Ramil Səfərov: 'Mən Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm'

 
Ramil Səfərov: 'Mən Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm'



19.02.2004-cü il… 8 il öncə Azərbaycan, Ermənistan və Macarıstan gözlənilməz bir xəbərlə silkələndi. Ermənilərin yüz illərdən bəri Azərbaycana qarşı olan ərazi iddialarının 88-ci ildən yenidən alovlanması münaqişə, dəhşətli qırğınlar və insanlığa sığmayan hadisələrlə müşayət olunmuşdu. Bundan ən çox zərər çəkənlər isə işğal olunmuş ərazilərin sakinləri oldu. Bu qədər fiziki, psixoloji, mənəvi və maddi zərbələrin mənfi nəticələrindən qaçmaq qeyri mümkündür və 8 il öncə bu mənfi nəticənin Avropaya qədər gedib çıxması əslində nəinki Qafqaz, bütün dünya üçün bir siqnal olmalıydı.


Bu gün Ermənistan cəmiyyətində potensial cahil provokatorlar ordusu yetişir. İllər boyu terror təşkilatı ASALA-nın üzvü olmuş, Türkiyənin müxtəlif ölkələrindəki səfirlərinə, onların ailələrinə qarşı sui-qəsdlər etmiş, Qarabağda qadın və uşaqları xüsusi amansızlıqla qətlə yetirmiş terrorçulara abidələr quran, adına fondlar, məktəblər yaradanlar bu gün 4cü sinif dərsliklərində ” Ermənilərin müqəddəs məkanı Ararat dağı dünyanın ən hündür dağıdır” yalanını uydurmaqdan belə çəkinmirlər. 60 yaşını haqlamış, Türkiyədə yaşayan erməni professor isə çıxıb efirdə “Durna milli erməni quşudur” deməkdən utanmır. Təəssüflər olsun ki, bizə gülməli gələn bu faktlar Erməni gəncliyinin təlim və tərbiyəsində əsas təbliğat vasitələridi. Bunun nəticəsidir ki, xaricdə yaşayan azərbaycanlılar çox vaxt ucuz erməni provakasiyalarıyla üzləşirlər. 8 il öncə isə bu cür yuyulmuş beyinə sahib olan bir erməni gəncin Azərbaycan hərbçisinin bayrağı, şəhidləri, əsir götürülmüş qadınlarıyla bağlı etdiyi provakativ hərəkətlər, atmacalar birincinin ölümüylə nəticələndi və bu hadisə Azərbaycan ordusunun böyük bir qurban verməsi bahasına başa gəldi.

Bu hadisənin ən gözəl təhlilini verən də elə Azərbaycan ordusunun zabiti Ramil Səfərov özü oldu: “Mən, Qurgeni erməni olduğuna görə qətlə yetirsəydim Azərbaycanda yaşayan on minlərlə ermənidən ya da Türkiyədə 10 il müddətində yaşadığım dövrdə orada olan ermənilərdən başlayardım. Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm.”

Adətən bir insanın qətlə yetirilməsinə görə ömürlük həbs cəzasıyla cəzalandırılmaq kimi bir qərar nadir hadisə olsa da, erməni diasporasının və dövlətinin Ramilə qarşı nifrət və prinsipiallığı Avropa məhkəməsini belə bir qərar verməyə razı sala bildi.

Bu gün Ramil Səfərovun həbsindən tam 8 il keçsə də, onun haqqında çıxarılmış ədalətsiz qərarın dəyişdirilməsi ya hər bir məhbusun təbii haqqı olan- həbs cəzasını öz ölkəsində çəkmək hüququnun təmin edilməsi yolunda heç bir ciddi addım və irəliləyiş yoxdur. Regionun lider dövləti olduğunu iddia edən Azərbaycan hələ ki, Ermənistan dövləti və diasporasının prinsipiallığı qarşısında acizdir.

Azərbaycan ordusu isə 4 hərbi məktəbdə təhsil almış, dünyanın ən güclü hərbi məktəblərindən sayılan Kara Harb Okulunun məzunu olan, Kiprdə ölüm düşərgələrindən keçmiş güclü bir zabitini itirib.

Ramilin özünə gəldikdə isə, bu sınaqlarda ən layiqli formada davranan elə onu özü oldu. Qürbət zindanda belə sınmayan, monoton həyatını zənginləşdirməyə çalışan, yeni keyfiyyətlərini üzə çıxaran bu insan bizim azadlıqda edə bilmədiyimiz çox şeyi etdi. O nəinki Macar dilindən Azərbaycan dilinə əsərlər tərcümə edən ilk şəxs kimi, həm də bunu edən ilk azərbaycanlı hərbçi kimi tarixə düşdü. Zəncirlər bir insanın əllərini, ayaqlarını qandallaya bilər, tikanlı divarlar insanı müəyyən bir mühitdən məhrum edə bilər amma onun ruhunu, mənəviyyatını, dünyaya baxışını, yaradıcılığını və hisslərini məhdudlaşdıra bilməz.

Bizə bu dərsi verdiyin üçün çox sağol Ramil, BİZ SƏNİ SEVİRİK! Allah qapını açsın.

Amma ümidimiz tək Allaha yox, həm də Azərbaycan dövlətinə və rəhbərliyinədir. Gec də olsa gözləntilərimizin doğruldulacağı günü səbirsizliklə gözləyirik!


Geri dön

✿Victoria✿

  • 21 fevral 2012 17:52
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
TESEKKURLER ALLAH DOGURDAN ONUN KOMEYI OLSUN O VETENPERVER BIRIDI VETENE O CUR QEHREMAN OGULLAR LAZIMDIR

--------------------

... Deryam ...

  • 21 fevral 2012 17:12
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
MÜBARİZİ İTİRDİK
RAMİLİ İTİRMƏK İSTƏMİRİK !!!

İNŞALLAH ÇOX GEC OLMADAN RAMİL VƏTƏNİNƏ QAYIDA BİLRƏR

--------------------

Ku-ku

  • 21 fevral 2012 16:57
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah ona komey olsun

--------------------

KaYfA_SuRgUn

  • 21 fevral 2012 16:16
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
MARAQLIDIR COX SAGOLUN XEBER UCUN

--------------------

★Miss Love★

  • 21 fevral 2012 15:48
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
mence cox duzde edib,inwallah azadliqa cixar ne vaxdsa,allah onu qorusun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}