Həzrət Saleh (ə)

 
Həzrət Saleh (ə)


Həzrət Saleh (ə)

Hicri tarixi ilə 9-cu ildə Həzrət Məhəmməd (s) peyğəmbərin rəhbərliyi ilə İslam ordusu Ərəbistan yarımadasının şimalında Roma qoşunları ilə vuruşmaq üçün Təbuk məntəqəsinə sarı gedirdi. Çox çətin bir səfər idi. İslam qoşunu yorulmuş və susamışdı. Ona görə də Allahın Rəsulu fərman verdi ki, qoşun Təbuk məntəqəsinin yaxınlığında olan Vadil-qurada dayansınlar.

İslam ordusu dağların yaxınlığında düşərgə saldı. Ora çox qədim bir yer idi. Orada xarabalıqlar və su çalaları gözə dəyirdi. Bəziləri bir-birlərindən bu qalıqlar barəsində soruşurdular. Deyildi ki, bu əsərlər bir zamanlar bu məkanda yaşamış Səmud qəbiləsinə məxsusdur. Əziz Peyğəmbər o çalaların suyunu içməyi müsəlmanlara qadağan etdi. Allahın Rəsulu nifrin və əzaba düçar olan və onlardan heç bir əlamət qalmayan qəbilənin taleyindən ibrət almaq üçün əsgərlərin ora daxil olmasını vurğuladı.

İndi görək Səmud qəbiləsi kimlər idilər və Həzrət Salehin əhvalatı necə olmuşdur?

Tarixdən qabaqkı dövrlərdə Ərəbistan yarımadasının şimalında yerləşən Vadil qura adlanan geniş torpaqlarda Səmud qəbiləsi yaşayırdı. Səmud qəbiləsi çox qədim olan ərəb qəbilələrindəndir. Tarix onun barəsində bir şey qeyd etməmişdir. Onda olan mə’lumatlar Qurani-Kərimdə və Peyğəmbərin (s) hədislərində gəlmişdir.

Əhqaf torpaqlarındakı Ad qəbilələri məhv olduqdan sonra bu qəbilə peyda oldu. Bu qəbilənin camaatı əkinçiliklə məşğul olur, quyu qazır, öz əkin sahələrini şumlayır, dağların içində evlər tikirdilər. Heyvanlarını rahatcasına yaşıllıqlarda otarırdılar. Onların bağ-bostan və tarlaları rövnəqlənib, bəhrə verir, beləcə öz yaşayışlarını keçirirdilər. Onlar Allahı düşünüb, ona ibadət etmək barədə fikirləşmirdilər. Bunun əvəzinə qəbilənin varlı və əyyaş insanları hədlərini aşıb, tüğyan edirdilər. Bu qəbilənin camaatı Alllaha ibadət yerinə bütlərə ibadət edirdilər.

Həzrət Saleh həmin dövrdə yaşayırdı. O, pak xüsusiyyətli və agah bir insan idi. İnsanlar yaxşı sifətlərinə və bəyənilmiş əməllərinə görə onu sevirdilər. Bu qəbilənin bəzi insanları fikirləşirdilər ki, Saleh böyük məqama çatacaqdır və bəlkə də güclü Səmud qəbiləsinin rəisliyini öhdəsinə götürəcəkdir.

Allah-təala Həzrət Salehi Peyğəmbərliyə seçdi. Onu qəbiləsinə doğru göndərdi ki, insanları bütpərəstlikdən çəkindirib, yeganə Allahın ibadətinə dəvət etsin.

Saleh yaxşı bilirdi ki, bütpərəstlik onun qəbiləsinin ürəyində çoxdan kök salmışdır. Çünki, onların ata-babaları bütpərəst olmuşdular. Həmçinin bilirdi ki, bu qəbilənin başçıları fasid insanlardır və bir kəsin xeyrini istəmirlər. Camaatı bütpərəstlikdən çəkindirən insanlarla da kobud və qaba rəftar edirlər.

