Aygün Kazımova hücuma məruz qaldı

 
Aygün Kazımova hücuma məruz qaldı

Azərbaycanın xalq artisti, tanınmış pop-diva Aygün Kazımova ötən gün Bakının əyləncə mərkəzlərinin birində onlarla fanatının hücumuna məruz qalıb.

Belə ki, yerli telekanalların birində yayımlanacaq verilişin çəkilişinə ilk qonaq kimi qatılan Aygün xanım, proqram boyunca pərəstişkarlarından yetərincə dəstək aldı. Çəkilişlər bitən kimi onunla şəkil çəkdirmək istəyənlərdən bir neçəsi arzusunu reallaşdırsa da, artıq kütləyə nəzarət etmək çətinləşirdi. Məkanın mühafizəçiləri xalq artistinin prodüseri Tolikin göstərişi ilə hərəkətə gətirildi. Və dövrəyə alınan müğənni küçəyə çıxmağa müvəffəq oldu.

Fanatlar isə sakitləşmirdilər. Gülüşü ilə pozitiv enerji saçan Kazımova qız fanatlarından birinin "Qurban olum, Aygün xanım, getməyin, mənimlə də şəkil çəkdirin!" hayqırtısına biganə yanaşa bilmədi. Ayaq saxladı, qızların ona yaxınlaşmasına şərait yaradılmasını xahiş etdi.

Gözləyirdik ki, izdihamın dağılması üçün xalq artisti məkanı tərk etmək yolunu seçəcək. Bu isə baş vermədi. Məkanın gizli giriş-çıxış yerindən restoranlardan birinə qalxdı. Və heç nəfəsini dərməmiş baş verənlərə münasibət bildirdi:

"Çoxdan idi, fanatlarımla belə bir görüşdə iştirak etmirdim. Onların çoxu ilə tanışlığım olsa da, hər görüşümüzdə mənə olan sevgilərini izdiham yaratmaqla isbat etmək istəyirlər. Açığı, çəkilişə gələndə özümə söz vermişdim ki, heç bir fanatımın qəlbini qırmayacaq, ürəkləri istədikləri qədər şəkillər çəkdirəcəyəm. Özünüz şahid oldunuz ki, o qədər insanın arasında bunu etmək mümkünsüz idi. Çünki şəkil çəkdirməkdə heç kim sonuncu olmaq istəmirdi (gülür). Əsas odur ki, tanıyıb-tanımamağımdan asılı olmayaraq bütün "AygünFan"ların təmiz və pak sevgisini duya bilirəm. Allah-Təala bu sevgini mənə çox görməsin. Müqəddəs sevgiləridir məni zirvədə saxlayan".

Gecə 22:15 radələrinə qədər dostları ilə eyni masa arxasında əyləşən A.Kazımova pəncərədən görünən Şamplena fanatlarını bizə göstərib bildirdi ki, əgər onunla məxsusi olaraq şəkil çəkdirməsələr, heç yana getməyəcəklər. Dediyinin üstündə dayanan pop-diva bir neçə dəqiqə fanatları ilə söhbətləşib, mobil telefonlarına həvəslə şəkillər çəkdirdi...


Geri dön

Shokoladka

  • 25 fevral 2012 15:50
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Xebere gore thanks:)

--------------------


Mehri_94

  • 24 fevral 2012 13:39
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
lap yaxsi lol tesekkurler

--------------------
R :love: M

kis masali

  • 24 fevral 2012 13:37
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
hec xowum gelmir aygunden

--------------------
<3

Dalga

  • 23 fevral 2012 20:07
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler

--------------------

✿Victoria✿

  • 23 fevral 2012 20:06
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER
AYGUNU GORMEKDEN BEZMISEM UJE IYRENIREM ONDAN angry

--------------------

nar_18

  • 23 fevral 2012 20:06
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}