Günün tarixi (20.02.2012)

 
Günün tarixi (20.02.2012)

Miladi: 20 fevral 2012
Hicri: 28 Rəbiul-əvvəl 1433

İlin 51-ci günü
İlin sonuna 314 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.17
Günəş - 07.27
Zöhr - 12.58
Əsr - 16.20
Məğrib - 18.35
İşa - 19.52


1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edənAbbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib. Layihə müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılmasını nəzərdə tuturdu. Qafqaz hakiminin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.

1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.

1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (1928-1980) anadan olub.

1938 - Xalq artisti Arif Babayev anadan olub. Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə 2008-ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.


1948 — II Dünya müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə təzəcə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlanmışdır.

1978 — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalamışdır.

1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

1992 - Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub.

1992 — Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurmuşdur.

1996 — Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurmuşdur.


Geri dön

angel gunay

  • 20 fevral 2012 23:16
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
hmm maraqllidi smile ........

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

..:MeleK kiz:..

  • 20 fevral 2012 12:51
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
xeyirli gunler

enigmatic_girl

  • 20 fevral 2012 11:36
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqli tarixi varmis...bizim ucun adi gorunen bu gunde ne qeder sey olubmus bilmirdim...cox tesekkurler... winked

--------------------

Juzzy Bieber

  • 20 fevral 2012 11:06
  • Məqalə: 6
  • Şərh: 123
  • Bal:
{awards}
mrxlidi))))))))))))
[/center][center]
no love

--------------------
Мурад, я люблю тебя

)))

✿Victoria✿

  • 20 fevral 2012 10:36
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE MARAQLIDIR

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}