Amma, Saleh, peyğəmbər və Alllahın elçisidir. O, Allahdan başqa heç kəsdən qorxmur. Ona görə də Həzrət öz dəvətini açıq surətdə elan etdi. O, öz risalətini müjdə verdi və həmin yerdən də qarşıdurmalar başlandı. Xeyir və şərin mübarizəsi başlandı və mömin peyğəmbər fasid və kafirlər əleyhinə öz müharibəsinə başladı. Səmud qəbiləsinin arasında doqquz nəfər güclü və quldur insan var idi. Onlar fəsad törədir və bədxahlıqla məşğul olurdular.

Bir gün Səmud qəbiləsinin adamları dağdakı böyük daş parçasına tərəf yollandılar. Onlar qədim zamanlardan o daşa ibadət edirdilər. Uşaqlar atalarının o daşa ibadət etdiyini görüb, özləri də onlar kimi ibadət edirdilər və artıq böyüdükdə təbii surətdə bütpərəst olurdular. Bu daş parçası bütün qəbilənin yanında xüsusi hörmətə malik idi. Camaat onun qarşısında qurban kəsirdilər. Qurbanlıqları onun yanına qoyurdular. O daşdan ruzi və bərəkət istəyirdilər. Saleh öz qəbiləsinin əməlini görüb, onların etdiyi işə görə qüssələndi. Ona görə də müqəddəs daş parçasının yanına gedib, onlara buyurdu:

-Ey qəbilə! Allaha ibadət edin, sizin ondan başqa Rəbbiniz yoxdur.

Onların bəziləri dedilər:

-Niyə yeganə Allaha ibadət edək?

Saleh buyurdu:

-Çünki, sizi yaradan və sizə ruzi yetirən odur.

Onlar dedilər:

-Allah bizdən uzaq olduğu üçün biz istədiklərimizi ondan diləyə bilmirik. Ona görə də onun müqəddəs yaratdıqlarına ibadət edirik. Allah bizim bütün işlərimizi bu daşa tapşırmışdır və Allah bizdən razı olsun deyə biz ona hörmət qoyuruq.

Saleh qüssə və nigarançılıqla buyurdu:

-Ey qəbilə! Allah sizi vücuda gətirəndir və məni də sizin yanınıza o göndərmişdir. O istəyir ki, təkcə ona ibadət edəsiniz və ona ibadət etməkdə heç kimi şərik qoşmayasınız.

Ey qəbilə! Allahdan bağışlanmaq istəyin və sonra onun dərgahına tövbə edin. Həqiqətən Allahım yaxındır və tövbələri də qəbul edəndir.

Dedilər:

-Ey Saleh! Biz sənə böyük ümid bəsləyirdik. Biz ümidvar idik ki, sənin ağıl və fikrindən faydalanaq. Amma, indi təəccüblü şeylər danışırsan. Necə bizə sifariş edirsən ki, öz allahlarımızdan əl çəkək? Necə bizi dəvət edirsən ki, ata və babalarımızın pərəstiş etdiyi şeyləri buraxaq?

Ey Saleh! Biz indi sənin risalətinə şəkk edirik. Həqiqətən sən dəli olubsan.

Saleh buyurdu:

-Allah məni göndərmişdir ki, sizi onun ibadətinə dəvət edəm, bu işə görə heç kəsdən muzd və mükafat istəməyəm və məni yaradan Allahdan savayı heç kəsə ibadət etməyəm.

Onlar dedilər:

-Əgər sən həqiqətən Allahın elçisisənsə bu daşın içindən bizim üçün bir boylu dəvə çıxart.

Saleh onlara buyurdu:

-Allah hər şeyə qadirdir. Bizim hamımızı torpaqdan yaradan odur.

Dedilər:

-Sən bu daşın içindən bizim üçün bir dəvə çıxarmayınca, sənin risalətinə iman gətirməyəcəyik.

Onların biri uca səslə dedi:

-Hə, o dəvə hamilə olmalıdır.

Saleh dedi:

-Mən sizin istəyinizi Allaha çatdıraram. Əgər Allah bu işi etsə, siz Allahı yeganə olaraq tanıyıb, mənim onun elçisi olduğuma iman gətirəcəksinizmi?

