Günün qoroskopu (25.02.2012)

 
Günün qoroskopu (25.02.2012)

Gün hamının ürəyincə deyil. Baş verən hadisələrin səbəbi, əslində, göründüyü kimi aydın və sadə deyil.

Heç də hamı əsl həqiqəti üzə çıxarmağa cəhd göstərmir, amma çox nahaq, bu, çox faydalı ola bilərdi. Bu günə təsadüf edən bütün başlanğıclar xüsusi ehtiyatlılıq tələb edir. Səfər planlaşdıranlar həddən artıq diqqətli olmalıdırlar.

Bir-birinə qarşı səmimi olanlar da ümumi dil tapmaqda çətinlik çəkirlər. Bunu yoluna qoymaq asandır, sadəcə, diplomat istedadını üzə çıxarmaq gərəkdir.

Qoç - Görüşlər üçün, romantik əlaqələrin möhkəmləndirilməsi üçün münasib gündür. Sevdiyiniz insanla dialoqa hazırsınız və anlaşılmazlıqları yoluna qoymaq üçün hər şeydən keçərsiniz. Bir çox Qoçlar böyük həvəslə ev işlərilə məşğul olur, məişət problemlərinin həllini öz boyunlarına götürürlər.

Bu gün geyim, aksesuar, ayaqqabı, hətta zinət əşyaları almaq üçün münasibdir. Günün ikinci yarısı ziyafətə dəvət ala bilərsiniz, orada iştirak çox xoşunuza gələcək.

Buğa - Xoş gündür. Əvvəllər başladığınız işləri bitirmək niyyətindəsiniz. Bürcün bir çox nümayəndələri onları çoxdan maraqlandıran suallara cavab tapa biləcəklər. Hətta aldığınız məlumat xoşunuza gəlməsə belə, siz ondan necə istifadə etməyi yaxşı bilirsiniz. Ailə həyatınızda hansısa dəyişikliklər mümkündür: yeniliklərə qərəzsiz yanaşmağa çalışın.

Əmlak alqı-satqısı üzrə sövdələşmələr aparmaq, ev təmirinə başlamaq və yaxud mebel və ev əşyaları almaq məsləhət deyil. Təhsilə, istirahətin təşkilinə, sağlamlığınıza isə pul xərcləməyə dəyər.

Əkizlər - Həddən artıq təzadlı və mürəkkəb gündür. Siz hər dəqiqə nəyisə qarışıq salır, insanları düzgün başa düşmür, nəyisə unudursunuz. Nəticədə ciddi bir problemin həllinə vaxt ayırmalı olduğunuz halda, xeyli xırda anlaşılmazlıq diqqətinizi yayındırır. Tərəfdaşlarınızla münasibətləriniz də ürəkaçan deyil: onlar gah sizə yardım əli uzadır, gah da bu fikirlərindən daşınırlar.

Romantik münasibətləriniz dumanlıdır. Günün çox hissəsini partnyorunuzun özünü başqa cür aparacağı halda münasibətlərin necə də yaxşı olacağını düşünməklə keçirirsiniz. Amma öz səhvlərinizi görmək istəmirsiniz.

Xərçəng - Özünüzü şahzadə kimi hiss edə bilərsiniz. Hansısa işin qulpundan yapışmaq istəyəndə həmən ətrafınızda sizə kömək etməyə hazır olan insanları görürsünüz. Sizə yalnız göstəriş vermək qalır.

Çox gözəl ideyalarınız olacaq, bunları gecikdirmədən reallaşdırmaq mümkündür. Bu gün hazırcavabsınız, beyniniz əla işləyir, istənilən problemin öhdəsindən asanlıqla gəlirsiniz. Maliyyə vəziyyətiniz ürəkaçandır. Pul ala, sərfəli sövdələşmələr əldə edə bilərsiniz. Kasıblamaqdan qorxmadan xeyli pul xərcləyə bilərsiniz. Ailə bayramlarının təşkili ilə bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib gündür.

