Həzrəti Fatimənin(s.ə) möcüzələri

 
Həzrəti Fatimənin(s.ə) möcüzələri


FATİMƏNİN(S.Ə) ÇADRASININ NURU

Əli(ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin(s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular.(Biharul-Ənvar, 43-cü cild, səh.2. )

BEHİŞT PALTARLARI


Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrəti Peyğəmbərin(s) hüzuruna gəlib dedilər: Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni(s.ə) bizim toy şənliyinə göndər. Onun olması toya daha da şövkət və gözəllik verər. Yəhudilər bu istəklərində çox israr etdilər.
Peyğəmbər(s.ə) buyurdu: O Əliyyibni Əbitalibin həyat yoldaşıdır. Əlidən icazə alın.
Yəhudilər, Peyğəmbərdən(s) istədilər ki, o, Əlidən Fatiməni onların toy şənliyinə göndərməsini istəsin.
Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə(s.ə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail(ə) Fatimə(s.ə) üçün behiştdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə(s.ə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.
Fatimə(s.ə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınlar Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular. (Biharul-Ənvar,43-cü cild, səh. 30. )

ƏL DƏYİRMANININ FIRLANMASI


Peyğəmbər(s) Salmanı bir iş üçün Fatimənin(s.ə) hüzuruna göndərdi. Salman deyir: Mən Fatiməyə(s.ə) salam vermək üçün, evin qapısının ağzında durdum. Eşitdim ki, Həzrət evin içində Quran oxuyur və həyətdə isə əl dəyirmanı heç kim fırlamadan, öz-özünə hərəkət edirdi.
Salman bu xəbəri Peyğəmbərə(s) çatdırdı. Həzrət(s) təbəssüm edib buyurdu: Ey Salman! Allah-təala qızım Fatimənin qəlb və bütün üzvlərini Allahın ibadəti üçün boş olsun deyə iman ilə doldurmuşdur. (Biharul-Ənvar,43-cü cild, səh. 30. )

BEHİŞT YEMƏYİ

Aclıq zamanı idi. Peyğəmbər(s) acmışdı. Xanım Zəhra(s.ə) iki ədəd çörək və bir az ət hazırlayıb atasına apardı. Bir az sonra Peyğəmbər(s) yemək ilə birlikdə Fatimənin(s) yanına gedib buyurdu: Gəl qızım bir yerdə yeyək! Fatimə(s.ə) qabın üzərindəki parçanı götürdü. Qabın çörək və yemək ilə dolu olduğunu müşahidə etdi. Başa düşdü ki, bunlar Allah tərəfindəndir. Peyğəmbər(s) soruşdu: bu yeməkləri haradan gətirdin?
Xanım cavab verdi: Allah tərəfindəndir. Allah hər kimə istəsə, hesabsız ruzi verir.
Peyğəmbər(s) buyurdu: Şükr olsun Allaha! Səni Bəni-İsrail qadınlarının xanımı Məryəmə oxşatdı. Sonra Peyğəmbər(s) Əli(ə), Həsən(ə), Hüseyn(ə) və bütün ailəni bir yerə yığdı. Hamısı o yeməklərdən yeyib, doydular. Lakin yemək olduğu miqdarda da qaldı. Fatimə(s.ə) bu yeməkdən qonşulara da verdi. (Dəlailul-imamə, səh. 48. )

BEŞİYİN HƏRƏKƏTİ


Fatimə(s.ə) namaz qılırdı. Bu zamanda beşikdə olan körpə uşaq ağlamağa başladı. Birdən beşiyin hərəkətə gəlib, yellənməsi müşahidə olundu. Beşiyi yelləyən bir mələk idi.(Kəşşaf təfsiri, 1-ci cild, səh. 358. )

