Ölülər eşidirmi? (Əhli sünnədən dəlillər)

 
Ölülər eşidirmi? (Əhli sünnədən dəlillər)

Muttəqi Hindi mötəbər sənədlə nəql edir ki, “Rəsulullah (s) buyurub: Hər kəs vəsiyyət etməsə ona ölülərlə danışmağa izn verilməyəcək. Əshabdan soruşdular: Y Rəsuləllah! Ölülər danışırlar? Həzrət buyurdu: Bəli, ziyarətə gəlirlər”(Kənzul-ummal 16/619,620 hədis 46080)

“Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən soruş, məgər biz onlar üçün
yeganə olan Allahdan başqa bir mə`bud qərar verdikmi?”
(Zuxruf, ayə 45)

Misirdə əhli sünnətin böyük alimi və Əl-Əzhər elm mərkəzinin şeyxi Məhmud Şəltut deyir: “Dini mənbələrdən məlum olur ki, ruhun bədəndən xaric olması ilə ölüm bаş vеrir və o, idrak qüvvəsinə malikdir, əbədi olaraq qаlır. Ona salam göndərənin salamını eşidir, qəbrinin ziyarətinə gələnləri tanıyır, Bərzəx aləmində ləzzət, nemət və əzabı dərk edir”
(əl-Fətava, Şəltut, səh. 19)

1. Rəsulullah (s) buyurub: “Müsəlman dünyada tanıdığı mömin qardaşının qəbrinin yanından keçəndə ondan halətini soruşsa Allah-təala onun ruhuna cavab verməyə icazə verəcək”, “Ölülər cənazə Mərаsimində iştirak edənlərin ayaq səslərini eşidirlər”
(ər-Ruh İbn Qəyyum, səh. 9)

İbn Əbi Dunya “əl-Qubur” kitabında Aişədən nəql edib ki, Rəsulullah (s) buyurub: “Hər kəs mömin qardaşının qəbrinin ziyarətinə gedib onun qəbrinin yanında otursa, qəbirdə olan onunla ünsiyyətdə оlуb oradan uzaqlaşana qədər salamının cavabını qaytarar”
Əbu Hureyrə nəql edib: “Hər kəs qəbrin yanında keçəndə qəbr sahibinə salam etsə qəbir sahibi onu tanıyıb salamının cavabını qaytarar”
( Feyzul-qədir, 5/487)

İbn Əbbas nəql edib: “Səhabələrdən biri qəbir üstündə çadır qurmuşdu, amma bilmirdi ki, altında qəbir var. Birdən “Mulk” surəsini qiraətini eşitdi. Surə başa çatanda Rəsulullahın yanına gəlib dedi: Ya Rəsuləllah(s)! Mən bir qəbrin üstündə xeymə qurmuşdum, amma bilmirdim orada qəbir var. Birdən orada kiminsə “Mulk” surəsini qiraət etdiyini eşitdim. Rəsulullah (s) buyurdu bu surə insana qəbirin əzabından nicat verər”
(Səhih Tirməzi, kitab fəzailul Quran)

Ənəs ibn Malik Rəsulullahdan (s) nəql edib: “Peyğəmbərlər qəbirlərində diridirlər və namaz qılırlar”. Bу hədisi Hafiz Heysəmi “Məcməuzzəvaid” 8/211, Əllamə Mənavi “Feyzul qədir” 3/184 kitablarında nəql ediblər. Albani də “silsilətu əhadisissəhihə” kitabında 621-ci hədisi buna həsr edib.
Rəsulullah (s):“Ölümdən sonrakı elmim dünyadakı elmim kimidir”
(Kənzul ummal, 1/507, hədis 2242)

Darəmi Səid ibn Əbdul Əzizdən nəql edib ki, o namaz vaxtlarını Rəsulullahın qəbrindən eşitdiyi səslərə görə təyin edərdi.
(Sunəne Darəmi, 1/56,57 hədis 93)

Heysəmi Əbdullah ibn Məsuddan səhih sənədlə nəql edib: “Rəsulullah (s) buyurdu: Mənim sizin aranızda olmağım sizin xeyrinizədir. Çünki siz hədis nəql edirsiniz və sizin üçün də hədis nəql olunur. Mənim vəfatım da sizin üçün faydalıdır. Çünki bütün əməlləriniz mənim hüzuruma gətiriləcək və əməl kitabınızda gördüyüm bütün yaxşı əməllərinizə görə Allaha şükr edərəm. Əməl kitabınızda gördüyüm pis işlərinizə görə Allaha istiğfar edərəm”
(Məcməuzzəvaid, 9/24 , Syuti əl Xəsaisul kubra 2/281)

