Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

 
Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)

Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qur`ani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.”
(Ənam, 103)

Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!”
(Bəqərə, 55)

Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:

“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.”
(Əraf, 143).

Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir. (Çünki Qur`anın bəzi ayələri digərlərini şərh edərək aydınlaşdırır.)

“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.”
(“Nəhcul-bəlağə”, 179-cu xütbə).

Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.


Geri dön

B_A_H_A_R

  • 22 fevral 2012 21:58
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
SIZDEN XAHISIM VAR XEBERI OXUYUN YALANDAN TWK SAGOL ALLAH RAZO OLSUN YAZMAYIN BIR OXUYUN GORUN ORDA NE YAZILIB. NEYSE..REBBIM NURDUR ONUN CISMINI TESVIR ETMEK OLMAZ

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

nar_18

  • 19 fevral 2012 19:42
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
deyerli xebere gore teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 19 fevral 2012 16:10
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

_favorit_arkadas

  • 19 fevral 2012 15:43
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
maraqlidir,xeber ucun tewekkurlerr...

--------------------

faithful

  • 19 fevral 2012 15:39
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

Taylor Swift

  • 19 fevral 2012 15:02
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
tesekkurler

★Adriana★

  • 19 fevral 2012 14:21
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 26
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}