28 Sual-Cavab: Sual 24

 
28 Sual-Cavab: Sual 24

SUAL 24: Bismillahir-rəhmanir-rəhim. Möhtərəm fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam!

Gənclərin zahiri dünya həyatı ilə çiyin-çiyinə sirli bir daxili aləmləri də vardır. Bu daxili aləm diqqətdən kənarda qalıb, unudulasa da, insan həqiqi əqidə və düşüncələrə, gözəl əxlaqa və əməllərə bağlanaraq ruhani aləmini hərəkətə gətirib, öz səadətini tə᾽min edə bilər. Təəssüf ki, əgər cavanlar əxlaqsız və ləyaqətsiz əməllərə həvəs göstərməklə bədbəxtçiliyə düçar olmuşlar. Belələrinin doğru yola yönəldilməsi, onların zatı həqiqətlərinin dirçəlməsi, ruhaniyyət aləminə qayıtmasını gərəkli bilirəm. Əgər onlar bütün mə᾽nəvi kamillikləri heyvani qüvvələrin razılığına qurban versələr, nəfsani istəklərinə əsir olub, qızmış bir yırtıcıya dönsələr, şəksiz ki, bədbəxtlik çölündə sərgərdan qalacaqlar. Əgər çox az sayda insanlar özlərini kamilləşdirmək üçün çalışarsa və ibtidai məktəblərdə qızlar və oğlanlar həlakət vadisində vurnuxarlarsa, həqiqət yolundan sapanların aqibəti sözsüz ki, cəhənnəm olacaqdır.
Biz, gənclər arasındakı belə fitnə-fəsadların çoxundan xəbərsiz qalırıq və bu azğınlıqlar sadəcə ədliyyə sənədlərində arxivləşdirilir.

Cinsi azğınlığı qızışdıran amil açıq-aşkar mə᾽nəviyyatsızlıqdır. Biz yalnız özümüzə diqqət yetiririk və dini baxışlarımız öz dairəmizdən çıxmır. Hər hansı bir ölkədə mə᾽nəviyyat tənəzzülə uğradıqca cəmiyyətdə ictimai pozğunluq, ən başlıcası isə cinsi azğınlıq çoxalır. Belə bir mühitdə haqq və iman yolunu sevən, azğınlıqlardan narahat olan gənclər pis tə᾽sir altına düşür, özlərini itirirlər. Belə gənclər düzgün yolu seçməkdə məsləhət üçün heç bir kəsə, hətta ata-analarına belə e᾽timad göstərmirlər.

Mən illər uzunu məktəblərdə azğınlıqları, 16-17 yaşdan aşağı oğlan və qızların telefon əlaqələrini, get-gəllərini müşahidə etdikdən sonra bu qənaətə gəldim ki, gənclər nə qədər ağıllı və düşüncəli olsalar da, iman və əxlaq yoxsulluğu onları tez-gec yırtıcı pozğunluqların pəncəsinə verəcək. Zənnimcə əsas səbəbkar ata-analarıdır. Pozğunçluqlarla mübarizənin zəruriliyini düşünürəm və sizdən kömək istəyirəm. Bu mövzuda kitab göndərməklə də olsa, mənə əl tutun.
Allahın və sizin köməyinizlə, gənclər arasında vərəqələr yaymaq yolu ilə müvəffəqiyyət qazanmaq olarmı? Onların düşüncələrinin islahı üçün hansı mə᾽lumatları vermək lazımdır? Onu da qeyd edim ki, mənim bu sahədə heç bir vəzifə və məs᾽uliyyətim yoxdur. Məni kiçik bir şəxs kimi qəbul edib, məktubuma cavab verin. Bu məktubu əhəmiyyətsiz saymaq imam Zamanın (ə.c) cəmiyyətini və Qur᾽anı əhəmiyyətsiz saymaqdır.
Sizin məhəbbət dolu cavabınızın intizarındayam. Bir xahişim də budur ki, feyzlə dolu ramazan ayına yaxınlaşdığımız üçün cavabı tez göndərəsiniz.
Hədisdə buyurulur: «Allah evini yeddi dövrə təvaf edən şəxsə Allah-taala altı min yaxşılıq yazar, onun altı min günahını silər, onun üçün altı min dərəcə ucaldar və onun altı min istəyini yerinə yetirər. Lakin mö᾽minin istəyini yerinə yetirmək on dəfə təvafdan üstündür»
(Hilyətül-müttəqin).

