Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin bərəkəti.

 
Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin bərəkəti.

Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin bərəkəti.

Məşhur kitabların bir qismində Cabir ibn Abdulla Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur:
– Peyğəmbər(s) bir neçə gün yeməyə bir şey tapmadığı üçün aclıqdan əziyyət çəkirdi. Öz həyat yoldaşlarının otaqlarında yemək olmadığından qızı Fatimə(s.ə) buyurdu : «Qurbanın olum bizim evdə də yemək yoxdur». Rəsuli-əkrəm(s) qonşulardan birinə müraciət edib onlardan iki tikə çörək və bir az da ət alaraq Fatimə (s.ə) üçün göndərdi. Fatimə(s.ə) bunları alıb qaba qoydu, ağzını bağlayıb dedi: «Mən Allahın Rəsulunu özümdən və ailəmdən qabaq bilirəm» (Halbuki onlar hamısı aclıq çəkirdi).
O zaman Fatimə(s.ə) Həsən və Hüseyn(ə.s) ilə Peyğəmbər(s)-ə xəbər göndərdi. Peyğəmbər(s) gələndə Fatimə(s.ə) göndərilən hədiyyə barədə ona danışdı. Həzrəti-Mühəmməd(s) buyurdu ki, o qabı buraya gətirsin. Fatimə(s.ə) qabı Peyğəmbər(s)-in yanına gətirdikdə Rəsuli-əkrəm(s) qabı alıb qapağını qaldırır, bu zaman qabın çörək və ətlə dolu olduğunu görüb sevinir.
Cabir deyir ki, bunu gördükdə çox təəccübləndim. Başa düşdüm ki, bu, Allah kəramətindən bir nümunədir. İlahinin həmd və şükrünü yerinə yetirdim və Peyğəmbərinə salam göndərdim. Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-yə dedi ki, bunlar haramdır?
Fatimə(s.ə) ərz etdi : «Tanrı öz dərgahından hər kəsə istəsə, bol-bol ruzi verər».
Peyğəmbər(s) Əli(ə.s)-nin dalınca adam göndərdi. Hamı yığışdı. Peyğəmbər(s)-in zövcələri və bütün evdə olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu idi. Fatimə(s.ə) buyurdu ki, o xörəkdən bütün qonşulara göndərin. Allah-təala bu xörəyə bol-bol xeyir və bərəkət verdi, belə ki bu cür bərəkəti vaxtilə həzrəti- Məryəm(s.ə)-ə də əta etmişdi.» (Bu hədis Nişaburinin təfsirində qeyd olunmuşdur.)


Geri dön

receb 89

  • 19 fevral 2012 23:13
  • Məqalə: 0
  • Şərh: 236
  • Bal:
Cox gozeldi. Allah razi olsun.

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

R_A_P_U_N_Z_E_L

  • 19 fevral 2012 23:02
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler

Muslime

  • 19 fevral 2012 22:33
  • Məqalə: 1
  • Şərh: 11
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Mənimlə savaşma, qalib gəlsən uduzarsan

Chibi Angel

  • 19 fevral 2012 22:15
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Allah razi olsun sag ol.Tesekkurler.

Allah razi olsun sag ol.Tesekkurler.

nar_18

  • 19 fevral 2012 20:27
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
deyerli xebere gore teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dindar_Angel

  • 19 fevral 2012 20:26
  • Məqalə: 295
  • Şərh: 246
  • Bal:
{awards}
Allah razı olsun təşəkkür edirəm maraqlıydı.

--------------------
The End:)

faithful

  • 19 fevral 2012 19:46
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

-KoR-ReSSaM-

  • 19 fevral 2012 19:21
  • Məqalə: 0
  • Şərh: 283
  • Bal:
{awards}
twk bu gozel xebere gore

--------------------
sevgi :/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 60
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}