indiki qizlarinda,oglanlarinda bezilerinin agli yoxdu

--------------------
R :love: M

DEMET_AKALIN

  • 19 fevral 2012 10:28
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ILK SEHR__ALLAH HEC KIMIN AGLINI BASINDAN ALMASINKI BELE YOLLARA EL ATMAYAQ

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}