Öyrəndim ki

 
Öyrəndim ki

Rahat olmağı öyrəndim... Ölümün xaricində heç bir şey göründüyü qədər əhəmiyyətli və təcili deyil... Coşğulu və şən olmadığım zaman bunun heç kimin günahı olmadığını və gülümsəməm lazım olduğunu öyrəndim... Cəsur olmağı, deyilsəm belə elə davranmağı öyrəndim... Necəsə aradaki fərqi kimsə anlamır... Cazibəmlə 15 dəqiqə idarə edə bildiyimi, ondan sonra mütləq bilməyim lazım olan bir şeylər olduğunu öyrəndim... Heç kimsənin sirr saxlamadığını öyrəndim... Çünki hər kəs birinə söyləmək ehtiyacı hiss edir... Cavabını bilmədiyim və əmin olmadığım mövzularda bilmirəm demənin daha faydalı olduğunu öyrəndim.

Öyrəndim ki

Ağzımı bağlı saxladığımda çox səhv etmədiyimi öyrəndim... Müvəffəqiyyətə çıxan bir lift olmadığını, dırmaşmaq lazım olduğunu öyrəndim... İnsanların mənə yalnız mən icazə verdiyim şəkildə davrana bildiklərini öyrəndim... Qısqanclığın xoşbəxtliyin düşməni olduğunu və xoşbəxt olmaq üçün başqalarına güvənmənin sonsuza qədər xəyal qırıqlığı gətirdiyini öyrəndim... İnsanların özündən daha az müvəffəqiyyətli insanlarla müvəffəqiyyətini, bədbəxt insanlarla xoşbəxtliyini danışmaması lazım olduğunu öyrəndim... Başqaları üçün mənfi düşünüb mərhəmətsiz və incidici olanların əslində gücsüz kəslər olduğunu və sevgini yalnız güclü insanların bildiyini öyrəndim... İnsanlara artıq hirslənmirəm, çünki həyatlarında səhvləri, problemləri, bədbəxtlikləri olan insanların qarşılarındakıları öz yerlərində görməyə çalışdıqlarını öyrəndim... Mən bu səhvi necə etdim demək yerinə ən mükəmməl düşünənlərin belə səhv edə biləcəyini, əhəmiyyətli olanın dərs alıb təkrarlamamaq olduğunu və yeni səhvlərdən daha az zərərlə çıxmağı öyrəndim... Həyatdaki ən əhəmiyyətli həllin nəyin əhəmiyyətli olduğuna qərar verib gerisini atmaq olduğunu öyrəndim...

Öyrəndim ki

Yalnız dərs almaq üçün arxama baxmağı, yalnız yüksək səslə düşünə bilmək üçün məsuliyyəti bir başqasına izah etməyi öyrəndim... Həll üçün deyil... Qeyri-mümkün deyə bir şey olmadığını, çox istədiyimdə qeyri-mümkünü əldə edə bildiyimi, əsl döyüşü qazana bilmək üçün kiçik vuruşmaları itirməyi gözə almağı öyrəndim... Zamanı və sözləri diqqətsizcə istifadə etməməyi öyrəndim... Çünki geri ala bilmirəm... Əhəmiyyətli olan şeyin başqalarının mənim haqqımda nə düşündükləri deyil, mənim özüm haqqındakı düşüncələrim olduğunu öyrəndim... Özümü mühakimə edirəm... Bağışlamaq və Unutmaq… Əgər güclüsənsə, bacara bildiyini və kin tutmanın məni narahat etdiyini öyrəndim... Harada və nə şərtlərdə olursa olsun yaşadığım yeri gözəlləşdirməyi öyrəndim...Vəziyyət nə qədər dəhşətli olursa olsun, soyuqqanlılığımı itirməməyi, gülümsəməyi, hər şeyi mənfi və pis düşünən bədbəxt olan insanlardan ayrı qalmağı öyrəndim... Məni hirsləndirən birinə cavab vermədən əvvəl 10 saniyə düşünməyi, nəfəs almağı və özümə sakitləşmək üçün zaman verməyi öyrəndim...

Öyrəndim ki

Bu günkü hər kədərimin və hər ağrımın mənim sabahkı xoşbəxtliyimi hazırladığını öyrəndim... Etmək istədiklərimdən əsla imtina etməməyi, böyük xülyaların gerçəklərdən daha güclü olduğunu və bacarmanın ən qısa yolu olduğunu öyrəndim... "İtirəcək nəyim var?" demək yerinə, yaşadığım hər şeydə "qazanacaq çox şeyim var" deməyi öyrəndim...


Geri dön

ibn xatun_2011

  • 24 fevral 2012 01:08
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
İNSAN BU HAYATDA YAŞADIQÇA QAYDALARI BİLMƏDİKLƏRİNƏ GÖRƏ ÖYRENE-ÖYRENE GEDİR....ÇÜNKİ HAYAT BELEDİR.....

--------------------

ifrite22

  • 23 fevral 2012 23:40
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
TEWEKKULER!

--------------------
Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir Dua vaxtının gəldiyini göstərir.... Süzülursə gözündən yaşlar , Hüzünlüysə gözəl üzün.... RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.

enigmatic_girl

  • 23 fevral 2012 17:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqli idi tesekkurler....

--------------------

... Deryam ...

  • 23 fevral 2012 15:49
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Maskalanmış insanları tanımaqdan bezdiyimi öyrəndim , nə qədər ikiüzlü insanları yola verəsən offffffffff recourse


Bağışlamaq və Unutmaq…bizə də bu yazılıb recourse

--------------------

tontonun anasi

  • 23 fevral 2012 13:50
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
TEWEKKUR EDIREM

--------------------

..::Only_Life::..

  • 23 fevral 2012 13:44
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
tesekkurler maraqli idi elelrine sagliq

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}