Imam Zeynalabidin(ə) həyatından bir əhvalat

 
Imam Zeynalabidin(ə) həyatından bir əhvalat

Imam Zeynalabidin(ə) həyatından bir əhvalat.

Imam (ə) bir gün yoldaşları ilə bağına gedir. Baği Safi adli bir gənc oğlan qoruyurdu. Imam(ə) bağa yaxınlaşanda Safinin əyləşib çörək yediyini görür. Gizlincə bir xurma agacının arxasına keçib Safiye göz qoyur. Safi çöreyinin bir tikəsini özü yeyir, bir tikəsini isə itə yedizdirirdi. Imam(ə) onun bu əməlinə təəccüblənir.... Nəhayət, Safi çörəyi yeyib qurtardıqda deyir; Aləmlərin Rəbbi olan Allaha şükür olsun! Ey Allahım, məni və ağamı bağışla! Validəyinlərinə xeyir bərəkət verdiyin kimi, ağama da xeyir-bərəkət inayət et! Öz mərhəmətinə xatir bu duamı qəbul et, ey rəhimlilərin ən rəhimlisi! Imam(ə) ayağa qalxıb, Ey Safi deyə çağırır. Safi o Həzrətin səsini eşidən kimi özünü itirmiş kimi yerinən qalxıb deyir:
Ey mənim və möminlərin sərvəri! Səni görmədim, məni bağışla!
Imam(ə) deyir: Çörəyin bir tikəsini özün yeyib bir tikəsini itə yedizdirdiyivi gördüm. Bunun bir izahi varmi?
Safi deyir: Beli! Çörəyi yediyim zaman bu it mənə baxır, məndə ey sərvərim, onun mənə zillənmiş baxışlarından xəcalət çəkirəm. Həm də axı bu sizin itinizdir. Biz sənin ruzini birlikdə yedik.
Bu sözləri eşidən Imam(ə) göz yaşlarına hakim ola bilməyib ağlayır və belə deyir: Sən Allaha xatir azad oldun. Sənə səmimi qəlbdən iki min dinar bəxşiş verirəm.
Safi deyir: Əgər məni azad edirsənsə onda izin ver sənin bağında qalım.
Imam Həzrətləri deyir: Insan bir söz söylədikdə gərək onu təstiq etsin. Məsələn, mən iznin olmadan bağına girdim. Dedim və sözümün təstiqi olaraq bu bağı və içindəkiləri hər bir şeyi ilə sənə bağışlayıram. Ancaq bir şey varki mənim yoldaşlarim meyvə və təzə xurma yeməyə gəliblər. Onları qonağın kimi qəbul et və mənə xatir onlarla ehtiramla davran. Qiyamət günü Allah səni möhtərəm edib, xoş əxlaqına ədəb-ərkamına görə xeyir-bərəkət nəsib etsin!
Safi deyir: Bir haldakı bağı mənə bağışladin, o zaman məndə onu sənin yoldaşlarının və davamçılarının ixtiyarına verirəm.

Istinad
Ümid Kərimli

Imam Zeynalabidin(ə) həyatından bir əhvalat


Geri dön

✿Victoria✿

  • 21 fevral 2012 08:43
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
MARAQLIDI ALLAH RAZI OLSUN

--------------------

faithful

  • 21 fevral 2012 00:36
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

RoMaNTiK SerSeRi

  • 20 fevral 2012 18:27
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}