Ananın səssizliyi

 
Ananın səssizliyi


Axşam anamla atam televizora baxırdılar. Anam “Artıq gecdir, mən yatmağa gedirəm,” — dedi. Qalxdı, mətbəxə getdi. Meyvə boşqablarını yudu. Sabaha hazır olsun deyə, çaydanı doldurdu, dəmliyə çay atdı. Şəkər qabına baxdı. Dibində az qalmışdı, doldurdu. Səhər yemək üçün soyuducundan çörək çıxardı. Axşama buzu açılsın deyə, əti buz yerindən aşağı qoydu. Stolun üstündəkiləri yığışdırdı. Telefon dəftərini örtüb, yerinə qoydu.

Sonra paltaryuyan maşından yaş paltarları çıxarıb asdı. Maşını yenidən doldurdu. Hamamdakı zibil qabını boşaltdı. Yaş dəsmalı qurumaq üçün asdı. Bir köynək ütülədi, qopmuş düyməsini tikdi. Gülləri suladı. Sonra yataq otağına üz tutdu. İş stolunun yanından keçərkən dayandı. Əyilib stolun altına düşmüş dərs kitabını götürdü, stolun üstünə qoydu. Resept dəftərini çıxartdı. Rəfiqəsinə söz verdiyi keks reseptini bir kağıza yazıb, çantasına qoydu. Dükandan alacağı ərzaqların siyahısını tutdu. Sonra o siyahını da çantasına qoydu.

Sonra gedib üzünü yudu, dişlərini fırçaladı. Qapıları, pəncərələri yoxladı. Dəhlizdəki işığı yandırdı. Qardaşımın otağına getdi. Qardaşım yatmışdı. İşığını söndürdü, köynəyini asdı, yerdəki kirli corablarını toplayıb, səbətə atdı. Mənim yanıma gəldi. “Artıq yat, sabah işləyərsən,” — dedi. Öz otağına getdi, saatı qurdu, ertəsi gün geyəcəyi paltarları hazırladı… Bu vaxt atam televizoru söndürdü. Eləcə, “Mən yatıram”, deyib gedib yatdı.


P.S. Analarımızın qiymətini bilək...


Geri dön

nar_18

  • 25 fevral 2012 19:45
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
dogurdanda eledir hamimiz analarimiz qedrini bilek ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

PINK_ROSE

  • 25 fevral 2012 19:26
  • Məqalə: 0
  • Şərh: 247
  • Bal:
{awards}
menim anam birdenedi onsuzda onun qedrin bilirem.bilecem..bilmeydeyem

--------------------
^^^KASIB BEBEYININ ICEMEDIYI SUDU ..VARLININ ITI ICIRSE..MENE ADALETDEN BEHS ETMEYIN^^<<<<PINK_ROSE>>>>

enigmatic_girl

  • 25 fevral 2012 19:11
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Burda analarimizin gundelik isleri yazilmisdi..... maraqli geldi..tesekkurler...smile

--------------------

✿Victoria✿

  • 25 fevral 2012 18:55
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER HAMI ANANSININ QEDRINI BILMELIDIR BU HAMININ MUQEDDES BORCUDUR

--------------------

★Miss Love★

  • 25 fevral 2012 18:37
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
menim anamda eуnen her gun bunlari edir,cox maraqli xeber idi ,dogurdanda analarin qiуmeтini bilmek lazimdir!

Shokoladka

  • 25 fevral 2012 18:29
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Maraqli idi tsk...

--------------------


Mehri_94

  • 25 fevral 2012 17:55
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
cennet analarin ayaqlari altindadi.gelin dostlar analarimizin qedrini bilek .onlari kederlendirmeyek analarda atalarda bizim basimizin taclaridi. tesekkurler canim.

--------------------
R :love: M

_GISELLA_

  • 25 fevral 2012 17:55
  • Məqalə: 17
  • Şərh: 335
  • Bal:
{awards}
hmm.....tewekkurler... smile

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 59
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 238
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 78
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 282
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}