Şir - Həddən artıq uğurlu gündür. Onun birinci yarısında çoxdankı bir arzunuz gerçəkləşərək sizi çox sevindirəcək. Bu isə hələ başlanğıcdır. Maraqlı görüşlər mümkündür. Darıxdığınız insanlar da sizi yada salacaqlar. Qeyri-adi əyləncələrdə iştirak etməkdən çəkinməyin: müsbət emosiyalarınız aşıb-daşacaq.

Aşiq Şirlərin də sevinmək imkanları olacaq. Onlar öz yarları ilə münasibətlərinin ahəngdarlığından həzz alacaqlar. Ailənin yaşlı üzvləri ilə mübahisə yaranmır, uşaqlarla da əla dil tapırsınız.

Qız - Həyatınızın bütün sahələrində sabitləşmə gedir. Özünüzü daha sakit və inamlı hiss edirsiniz. Ağlınıza maraqlı ideyalar gəlir, gözlənilmədən iş problemlərini necə asan və səmərəli həll etməyin yolunu tapacaqsınız. Bir çox Qızlar isə öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq barədə düşünəcək və düzgün qərarlar qəbul edəcəklər.

Səyahət, ekskursiya, romantik görüşlər məsləhətdir. Yaxınlarınızla ünsiyyət əhvalınızı yüksəldəcək, həmçinin çoxları bu yaxınlarda yaranmış fikir ayrılığını yada salmaq istəməyərək heç onları üzə vurmayacaqlar. Axşam teatra, yaxud konsertə getmək pis olmaz.

Tərəzi - Sakit gündür, hadisələr azdır, gün rahat keçir. Dəişikliklərin yaxılaşdığını hiss edir və anlayırsınız ki, onlara hazırsınız. Bu, sizdə nikbinlik yaradır. Ailə üzvlərinizlə fikir ayrılıqları mümkündür, amma siz hər şeyi zarafata çevirərək ciddi munaqişədən qaça bilərsiniz. Öz şəxsi biznesini yaratmaq istəyən Tərəzilərin qarşısında maraqlı perspektivlər açılır.

Alış-veriş üçünsə elə də məsləhətli gün deyil: sizə lazım olmayan əşyalara pul verməyə meyllisiniz. Aşiq Tərəzilər öz sevgililərindən çox xoş sözlər eşidəcəklər.

Əqrəb - Bu gün ulduzlar sizi hər bir işinizdə dəstəkləyirlər. Odur ki, məhz vacib hesab etdiyiniz işlə məşğul olmağa çalışın. Rutin və cari işləri sonraya saxlayın - bu gün onlar sizi əsas məqsəddən ayıra bilər. İstənilən görüş üçün münasib gündür: insanlarla dil tapmaqda və onları öz tərəfinizə çəkməkdə tayınız-bərabəriniz yoxdur.

Romantik münasibətlərinizdə də ciddi və yaxşılığa doğru dəyişikliklər gözləyə bilərsiniz. Son vaxtlar sizi narahat edən məsələlər vardısa, bu gün onları müzakirə edə bilərsiniz.

Oxatan - Pozitiv tendensiyalar tədricən sürət yığır və əgər özünüzü səhər-səhər o qədər də yaxşı hiss etməsəniz, günortaya doğru hər şey düzələcək: əhvalınız da yüksələcək, çoxdan gözlədiyiniz dəyişikliklər də baş verəcək. Bu gün ziyafətlərə qatılan Oxatanlar diqqətlə əhatə olunacaqlar: qarşı cinsin nümayəndələri sizin məlahətinizə qarşı biganə qalmayacaqlar.

Ancaq kim gəldi onunla münasibət qurmaq olmaz! Əgər bu gün «düzgün» insanı seçsəniz, onuna münasibətləriniz ahəngdar və asan inkişaf edəcək, şəxsi həyatınız daha dolğun olacaq. Amma əksinə, səhv etsəniz, ilk təəssüratlarınıza və ya şübhəli bir məsləhətə güvənsəniz, uzun müddət xoşagəlməz hadisələrin çəngindən qurtara bilməyəcəksiniz.

