İmanın Bəzi Nəticələri

 
İmanın Bəzi Nəticələri

İmanın Bəzi Nəticələri
a) Yəqin: Qəlbdə iman sabitləşdikdən sonra onun səmərələri ortaya çıxır. İmam Səccad (ə) onun iki nəticəsinə işarə etmişdir: Allahın təqdirlərinə yəqin və ilahi qəzalarla razılıq: “İlahi, elə bir yəqin ver ki, Sənin təqdirin olmadan mənə heç nə çatmayacağına inanam”.
Yəqin imanın ən üstün və ən kamil mərhələsidir. İman mə`rifətə bağlıdır, kamil mə`rifət insanda yəqin sifətinin yaranmasına səbəb olur. Yəqin mərhələsinə çatmış şəxs üçün rifahda və ya çətinlikdə olmağın heç bir fərqi yoxdur. O, maddi həyat hadisələri qarşısında e`tinasızdır. Çünki onun qəlbi başqa bir yerə bağlıdır. Kamil imana və yəqin mərhələsinə çatmış mö`min bütün işlərini Allahın öhdəsinə buraxır. O, mənfəətinin Allahın təqdir etdiyi şeylərdə olduğuna inanır.

Beləliklə, mö`min xəyalən həmişə rahatdır. Çünki Allah onun həyatını öhdəsinə götürmüşdür və onun xeyiri Allahın təqdir etdiyi şeylərdədir. Me`rac hədisində Allah buyurur: “Bəndəm yəqin mərhələsinə çatdıqda həyatın ona ağır və ya asan keçdiyinə əhəmiyyət verməz.”
(“Biharul-ənvar”, 77-ci cild, səh.27, 6-cı rəvayət)

İmam Rizadan (ə) “yəqinin” mə`nası soruşuldu. İmam buyurdu: İmam Baqir onu belə təsvir etmişdir:
“Yəqin Allaha təvəkkül, Onun göstərişlərinə təslimçilik, ilahi qəzalardan razılıq və işləri ona tapşırmaqdan ibarətdir.”
(“Biharul-ənvar”, 7-ci cild, səh.738, 4-cü rəvayət)

Beləliklə, imanın birinci nəticəsi insanın ona çatmalı olan şeylərin bir gün çatacağına və təqdir olmayanların çatmayacağına inanmasıdır.
İmam Sadiq (ə) nəql edir ki, həzrət Əli (ə) buyurdu:
“Heç bir bəndə ona çatası şeylərin çatmamasının və ona çatmayası şeylərin çatmasının mümkün olmamasına (yəqin) elm tapmayana qədər imanın tamını dadmayacaqdır. (Ona çatmalı olan şeylər çatacaq və ya çatmışdır. Ona çatması qərarlaşdırılmayan şeylər ona çatmayacaqdır.) Yalnız böyük Allah fayda və ziyan verə bilər.”
(Məhəmməd Təqi Məclisi, “Biharul-ənvar”, 70-ci cild, səh.154, 12-ci rəvayət)

Çalışmaq və əziyyət nəticəsində hasil olan şeylərin yalnız özümüzdən olması əqidəsi şirk dolu bir baxışdır.
Təkallahçı insan vücudunun, əqli və cismi enerjisinin, sərf etdiyi vasitələri Allahdan olduğunu bilməlidir. Bundan əlavə, bu şeylərdən istifadə etmək də Allahın tədbiri əhatəsindədir. İnsan mal, sərvət yığıb Allahın istəyi olmadan istifadə edə bilməz. Bir çoxları sərvət toplayır (istər halal, istər haram yolla), lakin ondan istifadə etməyə müvəffəq olmur. Beləliklə, sərvətdən istifadə etmək də Allahın istəyinə bağlıdır.

