Bütün Userləri Marağlandıran Xəbər :)

 
Bütün Userləri Marağlandıran Xəbər :)

A: Münasibətlərinizdə mütləq romantiklik axtardığınızı demək olmaz. Daha çox bəlli prinsiplər diqqətinizi çəkir. Hərəkət lazımdır sizə, hərəkət. Və bunu məşğul olduğunuz hər bir işdə diqqətdən qaçırmayın. Qarşınızdakını sizinlə görüşməyə çıxmağa qədər gözləməyə səbr göstərmirsiniz. Amma fikirlərinizi açıq-aydın söyləməkdə sizə heç bir sözümüz yoxdur. Həyat yoldaşı kimi seçdiyiniz insan çox çəkici olmalıdır. Özəlliklə də zahirən, fiziki göstəricilərinə görə. Çünki bir şəhvət düşkünü olaraq buna çox önəm verirsiniz.

B: Həssaslıq və romantizm sizin əsas xüsusiyyətinizdir. Şam işığında yemək, ay işığında gəzinti sizin üçün ideal bir şeydir. Sevgiliniz gərək həmişə sizə hədiyyələr alsın, çünki bu cür jestlərdən çox xoşlanırsınız. Xüsusilə də sevgi məsələsində iradəniz çox qüvvətlidir. Sevginizi ifadə etmək qabiliyyətiniz əla hesab edilə bilməz.

C-Ç: Sosial bir tipsiniz. Siz kiminləsə görüşmədən dura bilməzsiniz. Sevgiliniz yandı, çünki həmişə yanınızda olmaq məcburiyyətindədir. Çox həssasınız və qarşınızdakının hisslərini də anlayırsınız, bəs sizcə sevgi də önəmli deyil? Bir az zəhlətökənsiniz, sevgiliniz hərdən sizə dözmək zorunda qalır. Sevgilinizi sevirsiniz, amma çox uzun zaman həyatınızda sevgi olmadan da yaşaya bilirsiniz.

D: Bircə şey beyninizə doldusa, onu mütləq əldə etməlisiniz. Hətta imkansız olan şeylərdən asanlıqla vaz keçmirsiniz. Xeyirxahlığın bu qədəri də bir az çoxdur. Elə populyar olmağınızın da səbəbi budur. Sifətiniz bunlardır: intim cəhətdən cazibədar, qısqanc, bir az da zəhlə tökən.

E-Ə: Sevgi sizin üçün zövqdən də üstün olan bir şeydir! İş, stress, xarici təsirlər sevgi həyatınıza çox asanlıqla mənfi təsir göstərir. Amma hər şeyə rəğmən heç vaxt sevgi hisslərini tamamən itirmirsiniz. Əsas ehtiyacınız daimi diqqətdir. Allah köməyiniz olsun.

F: İdeal sevgili, ideal romantik. Sevgilinizi müqəddəsləşdirirsiniz. Üstəlik də bundan zövq alırsınız. Kənardan bəlkə də hər şeyi görüntü üçün etdiyinizi düşünə bilərlər, amma içinizdə çox isti və romantik bir insan var. ümid edək ki, arxasınca qaçdığınız məhəbbətə çata biləcəksiniz.

G-Q: Sizin üçün əsas iki söz söyləmək olar: müşkül insan və xırdaçı. Bir az işin dərinliyinə gedirsiniz. Statusu sizdən yüksək olan insanlarla münasibət qurmaq üçün ürəyiniz gedir. Ayrıca bir xüsusiyyətiniz də var: erotizmin zirvəsinə necə çata biləcəyinizi yaxşı bilirsiniz.

H: Daim nələrisə araşdırırsınız. Üstəlik nə axtardığınızı da yaxşı bilirsiniz. Bu sizi hər tərəfdən zənginləşdirəcək bir partnyordur. Onun üçün hər ey edə bilərsiniz. Amma bunu gələcəyi düşünərək, məqsədli şəkildə etməyiniz o qədər də yaxşı deyil. Etiraf edin ki, hərdən bunu edirsiniz

İ: Sevilmək üçün yaradılan birisiniz. Sevgilinizin sizə vurğun olması üçün hər şey edə bilərsiniz. Amma unutduğunuz bir şey var ki, hər şeyi həmişə ondan gözləyirsiniz. Çox tez küsməyinizin də səbəbi budur. Sizin üçün əsas olan güvəndir. Sevgi isə sadəcə doyurulması gərək olan bir ehtiyacdır.

J: Müdhiş bir fiziki enerjiniz var. Sevişərkən heç bir güc sizi durdura bilməz. Yalnız partnyorunuzun yorulmasından başqa. Sizin üçün əks cinslə münasibət bir meydan oxumağa bənzəyir. Romantik olduğunuzu söyləyə bilərik, lakin sizi ən çox başdan çıxarmaq maraqlandırır. İdeal məhəbbətə inanırsınız. İşiniz heç də asan deyil.

