Tövbə nə vaxt qəbul edilir?

 
Tövbə nə vaxt qəbul edilir?

Tövbə nə vaxt qəbul edilir?

Qur’an:
«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.» (Nisa, ayə 18)

Hədis:
Allahın Peyğəmbəri (s):«Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər.»
İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur:«Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var.»
İmam Rza (ə) «Allah-taala nə üçün Fir’onu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?» sualının cavabında buyurmuşdur:«Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz.»

Peşman olmaq bir növ tövbədir
Allahın Peyğəmbəri (s):«Peşmançılıq tövbədir.»
İmam Əli (ə):«Günahdan peşman olmaq istiğfardır.»
İmam Əli (ə):«Qəlbin peşman olması günahın üstünü örtər.»

Səmimi etiraf

Qur’an:

«Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin.» (Tovbə, ayə 102)

Hədis:
İmam Əli (ə):«Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxışıdır.»
İmam Baqir (ə):«Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz.»
İmam Baqir (ə):«Vallah, Allah-taala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını e‘tiraf etmələrini istəyib.»

Tövbənin sütunları

Qur’an:

«Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.» (Maidə, ayə 39)
«Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam.» (Ta-ha, ayə 82)

Hədis:
İmam Əli (ə):«Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır.»
əl-Kafi:«Nəx’ə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəbbih deyir:«İmam Baqirə (ə) dedim:«Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?» Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu:«Xeyr, yalnız bu istisna ilə (tövbən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan.»

Tövbənin növləri

Allahın Peyğəmbəri (s):«Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!»

Səmimi və xalis niyyətlə tövbə

Qur’an:

«Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin.» (Təhrim, ayə 8)

Hədis:
Allahın Peyğəmbəri (s):«Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır.»
İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:«Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.»

Tövbəni təxirə salmaq, gecikdirmək
İmam Əli (ə):«Günah edən zaman tövbə ilə onun məhvinə tələs.
İmam Əli (ə):«Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır.»
İmam Cavad (ə):«Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!»

Tövbədən daha asan…
İsa Məsih (ə):«Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir.»
İmam Əli (ə):«Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır.»


Tövbə nə vaxt qəbul edilir?


Geri dön

...BARSA FANATI....

  • 24 fevral 2012 18:38
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
XEBERE GORE TWKR...

R.M_FaNaTka

  • 24 fevral 2012 17:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
MaRaqLi XeBeRe Gore TeWeKkuRler BirTanem

--------------------

✿Victoria✿

  • 24 fevral 2012 17:55
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER
ALLAH RAZI OLSUN VOR ZAKON DUZ DEYIR NECE OLUR ADAM ADLARI BOYUKLE YAZILIR ALLAH ADI YAZILA BILMIR BU HORMETSIZLIKDI

--------------------

Mehri_94

  • 24 fevral 2012 17:26
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
vor_zakon,
sanane be adam yaaa sanami sorucam

--------------------
R :love: M

Dalga

  • 24 fevral 2012 16:59
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allahim sen bizim gunahlarimizi bagiwla Amin

--------------------

YaKiWiKLi SeRSeRi

  • 24 fevral 2012 16:28
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
Mehri_94,
ALLAH SOZUNU BOYUKL YAZSAN DAHA YAXWI OLAR

kis masali

  • 24 fevral 2012 15:24
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
allah razi olsun oxudum

--------------------
<3

★Miss Love★

  • 24 fevral 2012 15:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah haminin dovbesini qebul elesin amma heqiqeden pewman oub c vicdan ezabi cekenlerin.xebere gore sagiol

Ku-ku

  • 24 fevral 2012 15:07
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mehri_94

  • 24 fevral 2012 14:38
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
allah razi olsun

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}