Əmr Be Məruf və Nəhy əz Münkər barəsində olan ayə və hədislər (2)

 
Əmr Be Məruf və Nəhy əz Münkər barəsində olan ayə və hədislər (2)

Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun.
Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.
Həzrət Əli (ə)
Ya əmr be məruf və nəhy əz münkər edin, ya da, Pərvərdigarın əzabı hamını bürüyəcək.
İnsanların günahlarını müşahidə edən şəxs qüdrəti çatırsa əli ilə, əgər bacarmırsa dili ilə bunun qarşısını alsın. Əgər bunların heç birinə qüdrəti çatmırsa qəlbən buna razı olmayıb nifrət etsin. Əks təqdirdə, qəlbi devrilib alt-üst olar və bununla da haqq yerinə batili qəbul edər və ona razı olar.
Öz cəmiyyəti arasında pislikləri görüb bunu aradan aparmayan millətə Allahın əzabı yaxınlaşar.
Günahı müşahidə edib ondan xoşu gəlməyən kəs bu günahdan uzaq və xəbərsiz bir şəxs kimidir, amma o kəs ki, qəbih və pis bir iş barəsində eşidib ona razı olur, həmin günahı yerinə yetirən kəs kimidir.
İmam Cəfər Sadiq (ə)
Rəsuli-Əkrəm (s) göstəriş verib ki, günah sahibləri ilə (pis işlərindən əl götürəcəkləri ümidi ilə) qəzəbli tərzdə rəftar edək.
Allahın dostları o kəslərdir ki, Allahın haramlarını halal hesab edən şəxsləri müşahidə etdikləri zaman yaralı pələng kimi qəzəblənsinlər.
Allah-təala əzab mələklərinə göstəriş verib: "Heç vaxt Allahdan ötrü öz görkəmini dəyişib qəzəblənməyən abidin əzabını artıq etsin.
Günahsız insanları da günahkarlarla oturub-durduqlarına və onları günahdan çəkindirmədiklərinə görə məzəmmət edib töhmətləndirəcəyəm.
İmam Cəfər Sadiq (ə)
Nadanların günahı biliklilərin boynuna yüklənəcək. Ona görə ki, onlar (biliklilər) günahkarlara doğru getməklə onları bu işdən çəkindirməli, onlara təsir göstərəcək ağıllı sözlər deməli və qəbul etmədikləri təqdirdə onların məclislərindən uzaqlaşmalı idilər.
İmam Cəfər Sadiq (ə)
Nəyə görə onlar demirlər: "Ya bizdən uzaq olun, ya da pis işlərinizdən çəkinin!”
İmam Cəfər Sadiq (ə)
Allah-təala Cəbrailə göstəriş verdi: "Filan abid və zahid kişini günahkar və kafir camaatdan tez yerə batır. Çünki ona danışmaqdan ötrü qüdrət və bacarıq verdik, amma o, əmr be məruf və nəhy əz münkər etmədi.
İmam Həsən Əsgəri (ə)
Allah-təala Bəni-İsrail peyğəmbərlərindən birinə buyurdu: "Bəni-İsrail millətinə öz məskən saldıqları şəhərlərindən bir nəfəri hakim edəcəyəm ki, qanlarını töksün, mal-dövlətlərini qarət etsin; mən onların göz yaşlarına rəhm etməyəcək, dualarını qəbul etməyəcəyəm. Bundan əlavə Beytül-Müqəddəsi xarabaya çevirib yüz il bu vəziyyətdə saxlayacaq, bu əzabı onların günahsız alimlərinə də şamil edəcəyəm. Çünki onlar (alimlər) başqalarının pis və çirkin işlərini gördülər, lakin bunun qabağını almadılar.
Təfsire Əyyaşi
Allah-təala Şüeyb peyğəmbərə (ə) vəhy etdi: Sənin camaatından olan yaxşı insanların altmış min nəfərinə əzab verəcəyəm. Ona görə ki, günahkarlarla həmrəy oldular və Mənə görə onlara qəzəblənmədilər.
İmam Məhəmməd Baqir (ə)
Allah-təala İslam dininin bütün ardıcıllarını öz dini və ictimai vəzifələrini müəyyən edib onlara əməl etməkdə müvəffəq etsin, onlara əbədi xoşbəxtlik və səadət inayət buyursun. Ayetullah Meskini


Geri dön

Kamil Seyidli

  • 20 fevral 2012 13:17
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
Təşəkkürlər!

--------------------
" Дождъ" Максим

nar_18

  • 19 fevral 2012 20:32
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
deyerli xebere gore teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 19 fevral 2012 16:11
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

_favorit_arkadas

  • 19 fevral 2012 15:44
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

Taylor Swift

  • 19 fevral 2012 15:02
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
tesekkurler

★Adriana★

  • 19 fevral 2012 14:23
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}