Другие одежные ткани www.bezema.com.ua.

Əhli-Beyt bağçasından bir neçə çiçək (2-ci hissə)

 
Əhli-Beyt bağçasından bir neçə çiçək (2-ci hissə)

Quran, Peyğəmbər (s.ə.s), İmamlar

Peyğəmbər (s):”Quran çox oxunulan evdə xeyir çox olar, ev əhli üçün genişlik yaranar, asiman ulduzları yer əhli üçün işıq saçdığı kimi, o da (ev) asiman əhli üçün işıq saçar” . “Agah olun! Quranı öyrənib başqasına öyrədən və ona əməl edən şəxsi mən arxamca behiştə aparıb ona yol göstərərəm” . “Ey övladım” Quran oxumaqdan qafil olma, belə ki, Quran qəlbləri dirildib çirkin işlərdən saxlayır” . “Əgər xoşbəxt yaşamaq, şəhidlər kimi ölmək, həsrət günündə nicat tapmaq, yandırıcı gündə kölgələnmək, azğınlıq günündə hidayət tapmaq istəyirsinizsə Quran öyrənin. Çünki Quran mehriban Allahın kəlamı, şeytandan qoruyucu (əməllər çəkildikdə) tərəzinin ağır tərəfidir” . “Sözün ən düzü, moizələrin (nəsihətlərin) təsir edəni və hekayələrin ən gözəli Allah kitabıdır” .”Hər kəs Allah rizası və dini bilmək üçün Quran oxuyarsa, onun savabı bütün mələklərə, peyğəmbərlərə və mürsəllərə verilən savab qədər olar”

İmam Əli (ə):“Allah kitabından möhkəm tutun...Ona əməl edən kəs hamıdan irəli keçibdir” . “Bilin ki, gələcəyin elmi, keçmişin xəbərləri, dərdlərinizin dərmanı və aranızda olan nizam-intizamınız Quranda vardır” . “Quranın zahiri gözəl, batini dərindir. Onda olan fani olmaz, qəribəliklər sona çatmaz, qaranlıqlar yalnız onunla aydınlaşar” . İmam Əli (ə) Peyğəmbər (s) barəsində belə buyurarmış: “Öz təbabəti ilə gəzən təbibdir, məlhəmini yaxşı hazır etmiş, təbabət alətləri onunladır. Ehtiyac olan yerlərdə, (o cümlədən) kor olmuş qəlblərdə, kar olmuş qulaqlarda, lal olmuş dillərdə ondan istifadə edir...”

İmam Hüseyn (ə):”Peyğəmbər (s) onunla oturanların hər birinin payını özünə verən idi. Onlardan hər biri elə bilirdi ki, o Peyğəmbər (s) üçün hamıdan hörmətlidir”.

İmam Əli (ə): ”O (s) peyğəmbərlərin sonuncusu, insanların ən səxavətlisi, ən geniş ürəklisi, ən düz danışanı, ən vəfalısı, ən əxlaqlısı, ən gözəl rəftara malik olanı idi. İlk dəfə görən şəxs Onu heybətli görür, tanıyandan sonra isə Ona aşiq olurdu. Onun haqqında deyirdi:-nə ondan öncə, nə də sonra Onun kimisini görməmişəm”.

Ayişə (Peyğəmbərin (s) xanımı):-Peyğəmbər (s) insanların ən əxlaqlısı ən hörmətlisi idi. O, sizin kimilər kimi bir kişi idi, bu fərqlə ki, dodağında həmişə təbəssüm olardı” . “Peyğəmbərin (s) daha çox acığı gəldiyi şey yalan idi. Səhabələrindən birinin yalan danışmasını bildikdə, tövbə edənə qədər ondan uzaq olardı”.

Peyğəmbər (s):”Mən sizə iki qiymətli və ağır şey qoyuram. Allah kitabı (Quan) və İtrətim (Əhli-Beytim (ə)). Əgər onlardan tutsanız (itaət etsəniz) heç zaman azmazsınız (haqdan kənara çıxmazsınız). “Əhli-Beytimin məsəli Nuhun (ə) gəmisinin məsəli kimidir. Hər kəs ona daxil olarsa nicat tapar, ondan uzaq olansa qərq olar”.

İmam Rza (ə):”Əgər insanlar kəlamımızın gözəlliyini bilsəydilər, bizə itaət edərdilər”

İmam Hüseyn (ə):”Hər kəs məni şəhadətimdən sonra ziyarət edərsə, Qiyamət günü onu ziyarət edərəm. Əgər odda belə olmuş olsa, onu çağıraram”

Peyğəmbər (s):”Həqiqətən Allah məni, Əlini, Fatiməni, Həsən və Hüseyni bir nurdan yaratmışdır” . “Məhdi (ə.c) mənim övladımdır. O, qeybdə olacaqdır. Zühur etdiyi zaman yer üzü (əvəllər zülm tutduğu kimi) ədalət tutacaqdır”.


Geri dön

_favorit_arkadas

  • 1 mart 2012 11:50
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
Serhleriniz ucun tewekkurler....

--------------------

Shokoladka

  • 24 fevral 2012 23:39
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Tesekkurler :))

--------------------


Delya_91

  • 24 fevral 2012 20:15
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_favorit_arkadas

  • 24 fevral 2012 19:49
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Serhlerinizi gozleyirem!!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 716
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 469
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}