İnşaəllah, hər zaman həzrət Mehdinin (ə.c) lütf və inayətindən faydalanasınız.

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Sizin geniş və dəyərli, cəmiyyət və islam övladları üçün ürəyiyanan məktubunuz çatdı.
Cavabın gecikməsi işin çoxluğu, yazılı və şifahi məsələlərdə kitablara müraciət etmək zərurətindən oldu. Öz dediyiniz kimi məktub yazanın bir təşkilat və ya adi bir şəxs olması əhəmiyyət daşımır. Cavablarda ən çox vəzifənin icrası, islam maarifinin yayılması, cəmiyyətin və xüsusi ilə də gənc nəslin agahlığının yüksəlməsinə diqqət yetirilmişdir.

Gənclərin problemləri həmişə tərbiyəçilərin, müəllimlərin, xüsusilə də peyğəmbərlərin və islam məktəbinin diqqət mərkəzində olmuşdur. İslahatçılar, qurucular, iqtisadi proqnozlar, iman və əqidə təbliğatları gənclərin üzərində mərkəzləşmişdir. İstər millətlərin süqutuna, istərsə də səadətinə çalışanlar bu təbəqəyə kapital qoyurlar.

Gəncliyin ruhiyyəsi müsbət və ya mənfi istiqamətdə fəaliyyət və fədakarlığa hazırdır. Gənclərə həsr olunmuş, onların istəklərinin ilahi əsaslarla tə᾽mini mövzusunda kitab və risalələrə ehtiyac çoxdur.

Əsrimizdə informasiya və nəşriyyat, canlı və cansız təbliğat vasitələrinin qloballaşması səbəbindən bir gəncin sağlam mə᾽nəviyyatda qalması üçün xeyli zəhmətlər tələb olunur. Siyasət, iqtisad, mədəniyyət adı altında qeyri-insani təbliğatlar baş alıb gedir. Jurnal və qəzetlər, radio və televiziya yayımları bəşəriyyəti ardınca sürükləyən mühüm amillərdəndir. Bu vasitələr şəhərliyə-kəndiliyə, qocaya-cavana baxmadan hamını və hər yeri əhatə edir. Mavi ekrandakı jest və mimikalar, geyimlər dünyanın ən ucqar nöqtəsindəki oğlan və qızları öz tə᾽siri altında saxlayır. Sözsüz ki, saf müsəlman bir gəncin formalaşmasında ailə, məktəb, cəmiyyətin əhəmiyyətli tə᾽sirləri vardır. Necə ki, Qur᾽anda buyurulur:
«Təmiz bir yurdun bitkiləri Allahın izni ilə bitər. Pis bir yurdun bitkiləri isə yalnız çətinliklə göyərər»
(Ə᾽raf-58).


