Qatarların gecikmə səbəbi açıqlandı

 
Qatarların gecikmə səbəbi açıqlandı

Bir neçə gündür ki, qatarlar stansiyalara gecikmələrlə gəlir. Bu səbəbdən də platformalarda sərnişin sıxlığı yaranır, insanlar bir hissəsi nəinki, vaqonlara, hətta platformalara da daxil ola bilmir.

Bundan əlavə, qatarlarda stansiyaların adları səhv səsləndirilir. Məsələn, “Sahil” stansiyasında sərnişinlərə növbəti stansiyanın “Elmlər Akademiyası” olacağı elan edilir. Bəzən isə monitorda qatarın “Dərnəgül” stansiyasına gedəcəyi yazılsa da, “28 may” stansiyasının keçidində qatarın “İçərişəhər” stansiyasına getdiyi elan edilir. Bu isə çaşqınlıqlar və haqlı narazılıqlara səbəb olur.

Bakı Metropoliteninin baş mühəndisi Elburus Muradov açıqlamasında metroda sərnişin sıxlığının müşahidə olunduğunu dedi. Baş mühəndis bildirdi ki, metro ilə fevralın 22-də 606 min sərnişin daşınıb: “Gün ərzində saat 08:00-09:00 və 18:00-19:00 arası sərnişin sıxlığının ən pik olan vaxtıdır. Sərnişinlərin sayı həddindən çox olur. Bəzi insanlar isə öz hərəkətləri ilə qatarların gecikməsinə, vaxtından bir neçə dəqiqə sonra sürət yığmasına səbəb olur. Qapını məcbur saxlayırlar, özlərini güclə vaqona salırlar. Qatar da gec tərpənməli olur. Bir çox ölkələrdə metroda polislər dayanır ki, onlar da əllərində dəyənəklə belə adamların başından vurub yerə salır. Bizdə isə belə deyil. Əhaliyə müraciət edərək bildirmək istəyirik ki, evdən bir qədər tez çıxsınlar, vaqonların qapısını saxlamasınlar, ümumi hərəkətə mane olmasınlar”.

E.Muradov yaranan gecikmələrə qatarlarda yaranmış texniki nasazlığın da səbəb olduğunu dedi: “Biz bunu gizlətmirik, nasazlıqlar olur. Bizim vəzifəmiz sərnişinləri daşımaqla yanaşı, onların təhlükəsizliyini də qorumaqdır. Hər hansı nasazlıq yaranan kimi qatarın depoya qayıtması qərara alınır və bu da intervalın pozulmasına səbəb olur. Ümumilikdə isə deyə bilərəm ki, ciddi bir problem yoxdur”.

Qeyd edək ki, yaxın illərdə Bakı Metropoliteninin stansiyalarının sayının 3 dəfəyədək artırılması planlaşdırılır. Həmçinin hər bir xətt üzrə ayrıca depolar da tikiləcək.


Geri dön

R.M_FaNaTka

  • 23 fevral 2012 19:52
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tewekkurler

--------------------

✿Victoria✿

  • 23 fevral 2012 18:42
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Delya_91

  • 23 fevral 2012 18:31
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
istifade etmirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

MENI_GOR_YIXIL_OL

  • 23 fevral 2012 18:19
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
twkler xebere gore winked

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}