İmam Əliyyən-Nəqi (əleyhissəlam) saray fəqihləri ilə üz-üzə

 
İmam Əliyyən-Nəqi (əleyhissəlam) saray fəqihləri ilə üz-üzə

İmam Əliyyən-Nəqi (əleyhissəlam) saray fəqihləri ilə üz-üzə
Abbasi xəlifələrinin əsas siyasəti camaatın diqqətini saray fəqihlərinə (alimlərinə) cəlb etmək və onların verdiyi fətvaları rəsmi fətva e’lan etmək olsa da, lakin İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirrada olduğu müddət ərzində neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar məcbur olub İmama müraciət etmiş, o Həzrət isə öz İmamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və alimləri o Həzrətin elmi qarşısında baş əyməli olmuşlar. İndi bu cür məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq.

1. Zina etmiş məsihinin cəzası
Bir gün müsəlman qadınla zina etmiş məsihi bir kişini Mütəvəkkilin hüzuruna gətirirlər. Mütəvəkkil onun üzərində şər’i hədd icra etmək istəyir. Lakin məsihi dönüb müsəlman olur. Baş qazı Yəhya ibn Əksəm deyir: “Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir hədd icra edilməməlidir.” Fəqih və alimlərdən bə’ziləri dedilər ki, onun haqqında şər’i hədd üç dəfə icra olunmalı, bə’ziləri isə başqa cür hökm verdilər. Verilən hökm və fətvaların müxtəlif olması Mütəvəkkili İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməyə məcbur edir. Məsələni İmama dedikdə, o Həzrət buyurur ki, ona ölənə qədər şallaq vurulmalıdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın verdiyi bu fətva Yəhya ibn Əksəm və digər fəqih və alimlərin ciddi narazılığına səbəb oldu. Onlar dedilər: “Heç bir ayə və hədisdə bu cür fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki, İmama bir məktub yazıb bu fətvanın istifadə edildiyi əsası öyrənsin. Mütəvəkkil də onların dediyi kimi edir. İmam Əliyyən-Nəqi (əleyhissəlam) məktubun cavabında yazır: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, Rəbbimizə qoşduğumuz şərikləri bütləri isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).”

Mütəvəkkil İmamın verdiyi fətvanı qəbul edərək zina etmiş məsihinin həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.
İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu ayəni qeyd etməklə onlara başa salmaq istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın əzabını onlardan götürmədiyi kimi bu məsihinin də müsəlman olması şər’i həddi onun boynundan götürmür.

2. Mütəvəkkilin nəzri
Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, “çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil yenə məcbur olub İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.
Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamdan verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: “Allah-taala Qur’anda buyurmuşdur: “Allah sizə müsləmanlara bir çox yerlərdə kömək etmişdir.” Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə səksən üç döyüş olmuşdur..”


Geri dön

✿Victoria✿

  • 25 fevral 2012 18:41
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
ALLAH RAZI OLSUN COX BEYENDIM

--------------------

B_A_H_A_R

  • 25 fevral 2012 18:32
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

R.M_FaNaTka

  • 25 fevral 2012 18:17
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Maraqli XeBeRe GoRe TeweKKurLeR

--------------------

nar_18

  • 25 fevral 2012 18:15
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

s_a_b_r_i_n_a

  • 25 fevral 2012 18:08
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ......

--------------------

Shokoladka

  • 25 fevral 2012 17:32
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
_TUNAR_MAMEDOV_ -Xebere gore tsk..

--------------------


...BARSA FANATI....

  • 25 fevral 2012 17:24
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
....tsk...
recourse

Mehri_94

  • 25 fevral 2012 17:11
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------
R :love: M

APPLY

  • 25 fevral 2012 16:32
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ...................

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

mirsaab

  • 25 fevral 2012 15:05
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
tesekkurler maraqli idi

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

YaLnIZ_KuRT

  • 25 fevral 2012 14:56
  • Məqalə: 4
  • Şərh: 53
  • Bal:
{awards}
MARAQLIDI TESEKKKURR

kapitan cek

  • 25 fevral 2012 14:16
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
cox maraqlidir tewekurler

--------------------



imza-MANCESTER YUNAYTED
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 57
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 330
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}