Nə vaxtsa hər hansı gəncin mühiti bir şəhər və ya bir kənd mühitində məhdudlaşırdı. Bu günki tərbiyə mühiti isə bütün dünyadır. Dünyadakı qarışıqlıqlar və əxlaqsızlıq təbliğatı uyğun mühiti dözülməz edirsə də, çarə yoxdur deyə, oturmaq olmaz. Bu problemlər qarşısında tərbiyə üsulları da çoxdur. Həmçinin müasir dünyamızda gəncliyin şüurunun inkişafı müsbət təbliğatın gerçəkləşməsi üçün şərait yaradır. Gənclər üzərində əhatəli və kamil formada təbliğat lazımdır. Onların problemləri araşdırılmalı cəmiyyətin, məktəbin məs᾽ulları və valideynlər əl-ələ verib, bu problemləri həll etməlidirlər.
Yada saldığınız cinsi problemlərin həlli üçün müqəddəs islam dini evlənmənin əhəmiyyətini tə᾽kidlə vurğulayır. Hədisdə buyurulur: «Ailə həyatı quran şəxs öz dininin yarısını hifz etmişdir» (Kafi, 5-ci cild). Bir nəfərin ailə qurması üçün atılan addım gecələri namaz, gündüzləri orucla keçmiş bir ilin ibadətinin savabı ilə dəyərləndirilir. Bununla islam imkan həddində gənclərin mə᾽nəviyyatını hifz edir.

İslam fəsad törədən müsabiqələri, oyunları, filmləri, kitabları, qəzet və jurnalları, haram musiqi və qumarı, əxlaqsız insanlarla ünsiyyəti qadağan etməklə faydalı düşüncə və təhsil üçün şərait hazırlayır.
Bizim əqidəmizcə, islam bütün problemlərin həlli yolunu bəyan etmişdir və mövcud azğınlıqlar islama arxa çevrilməsindən doğur. İslami cəmiyyət gənclərin səadəti üçün imkan daxilində şərait yaradan bir cəmiyyətdir.

Cəmiyyətə və xüsusi ilə də təbliğat vasitələrinə rəhbərlik edənlər səhlənkarlığa yol verməməli və bu səhlənkarlığı islama, vətənə, millətə xəyanət bilməlidirlər.
İnformasiya vasitələrinin öhdəlikləri çox ağırdır. Haqqın və ədalətin, mə᾽nəviyyat və düzgünlüyün təbliği başlıca vəzifə olmalıdır. Gəncləri söhbətlər, əxlaqi yığıncaqlar, təfsir və dua məclisləri vasitəsi ilə doğru yolda saxlamaq lazımdır.
Allaha şükr olsun ki, şiə maarifində, islam mədəniyyətində gənclərə və yeniyetmələrə ünvanlanmış nəsihətlər təsəvvür olunduğundan da çoxdur – ayələr, hədislər, dualar, kitablar, məqalə və şe᾽rlər bu qəbildəndir. Gəncləri bu varlı mədəniyyətə yönəltmək, onları əməllərinin hesabatına məşğul olmağa çağırmaq lazımdır.

Nəhayət, əziz on doqquz yaşlı gənc! Şükürlər olsun ki, bütün bu biliklərə maliksən. Mən sizi təbrik edir və sizin kimilərin çoxluğunu Allahdan diləyirəm!
Siz gənclər islamın gələcəyisiniz. İslamın əzəmət və şövkəti sizdən asılıdır. Hamının sizdən intizarı var – İslamın, Qur᾽anın, həzrət Bəqiyyətullahın (ə.c)! o həzrətin əksər köməkçiləri siz müsəlman və əhd bağlamış gənclər olacaqsınız.
Əzizlərim! Əgər sizə münasibətdə biz öz vəzifələrimizi lazımınca yerinə yetirə bilmiriksə, özünüz hərəkət edin. Allah sizə yar olsun! «De ki, işinizdə olun, onsuz da elədiklərinizi Allah, Onun rəsulu və mö᾽minlər görəcəklər»
(Tövbə-105).


Geri dön

nar_18

  • 26 fevral 2012 16:08
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
deyerli xebere gore teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

J ♥ S

  • 26 fevral 2012 14:55
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
İnşaəllah, hər zaman həzrət Mehdinin (ə.c) lütf və inayətindən faydalanasınız. tewekkurler... ALLAH RAZI OLSUN....

--------------------
J & S ∞♥....

Shokoladka

  • 26 fevral 2012 14:51
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler.....

--------------------


s_a_b_r_i_n_a

  • 26 fevral 2012 14:29
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
tewekkurler...ALLAH SENDEN RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 55
Cəmi: 88

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}