İbadət Zamanı Qəlb İştirakının Zərurəti

 
İbadət Zamanı Qəlb İştirakının Zərurəti

İbadət Zamanı Qəlb İştirakının Zərurəti

Yaxşı diqqət etsək, namaz və dualarımızın günahdan savay bir şey olmadığını görərik. Bu mövzunu sadə bir misalla bəyan edək. Hərçənd Allah bu növ misallar çəkilməsindən uzaqdır; lakin bizim düşüncə səviyyəmiz aşağı olduğundan bu növ misallarla zehni hazırlıq əldə etməliyik. Fərz edin ki, uzun bir ayrılıqdan sonra yaxın dostu görürük və bir neçə saat birlikdə olmaq qərarına gəlirik; lakin görüş zamanı üzümüzü çevirib öz işimizlə məşğul oluruq. Belə bir rəftar necə də təhqiredicidir! Əgər görüşdüyümüz şəxs böyük bir şəxsiyyət olarsa, bu rəftar daha kobud və ədəbsiz görünər. Namaz zamanı diqqətimizin Allahda olmaması qeyd olunan rəftardan daha kobud, daha pisdir. Allah ünsiyyət icazəsi və özü ilə söhbət üçün tövfiq verdiyi halda Ona qarşı diqqətsiliyimiz böyük cəzaya layiqdir. O, əməlimizə görə bizi özündən uzaqlaşdırsa, yersiz olmaz. Lakin O bizi rədd etmir və həmişə ziyafət süfrəsində oturmağa çağırır.
Allahın bağışlama və əfvi bizi qürurlandırmamalıdır. Biz öz mərifətimiz qədərində və bacardığımız səviyyədə səhlənkarlıq etməməliyik. Yalnız tələffüz edilən, ibdatə ruhu olmayan namaz və ibadət ilahi lütfdən məhrumdur. Əlbəttə, onların mə`nasını və dəyərini bilməsək də tərk etməməliyik. Əslində ibadətimizin, namazımızın və duamızın qəlbən olması, ruhiyyə tapması mə`nasının dərk olunması üçün çalışmalıyıq. Əgər aşağı səviyyədə ibadətləri dərk etsək, onları əvəz edəcək bir şey tapmayacağıq.

İbadət Zamanı Qəlb İştirakının Zərurəti

İbadətləri, xüsusi ilə də vacib namazları tə`xirə salmaq çox yanlış bir işdir. Namaz bir müddət tə`xirə düşdükdən sonra onu daha həvəslə qılacağımız təsəvvür olunmamalıdır. Bir çox hallarda bu tə`xir şeytanın vəsvəsəsi ola bilər; yorğunluq, iş və bu kimi bəhanələrlə fəzilət vaxtı keçəndən sonra qılınan namazlar daha ruhiyyəsiz və naqis olur.

Beləliklə, aşağı səviyyədə olan ibadətlərimizi tərk etməməliyik. Çalışmalıyıq ki, bu ibadətlər daha gözəl olsun və Allah ilə düşüncə və tədəbbürlə üzləşək.
Oxunuşu aşağı səviyyədə olan ibadətlərdən uzaqlaşmaq özü günah və ədəbsizlikdir. Əməli tərk etmək hünər deyil, əməli kamilləşdirmək və Allah qarşısında daha ədəbli olmaq mühümdür.

Bə`zi dardüşüncəli insanlar deyir: “Mə`nası anlanılmayan namaz və dua faydasızdır”. Lakin həqiqətdə belə deyil. Biz ibadətlərin daha dəyərli olması üçün çalışmalıyıq. Allah qarşısında bəndəlik vəzifəsində səhlənkarlıq etdiyimizi və ibadətlərin daha yaxşı dərk olunması üçün çalışmadığımızı e`tiraf etməliyik; qəlbimiz ona biganə olsa da, ibadət əmr etdiyi üçün abid görkəmi almalıyıq. Gərək Allahdan bizə qəlb iştirakı, diqqət və daha yaxşı ibadət üçün tövfiq əta edib, özünə münasibətdə düşüncə, ədəb və məhəbbətimizi artırmasını istəyək.

İbadət Zamanı Qəlb İştirakının Zərurəti


Geri dön

B_A_H_A_R

  • 23 fevral 2012 23:59
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
ALLAH RAZI OLSUN.INSALLAH QELBLE OLUNAN DUALAR QILINAN NAMAZLAR QEBUL OLAR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✿Victoria✿

  • 23 fevral 2012 16:34
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Ku-ku

  • 23 fevral 2012 16:23
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
İbadətləri, xüsusi ilə də vacib namazları tə`xirə salmaq çox yanlış bir işdir. Namaz bir müddət tə`xirə düşdükdən sonra onu daha həvəslə qılacağımız təsəvvür olunmamalıdır. Bir çox hallarda bu tə`xir şeytanın vəsvəsəsi ola bilər; yorğunluq, iş və bu kimi bəhanələrlə fəzilət vaxtı keçəndən sonra qılınan namazlar daha ruhiyyəsiz və naqis olur.

Beləliklə, aşağı səviyyədə olan ibadətlərimizi tərk etməməliyik. Çalışmalıyıq ki, bu ibadətlər daha gözəl olsun və Allah ilə düşüncə və tədəbbürlə üzləşək.
Oxunuşu aşağı səviyyədə olan ibadətlərdən uzaqlaşmaq özü günah və ədəbsizlikdir. Əməli tərk etmək hünər deyil, əməli kamilləşdirmək və Allah qarşısında daha ədəbli olmaq mühümdür.

--------------------

Gunel

  • 23 fevral 2012 15:49
  • Məqalə: 0
  • Şərh: 437
  • Bal:
{awards}
İbadətləri, xüsusi ilə də vacib namazları tə`xirə salmaq çox yanlış bir işdir. Namaz bir müddət tə`xirə düşdükdən sonra onu daha həvəslə qılacağımız təsəvvür olunmamalıdır. Bir çox hallarda bu tə`xir şeytanın vəsvəsəsi ola bilər; yorğunluq, iş və bu kimi bəhanələrlə fəzilət vaxtı keçəndən sonra qılınan namazlar daha ruhiyyəsiz və naqis olur.

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

APPLY

  • 23 fevral 2012 15:39
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 58
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 19
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}