Dedilər:

-Bəli. Sizin və’diniz nə vaxtadır?

Saleh onlara buyurdu:

-Sabah həmin yerdə.

Sabahısı gün səhər çağı Saleh dağa tərəf böyük daş parçası olan yerə tərəf yollandı. Doğrusu, Salehin etmək istədiyi iş asan deyildi. Necə ola bilər ki, dağın içindən bir dəvə çıxsın? Necə ola bilər ki, bu daş yarılsın və ondan boylu bir dəvə çıxsın?

Bütün Səmud qəbiləsi dağın ətrafına yığışmışdılar. Onların bəzisi şəkk içində idi. Bəziləri dağa baxır və bəziləri isə uzaqdan Salehin etdiklərinə fikir verirdilər. Gördülər ki, Saleh tə’zim və təvazö halında mavi səmaya baxır. O, bəzi sözlər deyirdi. Əlləri ilə dağa və Səmud qəbiləsinə tərəf işarə edir. Bildilər ki, Saleh Allahın dərgahına ağlayıb, ah-nalə edir və ondan öz risalətinin düzgünlüyünü sübut etmək üçün bir nişanə istəyir.

O, çox qəribə bir şey istəyirdi. Boylu dəvə dağın içindən çıxsın. Bu yerin qorxu və dəhşəti hamıya kölgə salmışdı. Ad qəbiləsi Salehi gözləyir, çox diqqətlə dağa və onun bərk daşlarına baxırdılar. Saleh dizi üstə yerin üzərində oturdu və göz yaşları axıtdı. O öz Rəbbindən istəyirdi ki, qəbiləsini hidayət etmək üçün bir nişanə göndərsin. Öz fitrət və təbiətlərinə qayıdıb, yeganə Allaha ibadət etsinlər.

Saleh birdən ayağa qalxdı və barmağını dağın bir nöqtəsinə tərəf uzatdı. Qəbilənin bütün adamları dəhşətli bir səs eşitdilər. O, daşların parçalanmasına oxşayan bir səs idi. O səs çox möhkəm və güclü idi. Daşların bir hissəsi dərənin dibinə töküldü. Xəfif toz-torpağın arasından çox gözəl bir dəvə peyda oldu. Dəvə doğrudan da hamilə idi.

Çox sakit bir dəvə idi. İnsan ilk baxışında onu sevirdi. Saleh onun şükrünü etmək üçün Allaha səcdə etdi. Çünki, Allahın mütləq qüdrəti nəyi yaratmaq istəsə ona sadəcə, Ol! deyir və o da olur.

Qəbilə adamları bu işin əzəmət və böyüklüyü qarşısında baş əydilər. Onların bəzisi Allaha səcdə etdilər. İndi onlar böyük bir nişanə görürdülər. Gözlərinin qarşısında idi. Salehin dedikləri düz çıxmışdı. Doğrudan da Allah birdir və şəriki yoxdur. Onlar çox az idilər. Amma, imanları dəvənin çıxdığı dağ kimi möhkəm idi. Qəbilənin bütün adamları o möcüzəyə diqqətlə baxırdılar. Beləliklə dəvə Salehin peyğəmbərlik nişanəsi oldu; bütpərəstlik qarşısında tövhid nişanəsi

Üç gün keçəndən sonra dəvə gözəl bir dəvə balaladı. O həmişə anasının yanında idi. Onun yaxınlığında özü üçün oynayırdı. Anası da mehribanlıqla onu qoruyurdu. Dəvə və onun sakit körpəsi məhəbbət və rəhmət nişanəsi idi. Onu görənlər deyirdilər ki, bu, Salehin dəvəsidir. Amma, Saleh onlara deyirdi ki, bu, Allahın dəvəsidir. Bu, səmavi nişanədir, olmaya ona əziyyət edəsiniz. Kimsə ona zərər vurmağa çalışsa, Allahın nifrini sizi tutar.