Oğlaq - Bu gün heç gözləmədiyiniz bir vaxtda xoş sürprizlə qarşılaşacaqsınız. Ancaq bu gözlənilməzlik sizi çaşdırmayacaq və qorxutmayacaq - həmən fəaliyyətə keçəcəksiniz və çətin ki, sizi kimsə saxlaya bilsin. İstənilən yeni başlanğıc üçün əla gündür. Amma siz daha çox yaradıcı münasibət tələb edən işlərin öhdəsindən daha rahat gəlirsiniz.

Sevdiklərinizi sevindirməyə çalışırsınız və bu sizdə alınır. Romantik Oğlaqlar öz sevgililərinə unudulmaz sürpriz edə biləcəklər. Tənhaların həyatında da xoş dəyişikliklər mümkündür.

Dolça - Sizi son vaxtlar narahat edən bir çox suallara bu gün cavab tapa biləcəksiniz. Üstəlik, bu cavablar məhz sizin istədiyiniz kimi olacaq. Deməli, nəhayət ki, sakitləşib bir qədər axınla «üzmək» olar. Pul ala bilərsiniz. Uğurlu alış-veriş də mümkündür.

Enerjiniz çoxdur, əhvalınız yaxşıdır, səhhətiniz də qaydasında. Özünüzü hər yerdə arzuolunan qonaq kimi hiss edəcəksiniz. Yeni tanışlıqlar qurmaq da asan olacaq - istəyinizə bağlıdır.

Balıqlar - İldırım sürətilə öhdəsindən gəlməyi planlaşdırdığınız məsələ gözlənilmədən çətinə düşür. Çox güman ki, işi sona çatdırmaq üçün kimisə köməyə çağırmalı olacaqsınız. Əgər bu günə səfər planlaşdırmısınızsa, onun yorucu və gərgin olacağına əvvəlcədən hazır olun.

Ailədə münasibətlər qeyri-sabitdir, münaqişələr və mübahisələr çoxalır, siz isə bu dəyişikliklərin hansı səbəbdən baş verdiyini anlamaqda çətinlik çəkirsiniz. Bürcün bəzi nümayəndələri günü heç xoşlamadıqları insanın yanında keçirməyə məcbur olacaqlar.


Geri dön

narmin_99

  • 25 fevral 2012 22:05
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
Xərçəng - Özünüzü şahzadə kimi hiss edə bilərsiniz. Hansısa işin qulpundan yapışmaq istəyəndə həmən ətrafınızda sizə kömək etməyə hazır olan insanları görürsünüz. Sizə yalnız göstəriş vermək qalır.

Çox gözəl ideyalarınız olacaq, bunları gecikdirmədən reallaşdırmaq mümkündür. Bu gün hazırcavabsınız, beyniniz əla işləyir, istənilən problemin öhdəsindən asanlıqla gəlirsiniz. Maliyyə vəziyyətiniz ürəkaçandır. Pul ala, sərfəli sövdələşmələr əldə edə bilərsiniz. Kasıblamaqdan qorxmadan xeyli pul xərcləyə bilərsiniz. Ailə bayramlarının təşkili ilə bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib gündür.

Mehri_94

  • 25 fevral 2012 17:33
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
Oğlaq - Bu gün heç gözləmədiyiniz bir vaxtda xoş sürprizlə qarşılaşacaqsınız. Ancaq bu gözlənilməzlik sizi çaşdırmayacaq və qorxutmayacaq - həmən fəaliyyətə keçəcəksiniz və çətin ki, sizi kimsə saxlaya bilsin. İstənilən yeni başlanğıc üçün əla gündür. Amma siz daha çox yaradıcı münasibət tələb edən işlərin öhdəsindən daha rahat gəlirsiniz.

--------------------
R :love: M

enigmatic_girl

  • 25 fevral 2012 15:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Əkizlər - Həddən artıq təzadlı və mürəkkəb gündür. Siz hər dəqiqə nəyisə qarışıq salır, insanları düzgün başa düşmür, nəyisə unudursunuz. Nəticədə ciddi bir problemin həllinə vaxt ayırmalı olduğunuz halda, xeyli xırda anlaşılmazlıq diqqətinizi yayındırır. Tərəfdaşlarınızla münasibətləriniz də ürəkaçan deyil: onlar gah sizə yardım əli uzadır, gah da bu fikirlərindən daşınırlar.

