Xocalılı qız Sarkoziyə məktub yazdı

 
Xocalılı qız Sarkoziyə məktub yazdı

1992-ci il fevralın 26-da ermənilər tərəfindən soyqırımı törədilən Xocalı şəhər sakini, 20 yaşlı
Zərifə Quliyeva Fransa prezidenti Nikola Sarkoziyə müraciət edib.

Zərifə Quliyeva müraciətində bildirib:

“Hörmətli Fransa Prezidenti Nikola Sarkozi!
Sizə bu məktubu yazan Azərbaycanın Qarabağ bölgəsindən, viranə şəhər Xocalıdan olan azərbaycanlı Zərifə Quliyevadır. Mənim 20 yaşım var. Ötən əsrin ən dəhşətli faciələrindən birinin – Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı soyqırımının törədilməsindən elə bu qədər vaxt keçir. Xocalı adı Sizə tanışdırmı? 1992-ci il fevralın 26-da Azərbaycanın bu qədim yaşayış məntəqəsində işğalçı erməni silahlı dəstələri tərəfindən törədilmiş dəhşətli cinayət nəticəsində 613 nəfər öldürülüb, 1275 adam əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 adam qəddarlıqla şikəst edilib. Bu insanların yeganə “təqsiri” onların azərbaycanlı olması idi. Siz deyin, əgər bu, SOYQIRIMI deyildirsə, onda SOYQIRIMI nəyə deyilir?

Əgər Siz bəşəriyyətə qarşı törədilmiş bu cinayəti xarakterizə edən sözlər seçməkdə çətinlik çəkirsinizsə, Sizə deyə bilərəm ki, Xocalı İkinci Dünya müharibəsi illərində alman faşistləri tərəfindən praktiki olaraq yerlə-yeksan edilmiş Çexiyanın Liditse şəhəri ilə qardaşlaşıb. Bu, son dərəcə ibrətamiz faktdır: bəşəriyyətə qarşı cinayətlərin dəhşətləri ilə üzləşmiş iki şəhər qardaşlaşıb.

Mən bilirəm ki, Siz xoşbəxt ər və xoşbəxt atasınız. Sizin gözəl xanımınız Karla Bruni 2011-ci il oktyabrın 19-da Sizə Cüliya adlı bir qız bəxş edib. Mən bu balaca qızın sağlam və xoşbəxt böyüməsini Allahdan arzu edirəm. Bunun üçün onun hər cür imkanı vardır. Sizdən isə bunu nəzərə almağınızı xahiş edirəm ki, erməni faşistlər tərəfindən Xocalıda məhv edilmiş insanlar arasında 106 qadın və 63 uşaq olub. Səmimiyyətimə inanın ki, ağlım kəsəndən bir suala cavab tapa bilmirəm: Görəsən, qaniçən cəlladların əli ilə qətlə yetirilmək dəhşətlidir, yoxsa, Xocalıda həlak olmuş və həmişəlik orada qalmış atamı daha heç vaxt qaytara bilməyəcəyimi başa düşərək yaşamaq?! Zənnimcə, Siz bir ata olaraq, uşağın atasız böyüməsinin, onun həyatda öz dayağını, valideynlərindən birini itirməsinin nə demək olduğunu təsəvvür edə bilərsiniz. Xocalıda mənim atamla bərabər, azyaşlı qardaşımı, nənəmi, əmilərini və dayılarımı da öldürüblər. Ümumiyyətlə, bizim ailə o dəhşətli gecədə 22 nəfər itirib.

Bizi anamız böyüdüb. O, bizi tərbiyə edib, bizə həyatda ən vacib keyfiyyətlər aşılayıb. Biz Xocalını heç vaxt unutmayacağıq, çünki o dəhşətli gecədə anamın aldığı 4 güllə yarası və indiyə qədər bədənində gəzdirdiyi qəlpələr daim özünü hiss etdirir. Bu qəlpələr anamın ömrünü qısaldır, Xocalı dəhşətlərini hər gün xatırlamağa məcbur edir. Biz – Xocalı sakinlərinin hər birinin qəlbində bu cür qəlpə yaraları vardır.

Cənab Prezident, məncə, bunu da bilmək Sizin üçün maraqlı olar ki, azərbaycanlı jurnalist Çingiz Mustafayevlə bərabər, Xocalı faciəsi törədilən yerdə olmuş rusiyalı telereportyor Yuri Romanov özünün “Mən müharibəni çəkirəm” adlı kitabında dinc sakinlərin həlak olduğu yerə gəldikləri anı belə xatırlayır: “Mən helikopterin illüminatorundan baxıram və oradan gördüyüm, ağlasığmaz dərəcədə dəhşətli mənzərə, sözün həqiqi mənasında məni sarsıdır. Qar topalarının, qışdan qalmış sırsıraların əridiyi dağ yamacının kölgə yerindəki saralmış otun üzərində insan cəsədləri sərilib. Böyük bir ərazidə qadınların, qocaların, qarıların, südəmər körpədən başlamış yeniyetməyə qədər müxtəlif yaşlı oğlan və qızların cəsədləri səpələnib. Meyitlər arasında iki fiqur insanın qəlbini parçalayır. Bunlardan biri nənə, digəri balaca qızcığazdır. Ağ saçlı, başı açıq nənə əynində göy rəngli gödəkcə olan balaca qızcığazın yanında üzü üstə uzanıb. Nədənsə, onların ayaqlarını tikanlı məftillə bağlayıblar. Nənənin əlləri də bağlıdır. Hər ikisi başından güllə ilə vurulub. Təxminən 4 yaşı olan qızcığaz həyatının son anında əllərini artıq öldürülmüş nənəsinə tərəf uzadıblar. Bu səhnədən o qədər sarsıldım ki, kamera da dərhal yadıma düşmədi...”.
Cənab Sarkozi, çox istərdim ki, Siz bu xatirələri oxuyandan sonra mən Sizin gözlərinizə baxım. Əminəm ki, mən o gözlərdə başqasının dərdinə şərik olmağı bacaran mərd insanın göz yaşlarını və ürək ağrısını görərdim. Buna görə də ümid edirəm ki, Siz Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımına layiqli və ədalətli qiymət verə biləcəksiniz.