MİSİLSİZ YEMƏK


Bir gün İmam Əli(ə), Fatiməyə(s.ə) dedi: yemək üçün evdə bir şey varmı? Fatimə(s.ə) cavab verdi: Xeyr! Əli(ə) evdən çıxıb, evə lazım olan şeyləri almaq üçün 1 dinar borc etdi. Miqdadı gördü ki, çalışır, ailəsi isə evdə acdır. Borc aldığı 1 dinarı miqdada verib məscidə getdi. Günorta və ikikndi namazını Peyğəmbər(s) ilə qıldı. Namazdan sonra Peyğəmbər(s) Əlinin(ə) əlini tutub, Fatiməyə(s.ə) tərəf hərəkət etdilər. Xanım namaz və ibadətlə məşğul idi. Onun arxa tərəfində böyük bir qazanın içində yemək qaynayırdı.
Fatimə(s.ə) atasının səsini eşidib, onun qabağına çıxıb salam verdi. Peyğəmbərin(s) yanında ən əziz şəxsiyyət, Fatimə(s.ə) idi. Peyğəmbərdə(s) onun salamının cavabını verib, əlini onun başına çəkib dedi: Bizim üçün yemək gətir. Fatimə(s.ə) yemək qabını onların qabağına qoydu. Peyğəmbər(s) sual etdi: Fatimə bu yeməyi haradan gətirmisən? Mən belə rəng və iydə yemək görməmişəm. Bundan pak yemək yeməmişəm.
Əli(ə) deyir: Peyğəmbər(s) əlini mənim çiynimə qoyub, buyurdu: Bu yemək Miqdada verdiyin 1 dinarın əvəzidir. Allah-Təala hər kim istəsə, hesabsız ruzi verir. (Mənaqib, 2-ci cild, səh. 98. )

FATİMƏNİN(S.Ə) NURU

Əban ibni Təğlib deyir: İmam Sadiqdən(ə) soruşdum: Yəbnə Rəsulillah! Niyə Zəhra(s.ə), Zəhra adlandırılıb?
İmam(ə) buyurdu: Çünki gün ərzində Əli(ə) üçün üç dəfə nur saçır və parıldayırdı.
Zəhranın(s.ə) sifətinin nuru, sübh namazı vaxtı parlayır, işıq saçırdı. Bu zaman camaat öz yatağında yuxuda idilər. Bu nurun şüası Mədinə evlərinə yetişir və onları işıqlandırırdı. Camaat təəccüb edir, Peyğəmbərin(s) hüzuruna gəlib, gördükləri nur barəsində sual edirdilər. Peyğəmbər(s) onları Fatimənin(s) evinə göndərərdi. Onlar gəlib, Fatiməni namaz mehrabında görürdülər. Başa düşürdülər ki, nur onun mübarək çöhrəsindən qalxır və müşahidə etdikləri nur, Fatimənin(s.ə) nurudur. Bu nurun ətrafa yayılması, günorta və axşam vaxtında da baş verirdi. (Biharul-Ənvar, 43-cü cild, səh. 29. )

MƏLƏK İLƏ DANIŞMASI


İmam Sadiq(ə) buyurmuşdur: Fatimənin(s.ə) «mühəddisə» adlanmasının səbəbi, mələklərin asimandan gəlib İmranın qızı Məryəmə nida etdikləri kimi ona da nida edib, onunla söhbət etməsidir.
Mələklər nida edib, deyirdilər: Ey Fatimə! Allah-təala, səni seçib, pak etmişdir. Səni dünya qadınlarının içindən seçib, səni onların xanımı qərar vermişdir. Ey Fatimə! Allaha itaət, səcdə və ruku et! ***
Sonra Fatimə(s.ə) mələklərlə söhbət edir. Həmçinin onlar da Fatimə(s.ə) ilə söhbət edirdilər. (Biharul-Ənvar, 43-cü cild, səh. 78)


Həzrəti Fatimənin(s.ə) möcüzələri


Geri dön

leylacan

  • 22 fevral 2012 01:20
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
ALAH RAZI OLSUN

KaYfA_SuRgUn

  • 21 fevral 2012 15:34
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK EDIREM

--------------------

✿Victoria✿

  • 21 fevral 2012 13:11
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKURLER

--------------------

Fatime_19

  • 21 fevral 2012 13:10
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
tesekkurler!!!

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}