Peyğəmbər (s) səhabələrim Muaviyə haqqında dedikləri

 
Peyğəmbər (s) səhabələrim Muaviyə haqqında dedikləri


1. Muaviyənin əmri ilə Muhəmməd ibn Əbi Bəkr öldürüləndən sonra bu xəbər Aişəyə yetişdi. Aişə çox şiddətli bir nalə çəkdi və ondan sonra hər namazın arxasında Muaviyəyə və Əmr ibn Asa nifrin edirdi. (əl-Kamil fit-tarix 38-ci ilin əhvalatları. 3/136)
2. Həsən ibn Əli (ə) Muaviyəyə yazdığı məktubunda ona deyirdi:-“Müsəlmanlar bilirlər ki, sən harada dünyaya gəlmisən” (yəni başqasının yatağnda. Bu maviyənin anasının cahiliyyət dövründə onu zinadan dünyaya gətirdiyinə işarədir) (Təzkirətulxəvass. Sibt ibn Cuzi, əl-babus-samin 183)
3. Ömər ibn Xəttab deyib:- Xilafət Bədr və Uhud müharibəsində cihad edənlərə məxsusdur. Daha sonra islam dinini ilkin qəbul edənlərindır. Nə qədər ki, onlardan bir nəfər dünyada var. Amma peygəmbərin azad etdiyi qulların və onların övladlarının xilafət mənsəbində heç bir haqları yoxdur. Məkkəni fəth edəndən sonra islam dinini qəbul edənlərin də (Əbu Sufyan və Muaviyə kimi) xilafətdə haqları yoxdur.(Usdul-qabə, Muaviyə ibn Səxrin tərcümüyi halı.4/387. əl-İsabə fi təmyizissəhabə 4662-ci tərcümeyi hal 4/65)
4. Səhabə Əbdurrəhman ibn Ğənəm deyir:- “Muaviyə ibn Əbu Sufyanın şurada nə haqqı var? O, peygəmbərin azad etdiklərindəndir. Onlar üçün xilafət caiz deyil. O və atası Əbu Sufyan peygəmbərə qarşı mübarizə aparan dəstə başçılarıdırlar” (əl-İstiab fi mərifətil-əshab 1449-cu tərcümeyi hal 2/850)
5. Cuveyriyyə ibn Əsma deyir:- Mədinə əyanları deyirdilər Muaviyyə öləndə oğlu Yəzidə dedi:- Bir gün gələcək Mədinə əhli sənə qarşı qiyam edəcəklər. Onda Muslim ibn Uqbəni onların üstünə göndər. Mən onun bizə qarşı xeyirxahlığını dərk etmişəm.(Vəfaul-vəfa bi əxbari daril-mustəfa. 15-ci fəsl 1/130-132)
Muslim ibn Uqbə qoşunu ilə Mədinəyə hücum çəkib Hirrə vaqeəsində minlərlə səhabəni öldürüb on mindən yuxarı Mədinə əhlini qılıncdan keçirtdilər. Muslim ibn Uqbənin Mədinə əhlinin namuslarını ordusu üçün üç günlük halal etməsi nəticəsində minlərlə qızın namusuna təcavüz etdilər. Müsəlmanların namusuna edilən təcavüzlərin nəticəsində minlərlə zinadan doğulanlar meydana gəldi. Bütün bunlar Muaviyənin vəsiyyətinin nəticəsi idi. (əl-Ənsabul-əşraf, Hirrə xəbərləri 5/345)
6. Qeys ibn Səd ibn Ubbadəni Muaviyəyə beyət etməyə vadar edəndə O, üzünü Muaviyəyə tutub dedi:- Ey Muaviyə sən cahiliyyət dövründəki bütlərdənsən. Sən məcburuyyətdə qalıb islamı qəbul etdin və öz meylinlə də islamdan çıxdın. (əslində Qeys Muaviyyə demək istəyir ki, islamı heç vaxt ürəkdən qəbul etmədiyin üçün həqiqətdə sən müsəlman deyilsən və cahiliyyət dövründəki bütpərəstliyində sabit qalmısan) (əl-Bidayə vən-nihayə 59-cu ilin əhvalatları. Qeys ibn Səd 8/108, Tarixu mədinətid-Dəməşq, müəllif İbn Əsakir 5756-cı tərcümeyi hal Qeys ibn Sə`d ibn Ubbadə 49/399)
