Yağış

 
Yağış


Selə qapılmış bir sevginin ardından bir mahnıda
axtarılan təsəlli çatmamış olsa gərək idi.
Külək vururdu sərindən üzümə.
Bir vaxt yalın ayaq yaşıllara basdım geç ya da tez.
Özümdən keçməmək də çox zaman olmuşdu.
Dəlilik idi bir az bu etdiyim axıb gedən həyatımda.
Amma onsuz da "özündən başlamalı hər şeyə" demişdim küçəyə çıxarkən.


Yağış


O sırada yağış yağmağa başlamışdı.
Dənə dənə və varlığını unutdurub xatırladan bir
sürətdə incədən süzülürdü ruhuma. Bir eşq sonrası
incikliyi paklar ədasında. Hər şeyin mümkünlüyünə
inad bir möcüzə kimi idi o an hər şey. Qədərin cilvələrindən
nəsiblənmiş bir narahat halda itirilmiş bir şeyini axtarar
kimi gözəllik gözlər baxışlarla araşdırırdım yaş dünyanı.
Qəribə bir xoşbəxtlik qucaqladı ruhumu əvvəl,
sonra bədənimi. Onsuz da mənim üçün xoşbəxtlik,
həmişə gəlib gedən bir ay kimi idi. Amma hər şey əslində
olduğu qədər idi. Necə baxdığımın əhəmiyyəti yox idi.
Bir karvan içində sıravi biriydim nəticə olaraq.


Yağış


Atəş kimi qarışıq köz olan ürəyim sərinləmişdi
yağışda o vaxt. Məntiq çərçivəsi düşüncələrimi
əsir götürürdü. Məlhəm kimi qərarlar götürəcəyim
iqlimlərə girirdim düşünürəm. Yenə başlamışdı vəzifəm
ruh və bədənin gizli mübarizəsində.
Aşağı tüpürsəm "mən", yuxarı tüpürsəm "mən"idim.


Yağış


O sırada külək bir az gücləndi və fikirləşirəm
yağış da kədərləndi. Daha ucundan toxunmağa başladılar
ağrınılası bədənimə və tapılan ruhuma. Zamana buraxılmış
gözyaşlarının edam zamanına bərabər gəlmiş kimi hiss etdim
və bir az qorxdum ağlamaqdan. Və o an; itən gözəlliklər
bir uşaq bədəninə həbs edilmiş və saf bir dərmanla
qorunar göründü gözümə. Bir an göz-gözə gəldim o
təmiz uşaqla bir şey istər kimi baxaraq. Şəfqətlə gülümsədi
mənə və uzaqlaşdı mən daha bir şey söyləyə bilmədən.
Aldanırdımmı özümlə. Bu qədər yağış çirk tutmuş
ruhumu silərkən bir az daha dəqiqləşdi bəzi şeylər.


Çox dəfələr soruşulması nəticəsində qəribəliyini
itirmiş köhnə suallar dolandı dilimə. Əzbər cavablar
təmin etmədi bu dəfə. Arı kimi idi zehnim.
Bir sərxoş hal çökdü üstümə o vaxt.
Çöldən qəribsənəcək hərəkətlər edər olduğumu
fərqinə vardım. Olduqcada islanmışdım dünya ilə birlikdə.
İçimdəki xəstəlik xaricimə əks etməsin deyə bir
sığınacaq axtardı gözlərim. Fikirləşirəm gücəndirdim
buludları bunu edərək. Yağış dayandı, külək getdi. Və mən kədərləndim…


Geri dön

ibn xatun_2011

  • 25 fevral 2012 01:10
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
MƏN YAĞIŞI ÇOX SEVİRƏM.....NARIN YAĞIŞDA GEZMEYİ ÇOX SEVİRƏM...

--------------------

B_A_H_A_R

  • 24 fevral 2012 23:46
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
SEVMIREM YAGISI SOYUGU..TEKCE BAHARI SEVIREM : P

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Shokoladka

  • 24 fevral 2012 23:17
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Yagishdan xoshum gelir amma heryer palcix olmasa:))tsk

--------------------


enigmatic_girl

  • 24 fevral 2012 23:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Offf yagis...yagisdan zehlem gedir... sad request

--------------------

★Miss Love★

  • 24 fevral 2012 21:19
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
TeaDoR,
wink уagiwi cox xowlaуiram

kis masali

  • 24 fevral 2012 21:09
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
narin yagan yagisi xowlayiram ancaq guclu yagsa xeyir

--------------------
<3

Dalga

  • 24 fevral 2012 21:03
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Yagiwi cox sevirem tewekkur edirem maraqlidir

--------------------

CİNDY

  • 24 fevral 2012 20:58
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
ay ensevdigim seydi yagiss

Delya_91

  • 24 fevral 2012 20:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}

Atəş kimi qarışıq köz olan ürəyim sərinləmişdi
yağışda o vaxt. Məntiq çərçivəsi düşüncələrimi
əsir götürürdü. Məlhəm kimi qərarlar götürəcəyim
iqlimlərə girirdim düşünürəm. Yenə başlamışdı vəzifəm
ruh və bədənin gizli mübarizəsində.
Aşağı tüpürsəm "mən", yuxarı tüpürsəm "mən"idim.

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

nar_18

  • 24 fevral 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqlidi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}