Bir film,bir yazı və düşüncələrim

 
Bir film,bir yazı və düşüncələrim


Film savaş əsnasında əsgərlərin mübarizə edərkən eyni zamanda kəndliləri qorumasini təsvir edən siradan bir Amerikan filmi idi mənim üçün. Amma sonuna elə bir yazı yazmişdılar ki beynimdə şimşək kimi çaxdı!Belə yazırdı filmin sonunda: "Pislərin qalib gəlməsi üçün yaxşıların bir sey etməsinə ehtiyac yoxdur,yaxşıların heç bir şey etməmələri pislərin qalib gəlməsinə bəs edir"
Sonuna qədər arxasındayam bu sözün.Yaxşı olmaq bəs etmir , yaxşılıq da etmək lazımdır. Cünki pis insan dayanmadan pislik edir sən yanlizca yaxşı olduğun müddət ərzində pisin etdikləri pisliklər coxalır və yaxşılıq bir addım irəliləyərkən hətta yerində sayarkən pislik on adim irəli gedir və belə davam etsə özün nə qədər yaxşı qalarsansa qal ətrafını mühasirəyə alan pisliyin icinə batmaqdan baska bir əlacınsansın qalmır.
Coxdandir duyğularımı qələmə tökməkdən baska ictimai hec bir şeylə əlaqəm yox idi.Hansı ictimai düsüncəyə yapışdımsa məni insanlıq adına böyük xəyal qırıqlığına uğratdılar cünki.
Yorulmuşdum cünkü!
Hərbi bir termin vardır "vəziyyətdən vəzifə cixartmaq".O yazı ilə özümə vəziyyətdən vəzifə cikartdım cünki inanırdım! Çünki bilirdim! Çünki görürdüm! İnsani, barışı, sevgini, saygiyi,qardaşlığı...
Əslində az qala hər şeyi,bəlkə də az qala hər kəs bilir ancaq bir güc var yumruq kimi düzülür qırtlagimiza və o əsrarəngiz güc əsrarəngiz bir səkildə kəsir səsimizi soluğumuzu. Bilinmədik bir əl bağlayır ağzımizı və susuruq. Yaşayırıq amma susuruq, oxuyuruq amma susuruq, görürük amma susuruq cünki bir güc var qarşımızda və onu görmürük. Halbuki o güc gün kimi meydandadır!
QORXU! Bəli qorxudur bu gücün adı. Geymişik qorxu köynəyini və möhkəm-möhkəm qorxaraq irəliləyirik.Yaradandan başlayırıq qorxmağa sonra seytana uymaqdan.Şeytan pisdir qorxduq deyək Yaxşı Yaradandan niyə qorxarıq? Sevməkdən qorxarıq halbuki sevdiyimiz qədər sevilərik. Saymaqdan qorxarıq halbuki saydigimiz qədər sayılarıq. Paylasmakdan, bölüsməkdən qorxarıq payldıqca bölündükcə çoxalmazmı rəqəmlər?
Belə düsündürdü o yazı mənə və qorxu köynəyini atdım üstümdən və bu inancla başladim düsüncələrimi paylaşmağa...
Sevgiylə, sevgiylə cavab verək..
Günümüz günlərimiz günəşli sabahlarda doğsun!


Geri dön

_RONALDO_

  • 6 mart 2011 15:01
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
maraqlı xəbərə görə çox sağol

--------------------

Yusif

  • 5 noyabr 2010 13:18
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerr

Ulya

  • 27 oktyabr 2010 19:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}