Yusuf ibn Əli Zənani Mədinədə yaşayan bəni Haşimdən olan bir qadından nəql edib: “Xidmətçi işlədiyim evin sahibləri mənə əziyyət verirdilər. Mən Rəsulullahın qəbrinə pənah aparıb şikayət etdim. Həzrətin rövzəsindən səs eşitdim, deyirdi ki, mən sənin üçün səbr etməkdə örnəyəm. Gərək bu çətinliyin müqabilində səbr edəsən. Bir neçə gündən sonra həmin adamlar dünyadan getdilər və mənim çətinliklərim aradan getdi”.
(əl-havi lilfətava, Syuti 2/261)

Beyhəqi “Dəlailunnubuvvə” kitabında səhih bir hədisdə Ənəs ibn Malikdən nəql edib: “Rəsulullah (s) buyurdu: Meracа gedəndə qırmızı qum təpəsinə yetişəndə Musa peyğəmbəri gördüm, qəbirdə namaz qılırdı”.
(Səhih Muslim, 2/267)

Əbu Hureyrə Rəsulullahdan (s) nəqıl edib: “Hər kəs mənim qəbrimin ziyarətinə gələ və «Ya Muhəmməd!» deyib məni çağırsa yəqin bilsin ki, mən onun çağırışına cavab verəcəyəm”.
(İbn Həcər Əsqəlani “əl-mətalibul aliyə” 4/23)

Hakim Nişaburi ibn Əbbasdan nəql edib: “Rəsulullah (s) oturmuşdu və Əsma bintə Umeys də onun yanında durmuşdу. Birdən Rəsulullah (s) bir nəfərin salamının cavabını verdi. Həzrət buyurdu: Ey Əsma bu Cəfər idi. Cəbrayil və Mikayil ilə birlikdə yanımızdan keçəndə bizə salam göndərdilər...”
(Həqiqətu təvəssul vəl vəsilə, səh. 265. Hakim Nişaburudən nəql )

Həmçinin İbni Qəyyum “Şübhəsiz ey Peyğəmbər! Sən haqqa çağırışı nə ölmüş insanlara, nə də bilərəkdən səndən üz döndərib arxa çevirən karlara eşitdirə bilməzsən” (Rum, ayə 52) ayəsinin təfsirində yazır: “Ayədən məqsəd muşriklərin eşitməyə qadir olmadığını göstərməkdir. Yəni muşriklərin qəlbləri öldüyü üçün sən həqiqəti onlara çatdıra bilməzsən. Necə ki, qəbirlərdəki ölülər də bu cürdür”
(ər-Ruh 45-46).

Həsən ibn Əli Siqaf Şafei də “Dirilərlə ölülər bir deyillər! Şübhəsiz ki, Allah istədiyi insana eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”
(Fatir, ayə 22) ayəsinin təfsirində yazıb: “Ayə sübut edir ki, kafirlər batil işlərində israrlı olduqları üçün sənin moizəndən faydalana bilmirlər. Necə ki, ölülər Rəsulullahın hidayət çağırışından bəhrəsizdirlər, muşriklər də zəlalət əhli olduqlarından bəhrələnmirlər”
(Muxtəsəru əfsir İbn Kəsir, 3/145).

Ölülər eşidirmi? (Əhli sünnədən dəlillər)


Geri dön

Dalga

  • 24 fevral 2012 16:16
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Maraqlidir tewekkuler Mende ruhlara inaniram

--------------------

Mehri_94

  • 24 fevral 2012 10:28
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
tesekkurler coox maraqliydi

--------------------
R :love: M

Fatime_19

  • 23 fevral 2012 21:36
  • Məqalə: 1
  • Şərh: 512
  • Bal:
{awards}
TESEKKUR EDIREM!ALLAH RAZI OLSUN,MEN BELE DE ESITMISE BU CUR DE ESITMISEM.:INSAN DUNYASINI DEYISDIYI ZAMAN MOMIN INSANIN RUHU IPEYE BAGLANIB SEMADAN ASILIR,KAFIRLERIN ISE BAQLANIB BIR KUNCE ATILIR RUH OLMUR!NEDE KI HELELIK CENNET- CEHENNEM BU AXIRATDE BOLUNUR OZAMAN CENNETE GEDENLER BIR YANA CEHENNEME GEDENLER BIR YANA ODUN ALTINDA QALIRLAR.BU HAQDA BILEN VARSA LUTFEN MELUMAT VERIN BU DOGRUDURMU?

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Su Perisi

  • 23 fevral 2012 20:53
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
oxudum sagolun

--------------------

tek dileyim

  • 23 fevral 2012 20:41
  • Məqalə: 36
  • Şərh: 510
  • Bal:
{awards}
oxudum.men hemise inanirdimki onlar bu heyatda olmasarda bizi esidirler

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

nar_18

  • 23 fevral 2012 20:33
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
maraqli idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 23 fevral 2012 20:15
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER cox maraqliydi ALLAH RAZI OLSUN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}