7. Muaviyə Qeys ibn Səd ibn Ubbadədən Əlidən (ə) uzaq olamağı tələb edirdi. (bu məsələ elə bir zamanda baş verirdi ki, Muaviyənin sərəncamı ilə camaatın bəzilərini hədələməklə və bəzilərini isə yağlı tikələrlə aldadıb Əlinin (ə) ətrafından uzaqlaşdırmağa çalışırdılıar) Qeys Muaviyəyə cavab olaraq yazdı;- “Ey büt oğlu büt! Məni Həzrət Əmirdən ayrılıb sənə itaət etməyə dəvət edirsən? Ətrafındakı səhabələrin ondan uzaqlaşmaları ilə Məni təhdid edirsən?..... And olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur! Nə qədər ki, sən onunla düşmənçilik edirsən heç vaxt sənə təslim olmaram. Nə qədər ki, Sən onunla düşmənsən heç vaxt sənə tabe olmaram. Mən heç vaxt Allahın düşmənini onun vəlisindən üstün tutmaram. Şeytanın tərəfdarlarını Allahın tərəfdarlarından üstün tutmaram. Vəssəlam”(Rəbiul-əbrar və nususul-əxbar, babul vəfa və husnul-əhd 5/346)
8. Səhabə İbadət ibn Samit xəlifə Osman ibn Əffanın evinin ortasında durub dedi:- “Bəli, mən peygəmbərdən (s) eşitdim ki, buyurdu:- “Yaxın bir gələcəkdə elə adamlar sizə rəhbərlik edəcəklər ki, haram bildiyiniz şeyləri sizə halal kimi tanıtdırmağa çalışacaqlar. Halal olan şeyləri haram kimi sizə tanıtdırmağa çalışacaqlar. Allaha qarşı üsyan edənlərə itaət etməyin və buna görə özünüzü məzəmmət etməyin. And olsun o kəsə ki, mənim canım onun əlindədir! Muaviyə Rəsulullahın buyurduğu o kəslərdəndir”. Xəlifə Osman bu sözləri eşitdi və ona heç bir söz qaytarmadı. (əl-Mustədrək ələssəhihəyn kitab mərifətissəhabə, mənaqib İbadət ibn Samit 3/402 hədis 5530)
9. Muaviyə oğlu Yəzidi özünə canişin təyin edəndən sonra Şam əhlindən də onun üçün beyət aldı. Muaviyə Mədinədəki, valisi Mərvandan şəhər əhlindən Yəzidə beyət almağı tələb etdi. Mərvan da Mədinə camaatı önündə xütbə oxuyarkən bunu dedi:- Bəli Muaviyə ondan sonra bir canişinin olması haqda yaxşıca fikirləşəndən sonra Əbu Bəkr və Ömərin qoyduğu sünnəti diriltməyi iradə edib. Bu yerdə Əbdurrəhman ibn Əbu Bəkr etiraz əlaməti olaraq ayağa durdu və dedi:- Bu Kəsranın və Qeysərin sünnətidir. (Yəni özündən sonra övladlarını vəliəhd təyin etmək İran və Roma imperatorlarının sünnətidir) Əbu Bəkr və Ömər xilafəti bu cür övladlarına irs kimi ötürməyiblər. (Tarixul-xuləfa, Muaviyə ibn Əbu Sufyan 196)
Əbdurrəhman ibn Əbu Bəkrin bu etirazı Mərvanı narahat etdiyi üçün onu həbs etməyə fərman verdi. Lakin Əbdurrəhman həbsdən canını qurtarmaq üçün Aişənin evini özünə sığınacaq seçdi. (Səhih Buxari, kitabu təfsir Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 6/507)
Diqqət:- Bu xəbər əhli sünnətin müxtəlif mənbələrində zikr olunub. Cənab Buxari baxmayaraq ki, bu xəbəri kitabında zikr edib, lakin əsl məsələni (yəni Əbdurrəhman ibn Əbu Bəkrin etirazını) örtülü saxlayıb. Belə ki, Əbdurrəhmanın sözlərini “Əbdurrəhman bir şey dedi....” kimi qələmə alıb. Möhtərəm oxucu əgər siz Buxarinin açıb ağartmaq istəmədiyi “Əbdurrəhman bir şey dedi....” örtülü saxladığı həmin şeydən xəbər tutmaq istəsəniz bu mənbələrə müraciət edin. Buxarinin əməlinə görə ona yazığımız gəldiyini söyləyirik. Çünki yazıq Buxari Muaviyənin fəsadlarını gizlətməyə çalışmaqla islam tarixinə xəyanət edib.
