Dəhşət

 
Dəhşət

Göyün ənginliklərində ağappaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Hər tərəfi gözəl qoxu bürümüşdü-körpələrin qoxusu. Hər tərəfdən qığıltı səsləri, körpə gülüşləri eşidilirdi.

Bu gün hava gözəl idi. Körpələr ayaqlarını sallayıb, buludların üstündə oturmuşdular. Birdən uzaqdan birinin gəldiyini gördülər. Buludlara tərəf uzanan yolda balaca, laaap balaca bir körpə gəlirdi. Ayağının biri yox idi. Qollarının ikisi də kəsilmişdi. Başından qan axırdı. Çox yorğun idi körpə. Çox ağlamışdı körpə. Dünyadan qayıdırdı körpə. Gəlib buludların yanına çatdı.

-Hardan gəlirsən?

-Dünyadan.

-Niyə qayıtdın?

-Məni istəmədilər.

-Bəs, ayaqlarına, qollarına nə olub?

Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Qan damcıları sıxılıb üzü aşağı süzülməyə başladı.



-Atamla anam məni çağırandan sonra yerə endim. Anam qarnında mənim üçün rahat yataq düzəltmişdi. Orda günlərim gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çoxxx, lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt yaşayırdım. Atam da məni çox sevirdi. Anamın qarnından öpüb, bu sonsuz sevgiyə görə məni kövrəldirdi.

Mən fərəhli idim, ümidli idim. İşıqlığa çıxandan sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr edəcəkdilər. Mən böyüyüb çox məşhur bir yazıçı olacaqdım, kitablarım dünyanın dörd bir yanına yayılacaqdı. Atamla anam hər yerdə hörmətlə qarşılanacaqdı. Mən insanları, ailəmi çox sevəcəkdim. Bütün bunları onlara deməyə o qədər tələsirdim ki! Amma bir gün atamla anam daha məni sığallamadı. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala boğulacaqdım. Yalvarıb, onu səslədim, daha ağlama, dedim. Məni eşitmədi. Sonra mən də ağladım. Büzüşüb, soyuqdan tir-tir əsməyə başladım. Səhəri gün bədənimə dəyən soyuq bir şeydən diksinib oyandım. Ağrıdan səsim gəldiyi qədər bağırdım, ayaqlarım kəsiləndə atamı, qollarım kəsiləndə anamı səslədim. Amma onların mənə yazığı gəlmədi. Təkcə anamın qarnından çıxardılanda onun dərindən ah çəkdiyini eşitdim. Yavaş-yavaş huşum özümdən gedirdi. Bir də məni doğrayan cəlladın son sözlərini eşitdim “inşallah, gələn dəfə oğul payı verər Allah”...


Körpələr onu dinləyib kədərləndilər. Saçları qıvrım, yanaqları toppuş, bapbalaca, şipşirin körpə qızlardan biri ayağa durub dedi:

-Bacılar, qardaşlar, mən artıq getməliyəm, salamat qalın.

-Getmə, səni də öldürəcəklər. İnsanlar pisdir, analar, atalar amansızdır.

-Hamısı yox. Mənim 3 bacım var. Amma bir gün anam ilə atamın duasını eşitdim: “Oğlan, ya da qız-fərq etməz. Xeyirli övlad nəsib et, Ya Rəbbim!”.

-Məni səsləyirlər, artıq getməliyəm.

Körpələrdən biri də ayağa durdu.

-Gəl, bir yerdə enək yerə. Məni də səsləyirlər.

-Səni də çağırır atanla anan?
-Hə, mən bu ayaqları kəsilən qızcığazın qardaşıyam. Amma bir neçə ildən sonra yenə yanınıza qayıdacam. Bu dünyada hər şeyin bir bədəli var axı.. (
Kriminal proqrama baxıb, cinayətkarın əməlindən dəhşətə gələn bəzi insanlar, sizin ondan heç bir fərqiniz yoxdur. Abort zamanı öldürdüyünüz insanların qatili siz deyilsiniz, bəs, kimdir??!! ) //kulis


Geri dön

DARK_STAR

  • 4 mart 2012 00:02
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
heyqeten pis oldum ..biz bunu oxuyub hekayedi deyib kecirik ama hardan bilirik ki bele olmur...................

--------------------
SÖYLE SEN NASİL ÖĞRENDİN UNUTMAYI........

Su Perisi

  • 24 fevral 2012 14:28
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
ne deyim ALLAH komek etsin.

--------------------

Mehri_94

  • 23 fevral 2012 11:14
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
tesekkurler superdi

--------------------
R :love: M

kis masali

  • 22 fevral 2012 22:17
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
peygenberimiz deyibki ovladlariniz arasinda qizla oglana ferq qoymayin eger ferq qoymaq lazim gelseydi men qizlari secerdim

eger valideyinler qiz usaglarini terbiyyeli gozel yetiwdirib boya bawa catdirsa onlarin yeri sozsuz cennetdir

oglan uwagi nemet,qiz usagi ise rehmetdir

--------------------
<3

enigmatic_girl

  • 22 fevral 2012 19:12
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Ayy nece pis oldume...dogrudan da bunu hec dusunmemisdim goresen...cerrahlar bunu dusunurler..??... recourse ama ne de olsa bir hekaye...

--------------------

Music Star

  • 22 fevral 2012 19:12
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
XOSUMA GELDI TSKLERIMI BILDIRIREM

--------------------

★Miss Love★

  • 22 fevral 2012 19:05
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
vauuuu cox super xeber idi xeberi verdiniz ucun cox sagolun ellerinize sagliq

ilqar1997

  • 22 fevral 2012 18:31
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
menim xosuma geldi cox gozel

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 69
Cəmi: 91

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}