Günlər ötürdü. Dəvə o geniş yerlərdə yaşayır, ot və ələflərdən yeyir, bulağa gedir və su içirdi. Bütün camaat onun südündən istifadə edirdilər. Bərəkətli və təmiz südü vardı.

Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə başladılar: iman cəbhəsi və bütpərəstlik cəbhəsi. Kafirlər hər gün mö`minlərə əziyyət verib, onların imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:

-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!

Möminlər cavabında deyirdilər:

-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan başqasına ibadət etmərik.

Bu zaman kafirlər deyirdilər:

-Biz sizin iman gətirdiyinizə küfr edirik.

Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə e’lan edirdilər. Çünki, onlar naz-nemət içində qərq olmuş varlılar idilər və belə güman edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daşürəkli olan doqquz nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarşı rəhm və qayğıkeşlik yox idi. Öz mənafelərindən başqa bir şey fikirləşmirdilər. Onlar hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də ürəklərində ona kin bəslədilər. Dəvəyə qarşı da kin bəsləməyə başladılar. Çünki, dəvə, Salehin peyğəmbərlik nişanəsi və onun peyğəmbərliyinin doğruluq əlaməti idi.

Bir gecə bütün camaat yuxuya gedəndən sonra bu doqquz nəfərlik qrup həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra şərab içib, məst oldular. Gözlərinin rəngi qızarmışdı. Bir şey barəsində söhbət edirdilər və o da Saleh təhlükəsi idi. Bir-birlərindən soruşurdular ki, nə edək? Salehin şərindən necə qurtaraq?

Onların biri dedi:

-Gəlin əvvəlcə onun dəvəsinin şərindən qurtaraq.

Başqa birisi dedi:

-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh bizim qarşımızda zəif və gücsüz olacaqdır.

Üçüncüsü də dedi:

-Onu öldürəcəyik!

Dördüncüsü dedi:

-Onu kim öldürəcək?

Beşinci adam dedi:

-Hə, kim onu həlak edə bilər?

Altıncı nəfər dedi:

-Mən bilirəm onu kim öldürə bilər.

Yeddincisi soruşdu:

-Kim?

Hamısı bir-birlərindən soruşdular:

-O kimdir?

O dedi:

-O cinayətkar Qidardır.

Hamısı bağırdılar:

-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar!

Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki, cinayətkar Qidarı çağırsın.

Gecə yarıdan keçmişdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst idi və gözləri qızarmışdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir və bərəkət nişanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləşə bilməz.

Onu mal və pul ilə şirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün ayağa qalxdı. Hiyləgərlər dedilər:

-Qidar, hara gedirsən?

O dedi:

-Elə indicə dəvəni öldürəcəyəm.

O zalım qrupun üzvləri dedilər:

-Bu işi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu asanlıqla həlak edə bilərsən.

Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra keçirmişdi. Üzü qorxulu idi və daha da şişmişdi. O, qorxulu görkəm almış, üzünün damarları göyərmişdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki, Qidar hansısa bir cinayətə əl bulaşdıracaqdır.

Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeşməyə tərəf yollandılar. Balanın kefi kök idi. Günəş yenicə doğmuşdu və çəmənliklər oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü.

Köşəy o yaşıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora aparırdı. Amma, həmin gün səhər hansı hadisə baş verdi? Niyə körpə oynamaq üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhşət hiss etmişdi.

Bəli, bədbəxt Qidar öz qorxulu çöhrəsi ilə göründü. Birdən zahir oldu və onların yolunu bağladı. Onun əlində qılınc var idi. Anası uzaqlaşmaq istədi. Amma, Qidar ona çox möhkəm bir zərbə endirdi. Yazıq dəvə yerə yıxıldı. Qidar onun boynuna daha bir zərbə vurmaq istədi. Dəvə qüssə içində öz körpəsinə nəzər saldı. Sanki ona demək istəyirdi: Özünü xilas et! Körpə qorxaraq dağa tərəf qaçdı.

