Kişilərdən üzr istəməyin ən asan yolları

 
Kişilərdən üzr istəməyin ən asan yolları


Kişilərdən üzr istəməyin ən asan yolları
Elə bir hadisə baş verib ki, sən həqiqətən də sevdiyin insanın xətrinə dəymisən. Bağışlanılmaq üçün isə düzgün və vaxtında üzr istəmək lazımdır.
Üzrxahlıq
Yaxın rəfiqənlə dalaşdığın zaman üzr istəmək üçün sözləri fikirləşmirsən. Cümlələr özü alınır və nəticədə kiçik narazılıq aradan qalxır. Sevdiyin insanla isə hər şey bir qədər fərqlidir. Sözünüz düz gəlmədi, əsəbiləşib özündən çıxdın və həmin vaxtda lazım olmayan bir neçə söz də dedin. İndi artıq sakitləşmisən və dərk edirsən ki, münasibəti qaydaya salmalısan. Lakin, təəssüf ki, ağlına lazımi sözlər gəlmir.
Söhbəti nədən başlamalı. Qarşı tərəfin səni dinləməsi vacibdir.
1-ci addım
Optimistik yanaşma
Bəzi insanlar üçün üzr istəmək çox çətindir. Məhz buna görə də onlar “günahsız” obrazına girməyi üstün tuturlar. “Məgər nəsə olub? Bu söhbət çoxdan bağlanıb.” sözləri ilə vəziyyətdən çıxış yolu axtarırlar.
Universitetdə sevgilini gördüyün zaman, yüksək əhvalla salam verib “ bu gün əla görünürsən. Yaman acmışam, bəlkə birlikdə yemək yeyək” sözləri onun ürəyini yumşaldacaq. Daha sonra isə heç nə olmamış kimi söhbətə davam edə bilərsən.
Lakin bu metod hər zaman əlverişli deyil. Çünki ciddi vəziyyətlərdə problem həll olunmamış qalır. Bu inciklik onun qəlbində qalacaq və müəyyən məqamlarda bu inciklik üzə çıxa bilər. Bu zaman xoşagəlməz sözlər də eşidə bilərsən. Bu cür sürprizlərlə qarşılaşmaq istəyirsən? Unutma ki, problemi araşdırmadan sən daha çox qarşı tərəfin hisslərinə hörmətsizlik edirsən. Hətta sevdiyin kişi qürurunu sındırmayıb heç nə olmamış kimi rəftar etsə belə. Vaxt tapıb “mən çox narahat idim, xahiş edirəm səni incitdimsə, məni bağışla, heç də xətrinə dəymək istəmirdim” sözlərini demək sənin üçün sığortadır.
2-ci addım
Gənclər arasında sms və elektron məktub daha çox dəbdədir. Belə demək lap yerinə düşər ki, bu cür anlarda o metodlardan istədiyin qədər faydalana bilərsən.
Məktub yazdığın zaman kiminsə gözlərinə baxma və ya utanma kimi hisslərdən tam azadsan, sözünü heç kim kəsmir və istənilən sözü yazmaqda tam azadsan. Məktubu yazdın, “enter” düyməsini basdın , artıq qarşı tərəfdən cavab gözləyirsən.
Cavab gəlməsə?...
Narahatlığa indi səbəb var. Bəlkə cavab yazmağa vaxt olmayıb? Bəlkə də, yazdığın sözlər ona inandırıcı gəlməyib. O zaman sonuncu addıma müraciət etməli olacaqsan.
3-cü addım.
Bu addım son dərəcə sadədir. Özündə güc topla, ona yaxınlaş ( və ya zəng et). Əmin ola bilərsən ki, hər bir ağıllı insan ( hətta uşaqlar belə) üzr istəməyin elə də asan olmadığını yaxşı bilir. Özündə güc tapıb ilk addım atmağın isə artıq sənin xeyirinə danışır.
Hündürdən danışıb, süni cümlələrdən uzaq ol. Başa sal ki, onun hisslərinə toxunmaq istəməmisən. Müxtəlif fikirlərdə olsanız belə, ortaq məxrəcə gəlməyi bacarın. Hərənin öz fikrində qalması da yaxşı münasibətə əngəl olmamalıdır.
Əgər sənin hərəkətin xoşagəlməz nəticələrə gətirib çıxarıbsa, vəziyyəti düzəltmək üçün düzgün yol fikirləş. Bəlkə sözlərdənsə artıq hərəkət etmək vaxtıdır.
Üzrxahlıq qəbul olundu. Lakin hiss edirsən ki, inciklik tam keçməyib. Sənə qarşı inam itib. Göstərmək lazımdır ki, sən həqiqətən münasibətin düzəlməsini istəyirsən. Bir müddət çox diqqətli və dəqiq ol, hər zaman ona dəstək olmağa çalış. Unutma, əgər sevginiz qarşılıqlıdırsa bütün problemlərin öhdəsindən gələcəksiniz.


Geri dön

_RONALDO_

  • 14 may 2011 20:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
cox sagol baciw.eger sehvim varsa her zaman uzr isteyirem...bes bizden kim uzr isteyecek he:)

cox sagol baciw.eger sehvim varsa her zaman uzr isteyirem...bes bizden kim uzr isteyecek he:)

cox sagol baciw.eger sehvim varsa her zaman uzr isteyirem...bes bizden kim uzr isteyecek he:)

--------------------

sevgi yalandir

  • 6 noyabr 2010 16:20
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 5 noyabr 2010 13:21
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrrr
wink wink

Ghost

  • 27 oktyabr 2010 19:25
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
Ela maraqli xeberdi! love

Ulya

  • 27 oktyabr 2010 19:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw.eger sehvim varsa her zaman uzr isteyirem...bes bizden kim uzr isteyecek he:) wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 43
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}