İntizar Amili

 
İntizar Amili

Keçmiş Ümmətlərdən Öyüd Götürmək

Tarix boyu ilahi ümmətlərə haqq dövlət və`dəsi verilmişdir və onlar həmişə bunun zühurunun intizarını çəkmişlər. Lakin bu dövlətin zühurundan sonra onların öz iddialarında sadiq olmadıqları aydın olmuşdur. Misal üçün, Fir`onun zamanında həzrət Musanın təvəllüdü və zühuru Bəni-İsrailə və`d verilmişdi. (Bu əhvalat Qur`anda təkrar-təkrar nəql olunmuşdur) Fir`on Bəni-İsraili o qədər sıxıntıda saxlamışdı ki, çox az millətlər belə əziyyət görmüşdü. Onlara o qədər işgəncə verildi ki, alimlər və salehlər bir yerə toplaşıb xalqı həzrət Musanın (ə) zühurunun yaxınlaşması üçün dua etməyə də`vət etdilər. Bu mövzuda nəql olunmuş rəvayətlərə əsasən, Bəni-İsrailin həddi aşmış göz yaşları və ah-nalələrinə görə həzrət Musanın (ə) zühuru yaxınlaşdı. O, dünyaya gəldi, böyüdü və bir müddət sonra Fir`onun əleyhinə qiyam qaldırdı. Sonra Bəni-İsraili onun əlindən xilas edib dəryadan keçirdi. Onlar öz gözləri ilə Fir`on və tərəfdarlarının bir bu qədər əzəməti olmasına baxmayaraq, dəryadan keçə bilmədiklərini və oradaca qərq olduqlarını gördülər.

Fir`onun şərindən xilas olub Allaha bəndəlik etmək üçün həzrət Musanın zühurunun tezləşməsini istəyənlər Fir`onun cəngindən azad olduqdan sonra həzrət Musa dünyadan köçənə qədər bir çox ləyaqətsiz işlər gördülər. Onları Fir`onun şərindən qurtardığı üçün Allaha təşəkkür etmək əvəzinə, naşükürlük etdilər. Eyni zamanda, uzun illər intizarını çəkdikləri həzrət Musanın göstərişlərinə qulaq asmaq əvəzinə, pis işlər görüb ondan yersiz tələblər etdilər. Onların birinci səhvi bu idi: Misirdən Fələstinə olan yolda əhalisi bütpərəst olan bir şəhərə çatdılar: Bu şəhərin xalqının vəziyyətini müşahidə edərək həzrət Musanın yanına gəlib ona dedilər: Sənin inandığın və bizi ibadətinə çağırdığın Allahı görmürük, biz bu bütpərəstlərin mə`budu kimi bir Allah istəyirik: “Onların mə`budları olduğu kimi, bizim üçün də bir mə`bud qərar ver.
” (“Ə`raf” surəsi, ayə 138)

Bunlar Fir`onun zülmündən təngə gəlib Allahdan həzrət Musanın zühurunun tezləşməsini istəyənlər idi.
Bu hadisədən sonra həzrət Musa ibadət üçün Tur dağına getdi. O orada otuz gün qalmaq üçün də`vət olunmuşdu; amma bu müddət qırx günə qədər çəkdi. O, münacata gedən zaman Bəni-İsrail Samirinin yanına gedib ona dedi: “Bizim üçün bir Allah düzəlt!” Samiri də onların sözünü qəbul etdi və qızıldan bir buzov düzəltdi. Musanın səbirsizliklə intizarını çəkənlərin sonu belə oldu!

İslam peyğəmbərinə aid bir əhvalat da var. Hicaz məntəqəsi, xüsusilə də Mədinə ətrafındakı kitab əhlinin bir çoxu İslam peyğəmbərinin zühurunun intizarında idi. Onlar Mədinə və onun ətrafında toplanmışdılar ki, həzrət zühur edən zaman başqalarından daha tez ona iman gətirsinlər. Qur`ani-Kərim bu barədə deyir: “Onu öz oğullarını tanıdıqları kimi tanıyırlar.”
(“Bəqərə” surəsi, ayə 146)

İslam peyğəmbərini öz övladları tanıdıqları kimi tanıyırdılar (və onun xüsusiyyətləri, əlamətlərindən xəbərdar idilər). Lakin həzrət onları İslam dininə də`vət etdiyi zaman onun hədəflərini öz istəklərinə uyğun görməyib də`vətini qəbul etmədilər.
Bu tarixi cərəyanlar bizim üçün ibrətamiz dərs hesab olunur. Allah eləməsin ki, biz də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkərək belə bir aqibətə düçar olaq. Bizim gözəl aqibətli olacağımıza zəmanət verilməyib. Bə`zi rəvayətlərdə göstərilir ki, həzrət Mehdinin (ə) zühurundan sonra bə`ziləri ona məktub yazacaq ki, bizim sizə ehtiyacımız yoxdur.

Beləliklə, özümüzü hər bir cəhətdən islah etməliyik; nəfsani istəklərdən uzaqlaşıb, özümüzü onu, onun inqilab və qiyamının qəbuluna hazırlamalıyıq. Əgər həzrəti seviriksə, onun adını eşitdikdə gözlərimizdən yaş axırsa, yenə də qürurlu olub aqibətimizdən xəbərsiz qalmamalıyıq.
Buna görə də intizar o zaman dəyərli sayılır ki, həqiqətən, Əsrin İmamını və onun zühurunu İslam və müsəlmanların izzəti, ilahi hökmlərin diriliyi üçün istəyək, eyni zamanda, tarix boyu ilahi hökmlərin izah olunmamasından narahat olaq. Özümüzü həzrətin hökuməti və göstərişlərini qəbul etmək üçün hər bir cəhətdən hazırlamalı və Allahdan bu işdə bizə tövfiq verməsini istəməliyik.

“Pərvardigara, girami peyğəmbərlə ayrılıqdan (ona və ailəsinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından sənə şikayət edirik”.


Geri dön

APPLY

  • 24 fevral 2012 17:49
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

✿Victoria✿

  • 24 fevral 2012 17:47
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER
ALLAH RAZI OLSUN

--------------------

Mehri_94

  • 24 fevral 2012 17:16
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
allah razi olsun tesekkur

--------------------
R :love: M

Ku-ku

  • 24 fevral 2012 15:08
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

YaKiWiKLi SeRSeRi

  • 24 fevral 2012 14:44
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
teskkurler ALLAH RAZI OLSUN SENDEN TUNAR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}