Əlbəttə, “yəqin”i qəbul etməyin şərti cəbrə (məcburiyyətə) inanmaq deyil. Yə`ni elə də deyil ki, insan iş-güc dalınca getməyib tənbəllik etsin, dini e`tiqadları bəhanə gətirib, “işləsəm də, işləməsəm də Allahın təqdiri olan hər şey mənə çatacaq” desin. Burada cəbr-ixtiyar məsələsini geniş şəkildə açıqlamaq üçün imkan olmadığından, ümumi şəkildə qeyd edirik ki, təqdir olunan iş “vasitələrin səbəblər yolu ilə gerçəkləşməsidir”. Allah işləri müəyyənləşdirdikdə vasitələr və səbəblər nəzərdə tutmuşdur. Bu vasitələrdən biri insanın öz iradəsidir.

Misal üçün, bir şəxs üçün 50 il ömür müəyyənləşdirilibsə, bu o deməkdir ki, Allah onun ömrü boyu hansı işlər görüb, hansıları görməyəcəyini bilir. Ömürü azaldan və ya uzadan şeylərə, məsələn, sileyi-rəhim (yaxınlarla əlaqə), qəti-rəhim (əlaqəni kəsmək), ana və atanın haqqını gözləmək, sağlamlığı gözləmək və bu kimi başqa məsələlərə nə qədər əhəmiyyət verəcəyini bilməsidir.

Beləliklə, Allah öz geniş elmi əsasında şəxsin ixtiyari rəftar və əməlləri əsasında məsələn 50 il yaşayacağını müəyyənləşdirmişdir. Lakin insanın “mənim ömrüm 50 ildir və işlərimin ömrümün uzanıb-azalmasına heç bir tə`siri yoxdur” deməsi düzgün deyil. Allahın müəyyənləşdirdikləri insanın ixtiyari işlərinin əsasındadır.

İnsanın ixtiyari işlərinin Allahdan asılı olması bu işlərin onun özündən asılı olması ilə zidd deyil. Çünki bu əsaslanmalar bir xətt boyudur və bir-birlərinə maneə törətmirlər. Başqa sözlə, iş görənin insan olması bir səviyyədə və bu işin Allaha əsaslanması daha üstün bir səviyyədədir; bu səviyyədə insanın öz vücudu işin əsaslandığı maddələrin vücudu və iş vasitələrinin vücudu Allaha əsaslanır. Səbəblər toplumunun son tərkibi kimi insan iradəsinin işə tə`siri səbəblər toplumunun bütünlüklə Allaha aid olması ilə zidd deyil. Dünyanın, insanın, cismə aid bütün şə`nlərin ixtiyarı Allahın əlindədir. Allah daim onlara varlıq verir və heç bir mövcud hansısa zamanda ondan ehtiyacsız deyil. Belə ki, insanın azad şəkildə gördüyü işlər də Allahdan, Onun iradəsindən asılıdır. Bir işi müstəqil şəkildə insanın və ya Allahın iradəsindən asılı bilmək düzgün deyil. Çünki bu iki iradə bir-birindən ayrı deyil. İnsanın iradəsi də onun vücudu kimi Allahın iradəsinə bağlıdır. İnsanın iradəsinin gerçəkləşməsi üçün Allah-təalanın iradəsi zəruridir. “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəməzsiniz!” (“Təkvir” surəsi, ayə 29)

Qur`an buyurur:
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
(“Hədid” surəsi, ayə 22)

Sonra buyurur: “Bu sizin əlinizdən çıxana görə kədərlənməməyiniz və sizə verilənə görə sevinib qürrələnməməyiniz üçündür.”
(“Hədid” surəsi, ayə 23)

Dünyada əzizlərimizin birini itirsək, kasıbçılıq, xəstəliyə düçar olsaq və bu kimi başqa çətinliklərə düşsək, naümid olub, özümüzü uduzmamaq üçün bütün bu şeylərin müəyyənləşdiril-miş və yazılmış olduğunu bilməliyik. Bütün bu ne`mətləri Allahın verdiyini, sonra isə məsləhət əsasında bizdən aldığını düşünməliyik.

