Xatirə

 
Xatirə

Saat kəfgirinin uzun kölgəsi
sonsuz səhranın üzərində titrəyirdi:
Gəlirdi, gedirdi.
Gəlirdi, gedirdi.
Və mən səhranın parlaq qumları üzərində
qısa yuxumun şəklini çəkirdim.
O yuxu cəhənnəm istisini içmişdi
və onun havasında həyatım ərimişdi.
O yuxu sona çatanda
mən də öz sonuma çatdım.

Mən yuxumun şəklini çəkirdim
və gözlərim saat kəfgirinin ləngərini öz heyrətində itirmişdi.
Bu şəklin nazik damarlarına
dünənki yuxunun bütün istisini necə tökmək olardı?
Şəklimi çəkdim.
Nəsə itmişdi.
Öz üstümə əyildim:
vücudumda bir oyuq ağzını açmışdı.

Xatirə

Saat kəfgirinin uzun kölgəsi
Sonsuz səhranın üzərində titrəyirdi
və mən yuxumun canlı şəklinin yanında idim.
Bu şəklin damarları əbədiyyətdə çırpınırdı
və baxışımın kökü onun əriş-arğacında yanırdı.
Bu dəfə
saat kəfgirinin kölgəsi
mənim canlı şəklimin üzərində keçəndə
səhranın parlaq qumları üzərində heç nə yox idi.
Qışqırdım:
"Şəkli geri qaytar!"
Və səsim bir ovuc toz kimi yerə yatdı.

Saat kəfgirinin uzun kölgəsi
sonsuz səhranın üzərində titrəyirdi:
Gəlirdi, gedirdi.
Gəlirdi, gedirdi.
Və bir insanın baxışı dalısınca qaçırdı.


Geri dön

tontonun anasi

  • 23 fevral 2012 10:46
  • Məqalə: 214
  • Şərh: 2344
  • Bal:
GOZELDIR COX SAGOLUN

--------------------

kis masali

  • 22 fevral 2012 22:37
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tesekkurler

--------------------
<3

enigmatic_girl

  • 22 fevral 2012 21:50
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Saat kəfgirinin uzun kölgəsi
sonsuz səhranın üzərində titrəyirdi:
Gəlirdi, gedirdi.
Gəlirdi, gedirdi.
Və bir insanın baxışı dalısınca qaçırdı.

--------------------

Mehri_94

  • 22 fevral 2012 21:37
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}