
Onların bu izdivacına maraq çox olsa da, Oksana gündəmdə bu mövzu ilə qalmaq içtəmədiklərini Milli.Az-a dedi. Amma onun peşəkar rəqqasə olduğunu nəzərə alıb, toyda rəqs sürprizinin olacağını xəbər aldıq. Qeyd edək ki, son illər toyda bəylə gəlinin rəqs şousu dəb halını alıb. Oksananın və Elşadın isə bunun üçün rəqs müəlliminə müraciətinə ehtiyacı yoxdur.
"Rəqs şousunu, əlbəttə ki, düşünürük. Amma toyla bağlı o qədər vacib işlərin həlli bir zamana təsadüf edib ki, hələ rəqsə zaman ayıra bilməmişəm. Bu, mənim üçün çətin məsələ deyil. Sadəcə, Elşadla düşünməliyik ki, hansı rəqsi oynamalıyıq", - deyən Oksanadan maraqlı və təkrarsız bir rəqs şousu hazırlayacağı ehtimalını öyrəndik. Əlavə olaraq dedi ki, sürprizləri tək bu deyil. Cütlük açıqlaya bilmədikləri bir çox sürprizin təqdimatını düşünür.
Xatırladaq ki, Elşad Xose ilə Oksana Rəsulovanın toyu gələn aya planlaşdırılıb.