Allah həzrət Musaya (ə) buyurdu: “Bəndələrimdən ən sevimlisi o kəslərdir ki, sevimlilərini onlardan aldıqda Mənimlə müxalifət etmir və Mənə təslim olurlar.”
(“Bihar”, 82-ci cild, səh.90)

Beləliklə, mö`min insan dünya ne`mətlərinə bağlanmamalı, onları itirən zaman qəmgin olmamalıdır. Mö`min daim bəndəlik və öz vəzifə-lərini yerinə yetirmək barədə düşünməlidir. Nəsə əldə edib, nəsə əldən vermək haqqında çox düşünməyə dəyməz.
b) İlahi qəzavü-qədərə razı olmaq: İmanın ikinci tə`siri ilahi qəzavü-qədərə razılıqdır: “Ey mehribanların ən mehribanı, məni həyatımda qismət etdiyin şeylərə razı sal”

Allah-təala öz bəndələri üçün işlər müəyyənləşdirmişdir. Bə`zən bu müəyyənləşdirmə insanın istəyinə müvafiq olur, bə`zən isə insan bu təqdirlərdən narazı qalır. Allah istəyir ki, insanlar Onun müqəddəratından razı qalsın və Onun qəzavü-qədərinə boyun əysinlər. Bu təqdir bə`zən şər`i işlərdə, bə`zən isə təkvini (təbiət) işlərdə gerçəkləşir.

Şər`i işlər həmin göstərişlər, vaciblər və haramlardır. Bu yerdə razılıq vacibləri yerinə yetirmək və haramlardan çəkinmək mə`nasını bildirir.
Təkvini işlərdə razılıq Allahın bəndə üçün müəyyənləşdirdiyi şeylərlə razılaşmadır. İstər pis hadisələr, istərsə də xoşa gələn hadisələr müəyyənləşdirilsin! İnsanlar xoşgəlməz hadisələr qarşısında necə reaksiya göstərəcəkləri ilə bağlı yoxlanılırlar. Bə`zi yoxlamalar imanın birinci mərhələsinə aiddir. Burada insanın ağır hadisələr qarşısında ilahi hökmlərə riayət edəcəyi, yoxsa üsyan qaldıracağı yoxlanılır. Daha üstün mərtəbə isə üstün bəndələrə aiddir. Bununla onların acı hadisələr qarşısında dözəcəyi, yoxsa Allaha şikayət edəcəyi yoxlanılır. Onların bu hadisələrə dözməsi “səbr” məqamı sayılır. Səbrdən daha üstün isə “razılıq” məqamıdır. Yə`ni razılıq əhli həm çətinliklərə və əziyyətlərə səbr edir, həm də razılıq bildirirlər. (Qəlblərinin dərinliklərində heç bir narahatçılıq çəkib şikayət etmirlər.) Çünki bütün olaylar Allah tərəfindəndir. Bu, imanın ən üstün mərhələsidir. Bu mərhələdə insan Allahın təqdiratından qəlbən razı qalır və ilahi müqəddəratın hikmətə əsaslandığına inanır. Buna görə də Allah me`rac gecəsi öz peyğəmbərinə buyurdu: “Mənim yanımda ən gözəl iş təvəkküldür.
(Ondan da üstünü təqdir etdiklərimə “razılıqdır”; “Biharul-ənvar”, 77-ci cild, səh.21)

Əlbəttə, bu o demək deyil ki, insan iş-gücdən əl çəksin. Çalışmaq özü ilahi təqdirin nəticələrindəndir. Məqsəd baş vermiş hadisələrə razı olmağımızdır. Hər bir hadisənin hikmət əsasında olduğunu bilməliyik. Allah Musaya buyurur: “Ey Musa, mənim yanımda mö`min bəndədən sevimli heç bir yaranmış yoxdur. Ona bəla və ya çətinlik göndərirəmsə, bu onun xeyirinədir. Çünki mən bəndəmin məsləhətindən xəbərdaram.”
(“Bihar”, 13-cü cild, səh.348, 36-cı rəvayət)

