BlackBerry planşetində yenilik

 
BlackBerry planşetində yenilik

Research in Motion şirkəti BlackBerry PlayBook planşet kompüterləri üçün PlayBook OS əməliyyat sisteminin yeni versiyasını buraxıb.

PlayBook OS 2.0 yenilənmə şəkilində bütün planşet sahiblərinə pulsuz göndəriləcək.
Yeni versiyanın tərkibinə əməliyyat sisteminin birinci versiyasında olmayan elektron poçtla iş üçün nəzərdə tutulan proqram daxil edilib, eyni zamanda BlackBerry Bridge alətinin imkanları genişləndirilib. Belə ki, sistemin birinci versiyasında o planşet ekranında BlackBerry smartfonundakı kontentinin göstərilməsinə xidmət edib. İndi Bridge-in vasitəsilə smartfondan planşeti idarə etmək üçün pult kimi istifadə etmək olar.

Bundan başqa, RIM şirkəti PlayBook OS-da quraşdırılan brauzer və ekran klaviaturasını yeniləyib, eləcə də sistemdə Print To Go proqramı yer alıb və korporativ istifadəçilər üçün bir neçə alət işə salınıb, Lenta yazır.

Əməliyyat sisteminin yeni versiyasının işıq üzü görməsi ilə eyni vaxtda şirkət hələlik yalnız ABŞ ərazisində istifadəsi mümkün olan film və teleproqramların yer aldığı Video Store mağazasını istifadəyə verib.

Qeyd edək ki, PlayBook planşet kompüteri satışa 2011-ci ilin aprelində çıxarılıb. Əvvəlcə qurğunun kiçik modelinin qiyməti 499 dollar olub, lakin satış həcminin aşağı olması səbəbindən istehsalçı noyabrda onun qiymətini 199 dollaradək azaltmağa məcbur olub.


Geri dön

✿Victoria✿

  • 23 fevral 2012 18:11
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
TESEKKURLER

--------------------

Mehri_94

  • 23 fevral 2012 11:11
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
tesekkurler

--------------------
R :love: M

kis masali

  • 22 fevral 2012 22:13
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
tewekkurler maraqlidir

--------------------
<3

enigmatic_girl

  • 22 fevral 2012 19:14
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Maraqli idi tesekkurler...gunde bir yenilik edirler... fellow

--------------------

Mehemmed249

  • 22 fevral 2012 18:22
  • Məqalə: 7
  • Şərh: 269
  • Bal:
{awards}
Ilk sherh mende olsun. Marqli melumat idi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 158
 
The Shield
Xəbərləri: 50
Cəmi: 313
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 87
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}