114 Sual-Cavab: Sual 44

 
114 Sual-Cavab: Sual 44

Sual 44:
Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?

Cavab:
Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla müəyyənləşir. Yuxarıda deyilənlərdən mə`lum olur ki, dini hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. Yə`ni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini tə`min edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: İslamda vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir məsələ yoxdur. (“Biharul-ənvar” c.2, s-18)
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Qur`an ayəsinə nəzər salaq:
“Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd edənlərin ən yaxşısıdır.” (“Ən`am” 57)
“Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm Onundur.” (“Qəsəs” 70)
Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?! (“Maidə”, 50)
Məgər Allah hakimlərin ən üstünü deyilmi?! (“Tin”, 8)
“Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha aiddir.” (“Şura”, 10)
Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, başqasını özümə hakim istəməliyəm?! (“Ən`am”, 114)


Geri dön

Shokoladka

  • 26 fevral 2012 15:00
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
Ilk serh mende.Tesekkurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}