Niyə dinmirsən?

 
Niyə dinmirsən?

Niyə dinmirsən?

Aramızı duman , boran, qar alıb,
Həsrətindən daha səbrim qaralıb,
... Sevən qəlbim heyva kimi saralıb,
Məni unudanım, niyə dinmirsən ?

Sevən ürəyimin sənsən əlacı,
Eyləmə sən məni vüsal möhtacı,
Coşan ilhamımın, sevgimin tacı,
Ay dərdə dərmanım, niyə dinmirsən ?

Sənsizlik başımda çiskin, dumandı,
Ayrılıq odunun özü yamandı,
Səsinə həsrətəm xeyli zamandı,
Susan tar-kamanım, niyə dinmirsən ?

Mən bu sevgidən çətin doyaram,
Sağalsa səninlə sağalar yaram,
Gözlərim yoldadır ay ürək param,
Sən idin loğmanım niyə dinmirsən ?

Günahım yoxsa da sənin yanında,
Dara çəkmə məni eşqin yolunda,
Ömrümün, günümün dar məqamında,
Sən idin gümanım niyə dinmirsən ?

Bir neçə ürəyə yol tapmaq çətin,
Olmuşdun yenə də ol məhəbbətin
Varsa etibarın, mənə hörmətin,
Canı yanmayanım, niyə dinmirsən ?

Çox da yubanma, gəl məhəbbət gətir,
Yada sal əhdini sədaqət gətir,
Yenə ürəyimə hərarət gətir,
Gülüm, gülüstanım, niyə dinmirsən ?

Sönməz məhəbbətim eşqinlə yazdır,
Şəninə nə desəm yenə də azdır,
Səndən umacağım vüsaldı, nazdır,
A Payanı unudan, niyə dinmirsən ?
A nazlı ceyranım, niyə dinmirsən ?


ŞİRVAN PAYAN


Geri dön

Nikoyl

  • 25 fevral 2012 15:36
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
qeweng seirdi

--------------------

enigmatic_girl

  • 25 fevral 2012 14:51
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Beyendiyinize sevindim.. winked

--------------------

★Miss Love★

  • 25 fevral 2012 13:12
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
qeweng weir idi cox sagol smile

nar_18

  • 25 fevral 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
qeshen sheirdi teshekkur edirem ...

bezen danishmaqdansa ele susmaq daha yaxshidi cunki bezen dediyin tek bir sozle butun heyatini mehv ede bilersen ..........

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

J ♥ S

  • 25 fevral 2012 10:21
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Mən bu sevgidən çətin doyaram,
Sağalsa səninlə sağalar yaram,
Gözlərim yoldadır ay ürək param,
Sən idin loğmanım niyə dinmirsən ?
hamsi superdiyeeeeeeeeeeeeeee..... recourse winked

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 91
Cəmi: 129

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 415
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 159
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 355
 
Poine♔
Xəbərləri: 36
Cəmi: 76
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 105
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 9
Cəmi: 820
 
 
{slinks}