Nurlu kəlamlar

 
Nurlu kəlamlar

GÜNAH VƏ ONUN GƏTİRDİYİ BƏDBƏXTLİKLƏR

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!
Müstədrəkul-vəsail /11/330. Biharul-ənvar /77/79.

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir.
Biharul-ənvar /70/17.

İmam Sadiq əleyhissalam buyurur: Məgər bilmirsiniz ki, sizin əməl dəftərləriniz Ona (Rəsuli-əkrəmə) göstərilir? Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rəsuli-əkrəmi narahat etməyin, onu (gözəl əməllərlə) sevindirin, şad edin.
Kafi /1/219.

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.
Ğürərul-hikəm /235.

İsbəğ ibni Nəbatə deyir: Əli əleyhissalam buyurdu: Rəsuli-əkrəm (s.ə.v.v.) belə buyurmuşdur: Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar).
Xisal /2/360.

İmam Baqir əleyhissalam buyurur: Əli əleyhissalamın kitabında yazılmışdır ki, Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər camaat zəkat verməkdən imtina etsələr yer öz bərəkətini, əkin, meyvə və mə`dənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olmaz.
Səfinətul-bihar /2/630.

İmam Əli əleyhissalam buyurur: Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar.
Biharul-ənvar /70/55.

Allah-taala Davud əleyhissalama buyurur: Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim mərhəmətimdən mə`yus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, ücbə (özündən razı olmağa) səbəb olur ki, ücb və özündən razı olmaq da ən ağır günahdır.
İsna əşəriyyə /59.

Nurlu kəlamlar


Geri dön

...BARSA FANATI....

  • 26 fevral 2012 22:41
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir.
Biharul-ənvar /70/17.

...twk..

s_a_b_r_i_n_a

  • 26 fevral 2012 20:09
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
mam Əli əleyhissalam buyurur: Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar.
Biharul-ənvar /70/55.

--------------------

enigmatic_girl

  • 26 fevral 2012 19:26
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar.

--------------------

Shokoladka

  • 26 fevral 2012 19:23
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden eziyyete gore tsk..

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}