Sheytan, Rock Musiqisinin Tam Ürəyindədir.

 
Sheytan, Rock Musiqisinin Tam Ürəyindədir.

Amerikalı musiqiçi Jeff Milner, satanist inanc dalğasının rok qrupları arasında, xüsusilə 1960-cı ilin sonları ilə 1970-ci ilin əvvəllərində böyük bir sürətlə yayıldığını qeyd edib.



"Because I live for satan" (Çünki şeytan üçün yaşayıram)
"Back-masking" texnikası

Amerikalı musiqiçi Jeff Milner, satanist inanc dalğasının rok qrupları arasında, xüsusilə 1960-cı ilin sonları ilə 1970-ci ilin əvvəllərində böyük bir sürətlə yayıldığını qeyd edib.
“Back-masking“ə “arxa planı pərdələmə” deyilir.

Bəstəkar əvvəl əsl söyləmək istədiklərini eynilə mahnı kimi oxuyur. Sonra onu tərsindən təkrar-təkrar dinləyərək, o gizli cümlələri əldə edə bilmək üçün hansı misraların yazılması lazım olduğunu aydınlaşdırır.

Bu sözləri verən səsləri səbirlə düzəldib oxuduqda isə, musiqi artıq geriyə doğru hər çalınışında bu cür propaqandist hissələri ehtiva edəcək.

Burada məqsəd, satanizmi təbliğ edən sözlərin geniş kütlələrlə deyil, yalnız öz müridlərinə çatdırmaqdır. Ən sevdikləri arxa plan nəqarəti isə "natas"dır. Yəni, şeytanın İngiliscə tərsdən yazılışıdır. İndiki dövrdə belə nümunələrə xüsusilə metal musiqisində rast gəlirik. Rok musiqi tarixində isə bu cür sınaqları edən musiqiçilər Led Zeppelin, Jimmy Page və Robert Plantdır. Məlum olduğu kimi, hər ikisi də sadiq bir satanistdirlər. Amma onlar bunu rədd edirlər.

Bundan əlavə Rolling Stonesin, Mick Jaggerin, Michael Jacksonun və Beatles qrupunun da satanist olduqlarına dair tutarlı dəlilər var. Bu sənətçilərin hamısının məşhur satanist lider Aleister Crowleyə qarşı xüsusi bir məhəbbəti olub. Belə ki, Beatles qrupu, Crowleyin şəkillərini öz albomlarının ön hissəsinə vururdular. 1875-1947-ci illərdə yaşamış din düşməni və cadugər Crowley, müridlərinə tərsdən danışmağın "şeytanın dili" olduğunu tədris edərdi və onlara tərsdən danışmaq sənətini mütləq öyrənmələrini nəsihət bilərdi.

Satanizmi gizlin şəkildə təbliğ edən bəzi məşhur mahnılar:
1- The Eagles: "Hotel Kaliforniya", "This Fara Down the Line"
2- Madonna: "Like a Prayer"
3- Michael Jackson: "Beat it", "Morphine","Man en the Mirror"(YƏQİNKİ MÜSƏLMANLIQDAN ƏVVƏL İMİŞ)
4- AC/DC: "Dirthy Deeds"
5- Rolling Stones: "Tops"
6- Metallica: "Am I Evil?"
7- Beatles: "Sergeant Pepper's Lonely" albomu

Led Zeppelindən satanist mahnıların ən məhşuru:
Stairway to Heaven (Cənnətə Uzanan Nərdivan)


Rok tarixinin Pink Floyd qrupu 1961-ci ildə yaranıb və ən xarizmatik qruplardan biri olaraq qəbul edilir. Qrupun indiki dövrdə artıq bir əfsanəyə çevrilmiş məşhur mahnısı "Stairway to Heaven" isə bu hiyləgər kamuflyajın texniki müvəffəqiyyət baxımından zirvəyə çatdığı işdir. Bir qrup qərbli araşdırmaçının cəmi müddəti 12 dəqiqə olan bu məşhur mahnının ortalarında bir yerdə tutduğu tükürpərdici "back-masking" hissəsi eynilə belədir:

"If there's a bustle en your hedgerow, don't be alone now” (Əgər bağçanızda bir qarışıqlıq varsa, əsla təlaşlanmayın)
“It's just a spring clean for the May queen.” (Bu yalnız May kraliçasının etdiyi bir bahar təmizliyidir)


Bu mahnını,eyni sürətlə tərsinə dinlədikdə isə yuxarıdakı cümlələr bu cür məna verir:
Here's my sweet satan- (Budur mənim sevimli şeytanım)
The ona whose little path would make me sad whose power his satan- (Bu kiçik cığırda irəliləyən məni xəstə edən şey, şeytanın gücüdür)
He'll give you 666- (O sənə (şeytanın İncildəki simvolu olan) 666 sayını verəcək)
There was a little toolshed where he made us suffer, sad satan- (Kədərli şeytanın bizə iztirab verdiyi bir daxması vardı)

Buradakı daxma sözü, qrup üzvlərindən Jimmy Pagenin satanik ayinlər təşkil etmək üçün 1970-ci illərdə satın aldığı tarixi bir evə işarədir.

Musiqidə həmçinin, "Your stairway lies on the whispering wind" (Nərdivanın pıçıldayan küləyin üzərində uzanar) sətiri də tərsindən dinləndikdə, "Because I live for satan" (Çünki şeytan üçün yaşayıram) mənasını verir.
Qeyd edək ki, bu cür rock qrupları özlərinin satanist olduqlarını inkar etməyə çalışsalar da, onların satanist olduğu yuxarıda göstərilən dəlillərlə bir daha öz təsdiqini tapır. Onlar necə ki öz bəstələrində gizli şəkildə şeytanı təbliğ edirlər, eləcə də özlərinin satanist olduğunu bu cür gizlətməyə çalışırlar. Amma həqiqət ortadadır.

Təəsüflə qeyd etməliyik ki, Qərbə inteqrasiyadan sonra bu cür çirkin mədəniyyət ölkəmizə də ayaq açdı. Və bu müsiqilərin dəliləri bizdə də boy göstərməyə başladı. Bundan sonra isə müxtəlif adda rep, rock, metal qrupları yarandı. Onlar özlərini vətənpərvər kimi göstərərək, gənclərin qəlbini ələ alamağa çalışırlar. Amma əslində Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salaraq, Şeytana sitayiş aşılayırlar.


Geri dön

nilayka

  • 7 may 2011 22:01
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
oxudum maraqli idi men de rocu sevirem am cox deyil

--------------------

_RONALDO_

  • 6 mart 2011 15:02
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
maraqlı xəbərə görə çox sağol

--------------------

Ulya

  • 27 oktyabr 2010 18:23
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

Baby_Love

  • 27 oktyabr 2010 14:01
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Həqiqətəndə belədi. Bir ara mən də rocka gulag asırdım. Marilyn Manson,Rammstein və s. Özümdə deyildim elə bil )) Nə yaxşı day gulag asmıram. Heç kimə də məsləhət görmürəm ))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 46
Cəmi: 126
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}