Putin zor gücünə mitinq keçirdi

 
Putin zor gücünə mitinq keçirdi

Rusiyanın baş naziri prezidentliyə namizəd Putin üçün zor və pul gücünə Moskvaya uzaq Uraldan belə, fəhlələr gətirilib; mitinqdən tez getmək istəyənlərə polis imkan verməyib.
Hökümət KİV-ləri xəbər verib ki, “Rusiyanı müdafiə edək” devizi ilə keçirilən mitinqdə 100 min paytaxt sakini iştirak edib. Lakin bəlli olub ki, aksiyaya kənardan xeyli adam gətirilib. Sosial sferada çalışanları, tələbələri mitinqdə iştiraka məcburən cəlb ediblər.


Hətta uzaq Uraldan belə, mitinqdə iştirak üçün fəhlələr gətirilib. Səhər saat 8:30-da Moskvaya 17 vaqondan ibarət qatar gəlib. Qatardan düşən fəhlələr Putinə dəstək vermək üçün avtobuslarla “Lujniki” stadionuna aparılıb. Mitinqdən bir həftə əvvəl sosial şəbəklərdə dövlət qulluğunda işləyənlərə müdriyyət tərəfindən mitinqə getmələri üçün təzyiq edilməsi barədə xəbərlər yayılmışdı. Çərşənbə axşamı məlum olmuşdu ki, Moskva Maliyyə-hüquq Akademiyasının rəhbərliyi tələbələrə mitinqə getmək çağırışları edir.

Mitinqin gedişinə gəlincə, iştirakçıların bir çoxu Putinin çıxışından sonra stadionu tərk etməyə başlayıb. Lakin polis metro ilə geri qayıtmaq istəyənlərə icazə verməyib. Polis həmçinin, mitinq zamanı özbək mənşəli 70 nəfər “təxribatçı” saxladığını bildirib. Polisin iddiasına görə, “təxribatçılar” Putinin dəstək mitinqinə “kölgə” salmaq üçün qatılıblar, ancaq onların qarşısı alınıb.

Xatırladaq ki, Putinə dəstək üçün keçirilən əvvəlki mitinqlərdə xeyli miqrant-fəhlə iştirak etmişdi. İnternetdə bu fakt gülüş obuektinə çevrilmişdi.


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}