Mənim Əziz İnsanım

 
Mənim Əziz İnsanım


Biz atadan, anadan, Vətəndən, torpaqdan yazırırq...
Sevgidən, eşqdən, həsrətdən, ayrılıqdan yazırıq...
Amma nə vaxtsa bizi anamızdan da, atamızdan da çox sevən, titrək əlləriylə bəsləyən, bir dəfə də olsun xətrimizə dəyməyən kövrək, mehriban, əziz nənələrimizdən niyə yazmırıq?

Axı azmı valideynlərimiz danlayarkən nəvazişinə möhtac olduğumuz?
Azmı olub başımızı dizləri üstünə qoyub yuxuya getdiyimiz?
Laylalarını dinləyib nazlandığımız?
Yıxılarkən qucağına qacdığımız, məktəb zamanı yorularkən ocağını, həyətini arzuladığımız azmı olub?

Yadımdadı, əllərinin qabarı əlimi incidərkən çəkirdim əlimi, sənsə bunu anlayırdın, ətəyimdən tut, gedək - deyirdin.
Uzun güllü çit donunun ətəyindən yapışaraq kəhriz qırağında gəzdiyim o günlər olaydı...
Səninlə kiçik vedrəmi də götürüb encire getdiyimiz günlər olaydı...
Nənə, ətrini, səsini, sözünü necə də özləmişəmmiş.
O vaxtlar nə dərdim vardı, nə qəmim.
Həmdəmim nənəm, sözümü sənə harda, necə söyləyim.
Yanına necə gəlim ki, ovudasan məni yenə də əvvəlki kimi?

Əziz nənəmin əziz xatirəsinə həsr edirəm!
Allah ona və bütün dünyadan köçənlərimizə rəhmət eləsin!


Geri dön

CandyGirl

  • 27 dekabr 2010 18:51
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
twk..........

--------------------

Yusif

  • 5 noyabr 2010 12:40
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 1 noyabr 2010 15:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

sevgi yalandir

  • 28 oktyabr 2010 16:57
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}