Həmin doqquz nəfər gəlib, bıçaq və xəncərlə dəvənin canına düşdülər. Qan hər yeri bürüdü. Yer və daşlar qırmızı rəngə boyandı.

Səmud qəbiləsinin cinayətkarları etdikləri işlə kifayətlənmədilər. Onların əli günahsız dəvənin qanına batmışdı.

Bütpərəstlər gəlib, vəhşi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri ilə dava saldılar. Onunla da kifayətlənməyib, dəvənin balasını tə’qib etdilər. Dəvə balası qorxaraq, dağa qalxırdı. Onu qovan vəhşilərin əlindən qurtulmaq üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhşilərin.

Dəvənin körpəsi dağın zirvəsində dayanıb, bıçaqlarla tikə-tikə doğranan anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas olmaq üçün bir yer yox idi. Göyə baxıb nə’rə çəkdi. Bütpərəstlərdən hansınınsa ona iti bir bıçaq sancmasından qabaq üç dəfə fəryad etdi. Bala dəvə böyük daşlar üzərindən yerə düşdü. Qanı fəvvarə vuraraq daşları öz saf qırmızı rənginə boyadı. Cinayətkarlar iti bıçaqlarla ona hücum edib, vəhşicəsinə tikə-tikə etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər.

Həzrət Saleh və digər möminlər bu dəhşətli cinayətdən xəbər tutdular. O, imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin başına nə gəldiyini görsün Lakin, yeri və dağın başını boyayan qanlardan başqa heç bir şey görmədilər.

Üfüqdə qara buludlar göründü. Fəza təhlükə ilə doldu. Bu fasiq və zalım insanlar xeyir və yaxşılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz dəvəni məhv etmişdilər. Onlar dəvəni Allahın nişanəsi və Salehin peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüşdülər. Saleh onlara buyurdu:

-Yalnız üç gün evlərinizdə xoşgüzəranlıq edin. Tezliklə əzab sizi tutacaqdır. Çünki, siz zalım insanlarsınız. Siz Allahın risalətinə kafir olub, Onun dəvəsini qətlə yetirdiniz. Siz xeyir və yaxşılıq istəmirsiniz.

Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək fikrinə düşdülər. Onun ailəsini də qətlə yetirmək istədilər. Onlar yenə də bir yerə yığışıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər. Onlar yalnız bundan sonra zəif möminlərə qələbə çala bilərlər. Amma, nə oldu?

Onlar öz növbəti cinayətlərini həyata keçirməzdən qabaq çox dəhşətli bir hadisə baş verdi. Qara buludlar göydə toplandılar. Ulduz, ay və planetlər gözlərdən itdi. Dağ və dərələr tamamilə qaranlığa qərq oldu. O gecənin ortalarında göydən çox güclü ildırım çaxıb, Səmud qəbiləsini alt-üst etdi. Zalımlır ürəkləri lərzəyə gətirən dəhşətli gurultu səsindən oyandılar.

O fasiq qəbilənin evlərinə dağıdıcı ildırımlar endi. Onların saray və mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.

Saleh və möminlərdən başqa heç kəs o mə’rəkədən salamat çıxmadı.

Səmud qəbiləsinin aqibəti bu idi. Dəvənin öldürülməsindən dörd gün sonra günəş, artıq o zalımların sakin olduqları yerin xarabalıqlarına saçırdı. Sübh vaxtı isə onların cansız cəsədləri evlərində qalmışdı.


Geri dön

...BARSA FANATI....

  • 23 fevral 2012 17:33
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
XEBERE SOZ OLA BILMEZ....TWK...

Mehri_94

  • 22 fevral 2012 10:38
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
cox sag ol eziyete gore

--------------------
R :love: M

YaKiWiKLi SeRSeRi

  • 21 fevral 2012 20:29
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
buyurun srhleriniz

Ku-ku

  • 21 fevral 2012 18:19
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✿Victoria✿

  • 21 fevral 2012 17:57
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

.♣.Chrysalis.♣.

  • 21 fevral 2012 17:55
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
COX SAG OL ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}