K: Utancaq və çəkingən bir insan kimi görünürsünüz. Amma son dərəcə şəhvətli və həssassınız. Nədənsə bunu heç kimə bəlli etmək istəmirsiniz. Ticarət qabiliyyətinizə maşallah. Bu işin bütün detallarına hakimsiniz. Ciddi görünüşünüz insanlarda bir az çəkingənlik yaradır. Aldatmağa və aldanmağa nifrət edirsiniz

L: Məhəbbət sizin üçün xəstəlik kimidir. Sevilməkdən çox, sevməyə üstünlük verirsiniz. Birinə bağlanmaq süzün üçün çox dəyərlidir. Məhəbbət məsələlərində hər tərəfdən qazanmağınız mütləqdir. Bu üzdən də bir az meymun iştahlısınız. Yəni hər dadı dadmaq potensialına sahibsiniz. Bu duzludur, dadlı, yoxsa acı? Sevgilinizin işi çətindir, çünki intellektual olmaq məcburiyyətindədir.

M: Çox həssasınız. Bir münasibət qurduğunuz zaman bütün mənliyiniz əriyib gedir. Sevgi azadlığına inandığınızı göstərsəniz də bu heç də belə deyil. Fantaziyalarınız və seksual enerjiniz tükənənə oxşamır. Birlikdə olduğunuz insanı bir uşaq kimi müdafiə edirsiniz. Amma onun bundan sıxıla biləcəyi barədə heç düşünmürsünüz.

N: Sizi yaxından tanıyanların heç vaxt inanan bilməyəcəyi iki sifətiniz var. Məsum və çəkingən. Bu, sadəcə xarici görünüşünüzdür. Və son dərəcə aldadıcı. Sevgi məsələsində çox qabiliyyətlisiniz. Sevgidə tək tərəfin aktivliyinə heç dözə bilmirsiniz. Mükəmməllik tələb edirsiniz. Buna görə də sizin standartlarınıza uyğun birini tapmaq çox çətin olur.

O-Ö: Oooo, sevgi düşkünü! Amma bir az da çəkingənsiniz. Enerjinizi başqa istiqamətlərə də yönəlməyinizin səbəbi budur. Pul və güc sizin üçün çıxış yoludur. Sevgiye düşkün olsanız da münasibətlər zamanı buna çox ciddi bir iş kimi yanaşırsınız və qarşınızdakı sadəcə bir seksual obyektdir. Buna görə də çox vaxt etirazla qarşılanırsınız.

P: Sizin üçün həyatın anlamı sosial statusdur. Kiminləsə birlikdə ola bilməniz çətindir. Çünki əli, üzü düzgün olmayan biri sizin statusunuzu aşağı salır. Bundan başqa həm də çox ağıllı olmalıdır, çünki siz mübahisəsiz, müzakirələrsiz dayana bilmirsiniz və bu sizin bir ehtiyacınızdır.

S-Ş: Çox danışqansınız. Ən çox danışmaqdan zövq alırsınız. Yoldaşınız dinləməyi xoşlamırsa, yandınız. Bu zaman onu dəyişdirmək məcburiyyətindəsiniz. Çünki danışmaq sizin üçün bir ehtiyacdır. Həyatınızda hər şey yerində, səliqəli olmalıdır. Qarışıqlığa, uyğunsuzluğa nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Həyatınızda çox münasibətlər yaşayırsınız. Sizin üçün kiminləsə münasibət qurmaq sevgiden önəmlidir. Amma bircə dəfə ürəyinizi kiməsə verdinizmi, o zaman həyatın ən sadiq insanına çevrilirsiniz. Sizə uyğun bir sevgili tapa bilməyəndə, yaxşı bir kitabla da keçinə bilirsiniz.

T: Tam bir romantik. Məhəbbətə düşkünsünüz. Münasibət qurmaq üçün ideal birisiniz. Aşiq olduğunuz zaman romantiksiniz və buna görə də tez inciyirsiniz. Balaca bir çatışmazlıq olarsa bunu düzəltmək üçün hər şey edə bilərsiniz. Amma unutduğunuz bir şey var; ayaqlarınızı yerə sağlam basmağa gələndə romantizm gedir və gerçəklərə baxırsınız.

U - Ü: Tam bir paradoks. Aşıq olarkən çox realist olursunuz. Sevgi isə sadəcə doyurmalı olduğunuz bir ehtiyacdır. Hərdən isə məhəbbətə aşiq olduğunuz üzə çıxır. Hər zaman sizə dəyər verəcək birini axtarırsınız. Sevmək üçün yaradılıb. Sevgilisini hər şeydən üstün tutar.

