Muaviyə ibn Əbu Sufyan Rəsulullahın (s) hədislərində (Əhli Sünnə hədisləri)

 
Muaviyə ibn Əbu Sufyan Rəsulullahın (s) hədislərində (Əhli Sünnə hədisləri)

1. Ibn Abbas nəql edib:- Bir gün həzrət Məhəmməd (s) mənə dedi;- “Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən peygəmbərin yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Peygəmbər (s) yenidən təkidlə Muaviyəni çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə peygəmbər (s) dedi:-“Allah heç vaxt onun qarnını doyuzdurmasın”
(Səhih Muslim kitabul-birr, bab mən lənəhunnəbiy. 4 /2010, 9 /2604)

2. “Rəsulullahın (s) Muaviyəyə nifrin etməsinin nəticəsi bu oldu ki, gündə yeddi dəfə çoxlu ətli xörəklər, halva və meyvələr yeyirdi. Muaviyə həmişə yeyib deyərdi yeməkdən doydum amma qarnım doymadı”
(əl-Bidayə vən-nihayə hicrətin 60-cı ilinin hadisələri, Muaviyənin tərcümeyi halı 8/128)

3. Peygəmbər (s) bir gün Əbu Sufyanın qatıra minib Muaviyənin də qabaqda getdiyini görəndə buyurdu:- “Allah o iki nəfərə, qatıra minənə və piyada gedənə lənət etsin”
(Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/247, Təzkirətul-xəvas,Sibt ibn Cuzi, əlbabussamin səh. 182, Ənsabul-əşraf, Muaviyə ibn Əbu Sufyan 5/136)

Amma digər bir hədisdə bu məsələ belə nəql olunub:- “Bir gün peygəmbər (s) Əbu Sufyanı ulağa minmiş, Muaviyəni onun qabağında və Yəzidi (mümkündür ki, Əbu Sufyanın oğlu Yəzid olub) ulağın dalınca getdiyini görəndə buyurdu:- Allah-taala ulağa minənə, onun qabağında və dalında gedənlərə lənmət etsin
(Rəbiul-əbrar və nususul əxbar bab əl-xəylu vəl-biğal vəl- həmir 5/400)

4. Əbul Əsvəd nəql edib:- Bir gün Muaviyə Peyğəmbərin həyat yoldaşı Aişənin yanına gəldi. Aişə ona dedi:- Hicr ibn Ədini və onun səhabələrini öldürməyə səni nə vadar etdi? Muaviyə dedi:- Ey ummul-muminin mən islam ümmətinin xeyrinə görə onları öldürülməyi əmr etdim. Çünki onların sağ qalmaları ümmətin arasında fəsadın yaranmasına səbəb olacaqdı. Aişə dedi: Mən peygəmbərdən eşitdim ki, buyururdu:-“Əzra məntəqsində bir dəstəni şəhid edəcəklər. Allah-taala və asiman əhli onların şəhadətinə görə qəzəbə gələcək”
(Kənzul-ummal. Muaviyyə, 13/587, hədis 37509)

5. Şəddad ibn Ovs Muaviyənin yanına gəldi. Gördü ki, Muaviyə və Əmr ibn As yanaşı oturublar. Şəddad ibn Ovs onların arasında özünə yer edib oturdu və onlara dedi:-Bilirsiniz mən niyə sizin aranızda oturdum? Mən peygəmbərdən eşitdim, o həzrət buyurdu:-“Hər vaxt o iki nəfəri birlikdə gördünüz onları tez biri-digərindən ayırın. Çünki onlar yalnız fitnə törətmək üçün birləşərlər” Mən də sizi ayırmaq üçün aranıza girdim.
(Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/248)

6. Əbdullah ibn Hərs nəql edib:- Əmr ibn As Muaviyəyə dedi:- Ya Əmirəlmöminin məscid tikiləndə peygəmbərin (s) Əmmar Yasirə nə dediyini məgər eşitməmişdin? Onda peygəmbər (s) Əmmara dedi:- “Sən cihad etməyə hərissən və sən cənnət əhlindənsən. Səni sitəmkar bir dəstə öldürəcək” Muaviyə dedi: Bəli bunu peygəmbərdən (s) eşitmişdim. Əmr ibn As dedi:- Bəs onda niyə Əmmar Yasiri öldürdüm?
(Məcməuzzəvaid, kitabul-mənaqib, bab fəzlu Əmmar ibn Yasir 9/297)

Cəssas peygəmbərin (s) bu hədisini “Səni sitəmkar bir dəstə öldürəcək” nəql edəndən sonra deyir:-Bu hədis məqbul və mutəvatir hədislərdən sayılır. Hətta Muaviyənin də onu inkar etməyə qüdrəti yox idi.
(Əhkamul-Quran, Hucurat surəsi, bab 1qitalu əhlil-biqa 5/280)

7. Əbu Səid Xudri, Əbdullah ibn Məsud və başqaları peygəmbərdən (s) nəql ediblər:- Elə ki, gördünüz Muaviyə ibn Əbu Sufyan mənim minbərimə çıxıb xütbə oxuyur onu yerə salıb boynunu vurun!”
(Ənsabul-əşraf Muaviyə ibn Əbu Sufyan 5/136-137 və 11420, Təhzibut-təhzib 3260-cı tərcümeyi hal İbad ibn Yəqub 5/98, 4905-ci tərcümüyi hal Əli ibn Zeyd Təmimi 7/276)

Əbu Səid Xudridən nəql olunmuş digər bir hədisdə deyilir:- Ənsardan olan bir kişi Muaviyəni öldürmək istəyəndə ona dedik:- Ömər ibn Xəttabın xilafətində qılıncını qınından çıxarma. Qoy biz Ömərdən Muaviyənin qətli haqqında icazə alaq. O kişi dedi:- Mən peygəmbərdən eştdim deyirdi:- “O zaman ki, Muaviyəni minbərdə gördünüz onu öldürün”

İbn Səid Xudri dedi:- biz də peygəmbərin (s) bu kəlamını eşitmişik, lakin Ömərə bu haqda xəbər verənə qədər bunu etmərik. Biz bu haqda Ömərə məktub yazdıq və ondan cavab almamışdıq ki, O, vəfat etdi.
(Ənsabul-əşraf Muaviyə ibn Əbu Sufyan 5/136)

Muaviyə ibn Əbu Sufyan Rəsulullahın (s) hədislərində (Əhli Sünnə hədisləri)


Geri dön

✿Victoria✿

  • 21 fevral 2012 10:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
ALLAH RAZI OLSUN TESEKKURLER

--------------------

Ku-ku

  • 21 fevral 2012 10:21
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun bu maraqli xeberlere boyuk deyer verirem muellife twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 50
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}