Duzun zərərləri

 
Duzun zərərləri

Duz bədən funksiyaları üçün zəruri olsa da, zərəri də az deyil. Çox duz qan təzyiqini yüksəldir. Yüksək qan təzyiqi isə ürəyi böyüdür, infarkt, ürək çatmazlığı və iflic riskini artırır, böyrək funksiyalarını pozur, görmə itkisinə səbəb olur. Bu zərərli təsirlər qan təzyiqi yüksəldikcə artar.

Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, ifliclərin 62 faizindən artığı və tac ürək xəstəliklərinin 49 faizindən çoxu yüksək qan təzyiqi məsuldur. Yüksək qan təzyiqi ən çox ölüm səbəbidir və əsrin epidemiyası olaraq qəbul edilməkdədir. Çox duz qan təzyiqi normal olanlarda da ürək damar sağlamlığına zərərlidir. İflic riskində və ürək böyüməsində artıma səbəb olur, böyrək xəstəliyini pisləşdirir, ölüm riskini artırır. Ayrıca böyrək daşı və osteoporoz riskini artırdığına, piylənməyə gətirib çıxardığına, mədə xərçənginin majör səbəbi olduğuna və astmanın şiddətini artırdığına dair də gedərək artan dəlilləri mövcuddur.

Pəhrizdə duzun azaldılması yalnız qan təzyiqini salmaz, eyni zamanda yeni meydana gələ biləcək tac ürək xəstəliyi, miokard enfarktı və iflic riskini azaldar. Hipertəzyiq mədə xərçəngi, böyrək xəstəliyi riski azalar, sümüklər qorunar. Sağlamlıq xərclərində milyonlarla dollara qənaət edilər. Bu an bütün ölkələr duz istehlakını azaltmağa çalışır.

Pəhrizdə duzu məhdudlaşdırarkən bütün qaynaqlardan gələn duzun azaldılması lazımdır. Xüsusilə qidaların işlənməsi əsnasında istifadə edilən duzun azaldılması əsasdır. Çünki sənayeləşmiş ölkələrdə istehlak edilən duzun 75-80 faizi icra olunmuş, qablı, hazır olaraq satılan qidalardan alınır. Bişirərkən və ya yeyərkən əlavə edilən duz yalnız 10 faizdir. Qalanı qidalarda təbii olaraq tapılandır. Asiya və Afrika ölkələrində isə duzun əsl qaynağı bişirmə əsnasında əlavə edilən və ya souslar və ədviyyatlarda olan duzdur.

Dünya Sağlamlıq Təşkilatı xroniki xəstəlikləri önləmək üçün yetkinlərin gündə 5 qramdan az duz (2 qram natrium /gün ) istifadə etmələrini təklif edir.

Bəzi ölkələr pəhrizlərdəki duz hədəflərini təyin etmiş, bu istiqamətdə müəyyən bir yolu qət etmiş vəziyyətdədir. İngiltərə həyata keçirdiyi siyasət ilə də hazır qidalardakı duz nisbətini 9,5 faiz azaltmağı bacardı. Fransızlar da uzun zaman ərzində məhsuldakı duz miqdarını azaltdılar və gündəlik duz istehlaklarını 8 qramın altına salmağa çalışırlar. ABŞ-da hədəf duz miqdarı gündə 6 qram təşkil edir. Ancaq hipertəzyiqi olanlar, 40 yaş və üstündəkilər və də qara irq üçün təklif edilən miqdar gündə 3 qram. 2009-cu ildə başlatdıqları milli plan çərçivəsində hədəfləri duz istehlakını 5 ildə 20 faiz azaltmaqdır. Avropa Birliyindəki 11 ölkə də duz istehlakını 4 ildə 16 faiz azaltmağa qərar verdi.

Avropa Kardioloji və Hipertəzyiz Dərnəyi 2010-cu il yanvar ayında Avropa daxilində cəmiyyətlərin duz istehlakını azaltmağa istiqamətli tədbirlərə təcili olaraq ehtiyac olduğunu, hazır qidalardakı duz miqdarının azaldılması üçün qanun və qaydaların çıxarılması gərəyini və duz istehlakını gündə 5 qram ( 1 çay qaşığı) endirmənin uyğun olacağını bildirdi.

Amma duzu birdən-birə kəsmək çox çətindir. Tədricən azaldılsa, bir neçə həftə içində dad duyğusu buna alışar. Hər kəsin pəhrizindəki duzu mümkün olduqca azaltması həm özünə, həm ölkəsinə qarşı olan məsuliyyətidir.


Geri dön

Shokoladka

  • 29 fevral 2012 14:40
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Bunlari bilmirdim tsk...

--------------------


...BARSA FANATI....

  • 26 fevral 2012 12:23
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore tewekkurler...

✿Victoria✿

  • 26 fevral 2012 08:15
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
SERHLERINIZ UCUN TESEKKURLER

--------------------

B_A_H_A_R

  • 25 fevral 2012 23:30
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
COXLU OLMAZ DEE ONA GORE COX YEYENDE ZERERI DE COX OLACAQ

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Casper

  • 25 fevral 2012 20:19
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
men cox duz yeyirem,ama bilirem ki zererlidi

twk,xebere gore

--------------------
Only GODcan judge me!!!

★Miss Love★

  • 25 fevral 2012 20:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
men duzu cox уeуirem ve zererinide gorurem,mualice eleтdirirem boуreklerimi recourse

enigmatic_girl

  • 25 fevral 2012 19:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
duz hec yeyirem ki....tesekkurler..bundan sonra da yemeyecem.... winked

--------------------

R.M_FaNaTka

  • 25 fevral 2012 19:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xeberdi cox tewekkurler

--------------------

J ♥ S

  • 25 fevral 2012 19:33
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
cox duz yesen elbette zererini gorersen! xebere gore tewekkur...

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}