V: Siz düzələn deyilsiniz, hər zaman azadlıq və həyəcan axtarırsınız. Üstəlik, sizdən üstün olan insanlar diqqətinizi çəkər və sizi əfsunlayar. Ya yaşca böyük, ya da kiçik insanların arxasınca qaçarsınız. Bu üzdən də bütün münasibətləriniz təhlükədədir.

Y: Müstəqillik sizin üçün ən vacib olan məsələdir. Bir ilə olmağınız çox çətindir. Hər zaman özünüzü sübut etmək məcburiyyətindəsiniz. Ən çox da sevgilinizə qarşı. Bəs o da özünü sübut etməyə çalışsa? Amma Allah naminə deyək ki, son dərəcə açıq ve çəkici bir insansınız. Sevgiye önəm verirsiniz. Amma pul daha önəmli. Nə ayıb!

Z: Məhəbbətin acı çəkmək olduğunu artıq bilirsiniz. Səmimi, həssas, duyğusal və xəyalpərəstsiniz. Başı dərddə olan insan üçün sizdən yaxşı biri ola bilməz. Üstəlik, hər zaman da sevgilinizi pis vəziyyətlərdən qurtara bilirsiniz. Amma özünüz barədə kiminləsə nəyisə bölüşməyi sevmirsiniz. Özəl həyatınızı, sirlərinizi elə özünüzdə saxlayırsınız. O qədər bəlli olmasa da heyati sevirsiniz. Evlənmək məcburiyyətinizdəsiniz, yoxsa başqa cür ola bilmirsiniz.

Sizcə Marağa Deyər??


Geri dön

angeloka

  • 16 iyun 2011 13:03
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
xebere gore twk smile

HaYaT_GuZeL

  • 6 aprel 2011 20:16
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
dostum yaridan sonra uymur qetiyye amma yariya qeder 100% duzdur
S-Ş: Çox danışqansınız. Ən çox danışmaqdan zövq alırsınız. Yoldaşınız dinləməyi xoşlamırsa, yandınız. Bu zaman onu dəyişdirmək məcburiyyətindəsiniz. Çünki danışmaq sizin üçün bir ehtiyacdır.
smile smile smile smile smile smile smile smile smile smile smile smile smile
bura qeder 100% duzdur
Həyatınızda hər şey yerində, səliqəli olmalıdır. Qarışıqlığa, uyğunsuzluğa nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Həyatınızda çox münasibətlər yaşayırsınız. Sizin üçün kiminləsə münasibət qurmaq sevgiden önəmlidir. Amma bircə dəfə ürəyinizi kiməsə verdinizmi, o zaman həyatın ən sadiq insanına çevrilirsiniz. Sizə uyğun bir sevgili tapa bilməyəndə, yaxşı bir kitabla da keçinə bilirsiniz.
bu ise sefdi

фея

  • 7 noyabr 2010 22:23
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
maraqlidi tewekkurler

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 7 noyabr 2010 14:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

OK

  • 7 noyabr 2010 12:23
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
N: Sizi yaxından tanıyanların heç vaxt inanan bilməyəcəyi iki sifətiniz var. Məsum və çəkingən. Bu, sadəcə xarici görünüşünüzdür. Və son dərəcə aldadıcı. Sevgi məsələsində çox qabiliyyətlisiniz. Sevgidə tək tərəfin aktivliyinə heç dözə bilmirsiniz. Mükəmməllik tələb edirsiniz. Buna görə də sizin standartlarınıza uyğun birini tapmaq çox çətin olur.

--------------------

VIP007_BoY

  • 7 noyabr 2010 11:49
  • Məqalə: 12
  • Şərh: 91
  • Bal:
{awards}
tesekkurler

--------------------
LeGenD.Az
bizim dostluğumuz.
bizim sevincimiz.
bizİm saytımız.

Just For Legend

  • 7 noyabr 2010 11:39
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
S-Ş: Çox danışqansınız. Ən çox danışmaqdan zövq alırsınız. Yoldaşınız dinləməyi xoşlamırsa, yandınız. Bu zaman onu dəyişdirmək məcburiyyətindəsiniz. Çünki danışmaq sizin üçün bir ehtiyacdır. Həyatınızda hər şey yerində, səliqəli olmalıdır. Qarışıqlığa, uyğunsuzluğa nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Həyatınızda çox münasibətlər yaşayırsınız. Sizin üçün kiminləsə münasibət qurmaq sevgiden önəmlidir. Amma bircə dəfə ürəyinizi kiməsə verdinizmi, o zaman həyatın ən sadiq insanına çevrilirsiniz. Sizə uyğun bir sevgili tapa bilməyəndə, yaxşı bir kitabla da keçinə bilirsiniz.

)))))))))))

--------------------

Yusif

  • 7 noyabr 2010 11:11
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Təşəkkürlerrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}