Zirəddin Rzayev hər kəsi heyrətləndirdi

 
Zirəddin Rzayev hər kəsi heyrətləndirdi

Hazırda Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın TNT telekanalında qatıldığı "Ekstrasenslər istintaq aparırlar" layihəsində növbəti dəfə inanılmaz bacarığı ilə hər kəsi heyrətləndirib.

Trend Life-a istinadən verdiyi məlumata görə, verilişin növbəti buraxılışında 18 yaşlı oğlu Aleksandrı 4 il əvvəl müəmmalı şəkildə itirmiş Yelena Lobanovanın faciəsindən süjet nümayiş etdirilib. 4 il əvvəl onun oğlu ölmüş vəziyyətdə evin damında tapılır. İstintaq mərhumun qanında həddindən artıq çox spirt aşkarlayaraq onun intihar etdiyini bildirir. Ana isə bununla razılaşmır və oğlunun öldürüldüyünü iddia edir. Yelena bildirir ki, oğlunun sifətindəki qançırlar, çoxsaylı sınıqlar və evdən bahalı əşyaların itməsi Aleksandrın məhz qətlə yetirildiyini göstərir. Bu üzdən qadın TNT telekanalının "Ekstrasenslər istintaq aparırlar" verilişinə müraciət etmək qərarına gəlib.

Verilişdə "Ekstrasenslərin savaşı" verilişinin 9-cu mövsümünün qalibləri olmuş Natalya Banteyeva və Zirəddin Rzayev iştirak ediblər. Zirəddin hadisə haqda məlumatlı olmadığına baxmayaraq, Aleksandrın fotosına baxan kimi oğlanın dünyasını dəyişdiyini və hətta onun cəsədinin hansı formada tapıldığını söyləyib. Azərbaycanlı ekstrasens meyit tapılan zaman onun qanında xeyli alkoqolun olduğunu da deyib.

Daha sonra çəkiliş qrupu ilə birlikdə mərhumun məzarı üzərinə gedən Zirəddin oğlanın vaxtından əvvəl doğulduğuna, şeirlər yazdığına, hətta onun almaq istədiyi maşının markasınadək bir sıra faktları doğru söyləyib. Zirəddinin sonrakı açıqlamaları daha gözlənilməz olub: Aleksandr ölümündən əvvəl anası ilə onun pivəsini gizlətdiyi üçün mübahisə edib və küçəyə qaçıb. Küçədə oğlan hansısa insanlarla rastlaşıb və ola bilsin ki, Aleksandrı məhz həmin şəxslər qətlə yetiriblər. Zirəddin istintaqın müəyyənləşdirdiyinin əksinə olaraq, mərhumun yıxılaraq ölmədiyini, onun başına öldürücü zərbə vurulduğunu söyləyib. Ekstrasens qatilin qısa saçlı, əlində çapıq olan və hepatitdən əziyyət çəkən şəxs olduğunu da əlavə edib…


Geri dön

lovely boy

  • 24 fevral 2012 19:37
  • Məqalə: 16
  • Şərh: 386
  • Bal:
VIRTUAL OLMASIN REAL OLSUN

VIRTUAL OLMASIN REAL OLSUN

SEHVEN GETDI

--------------------

Dalga

  • 24 fevral 2012 16:39
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Her weyin dogrusunu Allah biler Yalniz Allaha inaniram

--------------------

enigmatic_girl

  • 24 fevral 2012 14:47
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Eh ne olsun bezen men de fikirlesdiklerim duz olur...ola biler ama her seyi Allah biler.... smile

--------------------

kis masali

  • 24 fevral 2012 13:45
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
allahdan bawqa heckese inanmiram

--------------------
<3

Mehri_94

  • 24 fevral 2012 09:57
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
hamisi bos sohbetlerdi Zireddin kimdiyeee allah olan yerde hec kim hec neyi bile bilmez tek allahdan basqa

--------------------
R :love: M

tontonun anasi

  • 24 fevral 2012 09:55
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
NE BILIM VALLAH BEZEN SEHV DEYIR BEZEN DUZ,ODA ONUN YOLUDUR NEYNIYEK HERENIN OZ YOLU VARDA

--------------------

Nako92

  • 24 fevral 2012 09:53
  • Məqalə: 12
  • Şərh: 343
  • Bal:
{awards}
buna inananin agli ele ona isliyir esi hamisi bir tulkuluk edir cixir efire magiyaymiiiiiiiiis

--------------------

✿Victoria✿

  • 24 fevral 2012 09:49
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
MEN ZIREDDINE INANMIRAM BOS BOS SEYLERDI HEC KIMEDE INANMAGI MESLEHET GORMUREM YALNIZ TEK OLAN ALLAHA INANIN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 733
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 207
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}