Xəstə uşağına acı dərmanlar verən ana, şübhəsiz ki, övladını sevir.
Ana bu işi övladına düşmən olduğu üçün yox, onu sevdiyi üçün edir. Allahın da işləri bu cürdür.
Bir çox rəvayətlər göstərir ki, bə`zən Allah öz bəndəsinin məsləhətini yoxsulluqda bilir. Bə`zən din kasıblıqla islah olunur. Allah məhəbbət üzündən bəndəni yoxsul edir. Bə`zilərinin isə imanı sərvət və varlılıqdan başqa heç bir şey ilə qorunmur. Allah bu cür şəxsləri varlı edir. Bə`zən isə Allah kasıblıq və varlılığı bəndələri üçün imtahan vasitəsi edir.
(“Bihar”, 72-ci cild, səh.327, 12-ci rəvayət)

Yenidən tə`kid edirik ki, insan əlini əlinin üstünə qoyub, heç bir sə`y göstərmədən “Allahım, hər nə xeyirdir mənə yetir” deməməlidir! Vəzifəni yerinə yetirmək bir mövzu, işləri Allahın öhdəsində qoymaq və Onun qəzavü-qədərinə razı olmaq isə başqa bir mövzudur.
Hər halda insan Allahın ona qismət etdiklərindən (istər az, istər çox) razı olmalıdır. Bu razılığın həm dünyəvi, həm də axirət nəticəsi var. Razı insan dünyada sakitlik və aramlıq hissi keçirir, axirətdə də “razılıq” məqamına nail olur.

Təəssüf ki, bir çox insanlar iman zəifliyi nəticəsində öz yaşayış vəziyyətlərindən razı deyillər və şikayət edirlər. Allahın onlara verdiklərinə qane olmurlar. Buna görə də heç zaman aramlıq və sakitlik tapmır, daim nigaranlıq hissi keçirirlər. Lakin mö`min insan inanır ki, xalqın arzuladığı və əldə etmək istədiyi bir çox şeylər çox vaxt onların xeyrinə olmur, bə`zən isə onların narahatlıqlarına və çətinliklər yaranmasına səbəb olur.

“İftitah” duasında oxuyuruq: “İlahi, Səndən bə`zi şeylər istəyirəm, Sən isə onların qəbulunu tə`xirə salırsan. Bu tə`xirə görə narahatlıq hissi keçirirəm. Lakin bir çox hallarda duamın tə`xirə düşməsi mənim üçün daha yaxşı olur. Çünki Sən işlərin sonundan agahsan”.

Qur`ani-Kərim buyurur:
“Bə`zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə`zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.”
(“Bəqərə” surəsi, ayə 216)

Bir çox hallarda insan özü də əldə etməyə maraqlı olduğu şeylərin ziyanına olduğunu və
xoşuna gəlməyən şeylərin gerçəkləşdikdən sonra onun xeyrinə olduğunu anlayır.
Qur`an zövcələr barəsində buyurur:

“Əgər qadınlarınız xoşunuza gəlməzsə, (nifrət etməyin). Ola bilsin ki, sizin xoşunuza gəlməyən (nifrət etdiyiniz) hər hansı bir şeydə Allah
(sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (“Nisa” surəsi, ayə 19)

Beləliklə, bütün hallarda insan öz işlərini Allahın öhdəsinə qoymalı və başına gələnlərlə razılaşmalıdır.
Buna görə də, kamil imanın nəticələrindən biri yəqin, digəri ilahi qəzavü-qədərə razılıqdır.


Geri dön

Shokoladka

  • 27 fevral 2012 14:27
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
Tesekkur edirem...

--------------------


ANGEL LOVE

  • 27 fevral 2012 11:49
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun!!!!!!!!!!!

--------------------

nar_18

  • 27 fevral 2012 11:40
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 27 fevral 2012 11:08
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

--------------------

_ImPeRaToR_

  • 27 fevral 2012 11:03
  • Məqalə: 3
  • Şərh: 17
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

lau

  • 27 fevral 2012 10:37
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
cox deyerli melumatdi tesekkurler

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

Ku-ku

  • 27 fevral 2012 10:10
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah raz olsun twk

--------------------

111_Shawmn Michaelais_111

  • 27 fevral 2012 09:31
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah razı olsun

--------------------


DEMET_AKALIN

  • 27 fevral 2012 09:14
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
ILK SEHR_________________TESEKKURLER ellerne sagliq

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 21
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}