Romantik münasibətləriniz dumanlıdır. Günün çox hissəsini partnyorunuzun özünü başqa cür aparacağı halda münasibətlərin necə də yaxşı olacağını düşünməklə keçirirsiniz. Amma öz səhvlərinizi görmək istəmirsiniz.

--------------------

Nikoyl

  • 25 fevral 2012 14:59
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
ela maraqlidir....

--------------------

sun_shine98

  • 25 fevral 2012 14:57
  • Məqalə: 0
  • Şərh: 409
  • Bal:
{awards}
teshekkkurler...

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

kis masali

  • 25 fevral 2012 14:36
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
aha yaxwi yazilib gorek nece olcaq

--------------------
<3

YaLnIz_OgLaN

  • 25 fevral 2012 13:25
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
inwallah ele orda yazilan kimi olar

angel gunay

  • 25 fevral 2012 13:19
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Şir - Həddən artıq uğurlu gündür. Onun birinci yarısında çoxdankı bir arzunuz gerçəkləşərək sizi çox sevindirəcək. Bu isə hələ başlanğıcdır. Maraqlı görüşlər mümkündür. Darıxdığınız insanlar da sizi yada salacaqlar. Qeyri-adi əyləncələrdə iştirak etməkdən çəkinməyin: müsbət emosiyalarınız aşıb-daşacaq.

Aşiq Şirlərin də sevinmək imkanları olacaq. Onlar öz yarları ilə münasibətlərinin ahəngdarlığından həzz alacaqlar. Ailənin yaşlı üzvləri ilə mübahisə yaranmır, uşaqlarla da əla dil tapırsınız.

YESS COOOK GUZEL BIR GUN OLUCAQ INSALLAH love

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

★Miss Love★

  • 25 fevral 2012 12:56
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
eqrebem cox уaxwi уazilib inwallah уazildigi kimide olar

barbie_2

  • 25 fevral 2012 12:00
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
{awards}
hmmmmmmmm twkkkkkkkk amma niye bele

--------------------
aysel

nar_18

  • 25 fevral 2012 11:44
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur qiz burcu ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

DEMET_AKALIN

  • 25 fevral 2012 11:30
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
sukur____qoc

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

C.I

  • 25 fevral 2012 10:37
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Əqrəb - Bu gün ulduzlar sizi hər bir işinizdə dəstəkləyirlər. Odur ki, məhz vacib hesab etdiyiniz işlə məşğul olmağa çalışın. Rutin və cari işləri sonraya saxlayın - bu gün onlar sizi əsas məqsəddən ayıra bilər. İstənilən görüş üçün münasib gündür: insanlarla dil tapmaqda və onları öz tərəfinizə çəkməkdə tayınız-bərabəriniz yoxdur.

Romantik münasibətlərinizdə də ciddi və yaxşılığa doğru dəyişikliklər gözləyə bilərsiniz. Son vaxtlar sizi narahat edən məsələlər vardısa, bu gün onları müzakirə edə bilərsiniz.

--------------------

ay seven ulduz

  • 25 fevral 2012 10:36
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
Buğa - Xoş gündür. Əvvəllər başladığınız işləri bitirmək niyyətindəsiniz. Bürcün bir çox nümayəndələri onları çoxdan maraqlandıran suallara cavab tapa biləcəklər. Hətta aldığınız məlumat xoşunuza gəlməsə belə, siz ondan necə istifadə etməyi yaxşı bilirsiniz. Ailə həyatınızda hansısa dəyişikliklər mümkündür: yeniliklərə qərəzsiz yanaşmağa çalışın.

J ♥ S

  • 25 fevral 2012 10:28
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
eeee. bu gunumde yumurtaya donduyeee... ay ALLAHIM komek et! tewekkurler her gun bu burcleri gozlemekden olduuuuuuuuuummmmm ama hele hecde yaxwi weyler yazilmire recourse

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 51
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}