Bakıda zeytun emalı fabriki yaradılacaq

 
Bakıda zeytun emalı fabriki yaradılacaq

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Zirə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müxtəlif istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bunlar kiçik və ya orta həcmli istixanaların, zeytunçuluq təsərrüfatlarının və zeytun emalı fabrikinin yaradılması, eləcə də kiçik və ya orta həcmli müasir çörək istehsalı müəssisəsinin yaradılmasıdır.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Geri dön

Dalga

  • 26 fevral 2012 20:19
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Cox gozel .Xeyirli olsun

--------------------

enigmatic_girl

  • 26 fevral 2012 18:47
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Yaxsi olar...ama zeytun xoslamiram....

--------------------

Shokoladka

  • 26 fevral 2012 14:58
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Lap yaxshi zeytunu choooox xoshlayiram ona gorede bu xebere sevindim :)

--------------------


s_a_b_r_i_n_a

  • 26 fevral 2012 14:33
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
hee lap yaxwi.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 56
Cəmi: 79

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}