İlahi Ne`mətlərin Yada Salınması

 
İlahi Ne`mətlərin Yada Salınması

İlahi Ne`mətlərin Yada Salınması
İmam şərafətli “İftitah” duasında Allahın bizə Onunla söhbət icazəsi verib, bizə minnət qoyması kimi xırda nöqtələri qeyd etdikdən sonra Allahın növbənöv ne`mətlərini yada salmağa başlayır; elə ne`mətlər ki, insan adətən onlardan xəbərsiz olur.
Bir qism ne`mətlər barəsində azca düşünməklə onların əhəmiyyətini dərk etmək olar. Hər nə qədər mə`lumatımız və biliyimiz çox olarsa, bu ne`mətlərin öz həyatımızda tə`sirini və dəyərini daha çox anlayarıq. Lakin başqa bir qisim ne`mətlər haqqında çox dərin düşünülməlidir. İnsanın, adətən, xəbərsiz qaldığı ne`mətlərdən biri də bəla və müsibətlərin uzaqlaşmasıdır. Mümkündür ki, insan bəlaya düçar olduqdan sonra Allah ona nicat versin və ya bəlaya düçar olmamışdan əvvəl bəlanı dəf etsin. Deyilir: “Allahım, nə çox hüznləri aradan götürdün və nə çox qəmləri məhv etdin. Nə çox günahları bağışladın, nə çox rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın”.
İnsan çətinliklərə düçar olub sıxıntıya düşməyincə Allahın ona verdiyi ne`mətlərin dəyərini dərk etmir. Hamımız həyatda az-çox müsibət və çətinliyə düçar olmuş, bir müddət sonra qurtulmuşuq; lakin bu məsələlərin yanından çox sadəcə ötüb keçmiş, onlar haqqında dərindən düşünməmişik. Bu növ hadisələr barəsində düşünmək insanı ayıldır və onun Allah ilə əlaqəsini möhkəmləndirir.
Fərz edin çətin bir vəziyyətdə (məsələn, həkim və dərman üçün pul lazımdır, lakin əl boşdur) insan özü və ya onun ailə üzvlərindən biri ağır xəstəliyə düçar olur. Elə bir xəstəlik ki, dərhal addım atılmasa, ciddi çətinlik yaranacaq. Bu vəziyyətdə insan hər vasitəyə əl atır, lakin nicat yolu tapmır. Beləliklə, çətinlik yaxşıca dərk olunur. Heç bir şeyə əli çatmayan, bütün yolların bağlandığı və tamamilə ümid üzülən zaman qəfildən çətinlik həll olur və insan nicat tapır. Bu cür hadisələr az-çox hamının həyatında baş verir. Lakin adətən bu hadisələri Allahın iradəsi yox, təsadüf hesab edirik. Çətinliyimiz aradan qalxan zaman Allahın lütfünə çatdığımızı düşünmürük. Əgər bu nicatı Allaha aid etsək də, yalnız dildə etmiş oluruq. Qəlbdə isə inanmırıq ki, əslində çətinliyimizi aradan götürən Allahın lütfü olmuşdur.
Yaranış nizamında baş verən müsbət və mənfi hər iş Allahın iradəsi ilə baş verir və Onun iradəsi olmadan heç nə dəyişmir. İnsana bir ne`mət çatırsa, ondan hansısa bir bəla uzaqlaşırsa, bunlar Allahın istəyi və əmri ilə olur. Allah işlər üçün şərait və vasitələr yaradır. İstər biz onları tanıyaq, istərsə də tanımayaq, istər adi vasitələr olsun, istərsə də olmasın! Lakin çətinliklərimizin qeyri-adi vasitələrlə həll olması diqqətimizi cəlb edir və bizə daha çox tə`sir göstərir. Biz isə bunun adını “təsadüf” qoyuruq.
Allahdır həmişə insana ruzi verən! Bə`zən ticarət yolu kimi adi yollarla, bə`zən isə səma ne`mətləri kimi qeyri-adi vasitələrlə! Bütün hallarda ruzi Ondandır, ruzi verən Odur. Çətinliklərin götürülməsi də Onun əlindədir. Xəstəlik Ondandır; şəfa da Onun istəyi ilədir; istər həkim və dərman vasitəsi ilə olsun, istərsə də başqa vasitələrlə! Qur`ani-məcid həzrət İbrahimdən belə nəql edir: “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur.” (“Şuəra” surəsi, ayə 78-81)
Əgər insan baş vermiş və bir müddət sonra aradan götürülmüş çətinliklər barədə azacıq düşünsə, Allahın ona qarşı nə dərəcədə mehriban olduğunu anlayar. Allah bə`zən hadisələr insana çatmamış onu uzaqlaşdırır. Beləliklə, başqalarına üz vermiş, lakin bizdən uzaq olan hadisələr barədə düşünmək zəruridir. Əgər sübh evdən çıxıb, axşam salamat qayıdırıqsa, bu, Allahın istəyi ilədir. O, bizdən yüzlərlə bəla və çətinliyi uzaqlaşdırmışdır. O bizə göz verib və minlərlə bəlanı bu gözdən uzaqlaşdırıb ki, kor olmayaq. Bizə bədən verib və yüzlərlə bəlanı ondan uzaqlaşdırıb ki, sağlam qalaq.
Hər şeydən üstün Allahın mə`nəvi ne`mətləridir; bizə iman və ağıl ne`məti vermiş, eyni zamanda bunları bizim üçün qoruyub saxlamışdır. Çoxları sübh evdən imanla çıxmış, lakin axşam bərbad imanla evə qayıtmışlar; bu ilin ramazanını oruc tutmuş, gələn il oruc tutmağa nail olmamışlar. Çoxları əvvəl düz yolda olmuş, sonradan azmış və səhv məktəblər və məsləklərin tələsinə düşmüşdür. Məgər ağıl və düşüncəsini itirmiş kəslər tanımırsınız?


Geri dön

lau

  • 22 fevral 2012 17:19
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
cox deyerli melumatdi cooooooooooooooooooooooox tesekkurler

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

✿Victoria✿

  • 22 fevral 2012 16:23
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER
ALLAH RAZI OLSUN

--------------------

Ku-ku

  • 22 fevral 2012 16:20
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

tontonun anasi

  • 22 fevral 2012 15:17
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH BIZI DUZ YOLUMUZDAN HEC VAX AYIRMASIN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}