İnanmaq istərdim ki, Siz və başçılıq etdiyiniz “Xalq hərəkatı uğrunda ittifaq” partiyası Xocalıda törədilmiş soyqırımının tanınması haqqında qanuna Fransa Senatında baxılması barədə təşəbbüs qaldıracaqsınız. Bununla Siz Azərbaycanda haqqınızda yaranmış fikri dəyişdirər və Sizin Fransadakı erməni diasporundan və erməni lobbisindən birbaşa asılı olmağınız barədə deyilənləri təkzib edərsiniz. Xüsusən Siz 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri ermənilərə qarşı soyqırımı hesab etməyən hər kəsin həbs edilməsi və cərimələnməsi barədə qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edəndən sonra Azərbaycan xalqında Sizin haqqınızda bu cür fikir yaranıb.

Prezidentlər vəzifəyə gəlirlər və gedirlər, amma siyasətçilərin adları onların hərəkətləri sayəsində tarixdə qalır. Xocalıda dinc Azərbaycan əhalisinə qarşı soyqırımının təqsirkarlarına Fransa Senatı tərəfindən ədalətli qiymət verilməsi barədə şəxsi təşəbbüsünüz Sizin adınızın Azərbaycan-Fransa münasibətləri tarixində qalması üçün gözəl bir fürsət olar.

Belə bir addım atmağın Sizin üçün nə qədər çətin olacağını başa düşürəm. Lakin Sizə bunu bildirməyi özümə rəva görürəm ki, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalı faciəsini “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın” adlandırıb. Bu təşkilatın fikrincə, erməni silahlı dəstələri mülki şəxslərin öldürülməsinə görə birbaşa məsuliyyət daşıyırlar.
Zaman sürətlə keçir. Tamamilə mümkündür ki, mənim öz doğma torpağımı görmək imkanından məhrum halda yaşadığım 20 ildən sonra, Xocalıda soyqırımının törədilməsindən 20 il sonra insanlığa qarşı bu cinayət bütün dünyada tanınacaqdır. Beləliklə, indi seçim Sizindir. Tarixdə ədalətin zəfər çalmasına kömək etmiş siyasətçi kimi, yoxsa, cinayəti cinayət adlandırmağa qorxaraq yalnız öz şəxsi mənafelərini üstün tutmuş bir adam kimi qalmaq məsələsini Siz və yalnız Siz həll edə bilərsiniz”.


Geri dön

Mehri_94

  • 22 fevral 2012 10:08
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
tesekkurler

--------------------
R :love: M

✿Victoria✿

  • 22 fevral 2012 09:33
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER
INSALLAH YAXSI OLAR

--------------------

BALAM

  • 22 fevral 2012 00:41
  • Məqalə: 1
  • Şərh: 22
  • Bal:
{awards}
l_a_d_y_b_u_g,
INSALLAH gedib catar.

--------------------
.........................

generation

  • 21 fevral 2012 22:17
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Lap ureyim agriyire bele seyleri gorende televizorda zadda verirler pis oluram eziyet cekmisiz twk edirem (((

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Mehemmed249

  • 21 fevral 2012 22:06
  • Məqalə: 7
  • Şərh: 269
  • Bal:
{awards}
Mene cox maraqlidi o mektubu kim aparib Sarkoziye catdiracaq ve Sarkozi onu oxuyacaq? Sarkozi indi durub bizim bir gencimizin sozuynen oturub duracaq? Men isteyerem eslinde gedib catsin ve sarkozi utansin. Hec olmasa bir az azerbaycanlilara ureyi yumushalsin.

l_a_d_y_b_u_g

  • 21 fevral 2012 21:54
  • Məqalə: 14
  • Şərh: 208
  • Bal:
{awards}
cox tesirli mektubdu. goresen bu mektub ora gedib catar??????????
TWK

kis masali

  • 21 fevral 2012 21:47
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
goresen birazda olsa utanib sarkozi

--------------------
<3

Nikoyl

  • 21 fevral 2012 21:45
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
menimde bele seylere gore ureyim agriyir

--------------------

sevgi yalandir

  • 21 fevral 2012 21:37
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
dogurdanda cox tesir edici idi twk edirem(

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Мой Мир

  • 21 fevral 2012 21:35
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Lap ureyim agriyire bele seyleri gorende televizorda zadda verirler pis oluram eziyet cekmisiz twk edirem (((

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}