a)- “Hədyussari” müqəddimə fəthul-bari, fəsl 7, Zümər surəsinin əvvəlindən Əhqaf surəsinin təfsiri səh. 316.
b)- “İrşadussari li şərhi Səhih Buxariu” müəllif Əhməd ibn Muhəmməd Əsqəlani (hicri 923-cü ilində vəfat) kitabu təfsir, surə Əhqaf 11/61 hədis 4827.
v)- əs-Sünənul-kubra Əhməd ibn Şuəyb Nəsai (hicri 303-cü ilində vəfat) kitabu təfsir, surə Əhqaf 6/459 hədis 1/11491.
q)- “əl-Mustədrək ələssəhihəyn” müəllif Hakim Nişaburi (hicri 405-cü ilində vəfat), kitabul-fitən vəl-məlahim 4/528 hədis 8483
d)- əl-İsabə fi təmyizissəhabə Əhməd ibn Əli Əsqəlani (hicri 852-cü ilində vəfat) Əbdurrəhman ibn Əbdullahın tərcüməyi halı 5167, 4/275-276
j)-əd-Durrulmənsur, müəllif Cəlaləddin Syuti (hicri 911-cü ilində vəfat), Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 6/10-11 və Qələm surəsinin 10-cu ayəsinin təfsiri 6/394.
z)- “Təfsir Qurani kərim”, müəllif İsmail ibn Kəsir (hicri 774-cü ilində vəfat) Əhqaf surəsinin 17-ci ayəsi təfsiri 4/141
s)- “Fəthul-qədir” Əhqaf surəsinin 17-ci ayəsinin təfsiri 5/20, Qələm surəsinin 10-cu ayəsinin təfsiri 5/270.
Sonra Muaviyə özü Əbdurrəhmandan Yəzidə beyət etməyi tələb etdikdə Əbdurrəhman beyət etməyib yenə də sözünü təkrar etdi. Nəhayət Muaviyə Əbdurrəhmanı ələ aımaq və şirnikləndirmək məqsədilə ona yüz min dirhəm göndərdi. Amma Əbdurrəhman onu da qəbul etməyib ömrünün axırına qədər əqidəsində möhkəm qaldı və Məkkədə vəfat etdi. (əl-İstiab, 1394-cü tərcümeyi hal Əbdurrəhman ibn Əbu Bəkr, 2/824)
10. Bureyr ibn Həzir. Əbədi səadətə qovuşub dünyadan gedən bu Kərbəla qəhrəmanı imam Əlinin (ə) səhabələrindən olub və Kufə şəhərinin möhtərəm əyanlarında idi. Qare Quran olmaqla yanaşı zəmanəsinin zahidlərindən sayılırdı. Bureyr Kərbəlada Yəzid ibn Məqəl ilə meydana çıxanda Yəzid ona dedi:- Sən deyirsən ki, Osman öz canını bəlaya düçar etdi və Muaviyə azğındır və başqalarını da haqq yolundan azdırandır? Haqq və hidayətçi imam Əli ibn Əbu Talibdir?
Bureyr dedi:- Bəli mən şəhadət verirəm ki, bu mənim əqidəmdir.
Bu deyişmədən sonra onlar arasında şiddətli vuruşma başlandı. (Tarix Təbəri, 61-ci ilin hadisələri. Hüseyn ibn Əli ilə Kərbəlada öldürülənlərin adlaı....4/328)


Peyğəmbər (s) səhabələrim Muaviyə haqqında dedikləri


Geri dön

Shokoladka

  • 26 fevral 2012 14:58
  • Məqalə: 30
  • Şərh: 8440
  • Bal:
Tesekkurler...

--------------------


s_a_b_r_i_n_a

  • 26 fevral 2012 14:32
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
cox sagol...ALLAH RAZI OLSUN....

--------------------

mirsaab

  • 26 fevral 2012 14:27
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
ALLAH MUAVIYEYE VE ONUN DESTESINDEN OLANLARA LENET ELESIN ALLAH ONLARIN YOLU ILE GEDENLERIDE TEZLIKLE DUZ YOLA QAYTARSIN INSALLAH.

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 20
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}