Salehlər Duası

 
Salehlər Duası

“Məkarimul-Əxlaq” Duasından Seçmələrin Şərhi
“Əllahummə səlli əla Muhəmmədin və alih”.
Salehlər Duası


Pak imamlar tərəfindən nəql olunmuş bütün dualar Allah-təalaya yaxınlaşmaq üçün qiymətli vasitələrdir.
Lakin bə`zi duaların əlavə məziyyətləri də vardır.
Bu dualarda Əhli-beyt maarifindən xəzinələr mövcuddur. Bu dualara diqqətlə nəzər saldıqda öz tutumumuz, düşüncəmiz, mə`rifətimiz və diqqətimiz qədərində onların qiymətli maarifindən bəhrələnə bilərik. “Məkarimul-əxlaq” duası (“Səhifeyi-Səccadiyyə”, 20-ci dua) bu növ dualardan sayılır. Bu böyük duanın hər cümləsi insan üçün mühüm dərslər və xəbərlərlə zəngindir. Adından mə`lum olduğu kimi, duanın əsas mövzusu əxlaqi məsələlərdir. Duanın məzmununa diqqət yetirdikdə dəyərli əxlaqi nöqtələr nəzəri cəlb edir.

Duanın adı bizə Allaha dua zamanı yalnız dünyəvi və maddi işləri düşünməməyi öyrədir. Əksər dua edənlər çox zaman maddi, dünyəvi ehtiyaclarının aradan qaldırılmasını istəyirlər. Əxlaqi fəzilətlərin əldə olunması üçün Allaha dua etməyin zəruri olduğunu çox az düşünürlər. Əxlaqi fəzilətlər maddi işlərdən üstün olduğundan onların əldə olunması üçün daha çox dua etmək lazımdır.

Biz, adətən ehtiyaclarımızın ödənməsi üçün maddi vasitələr olmadıqda dua edib Allahdan kömək istəyirik.
“Gəmiyə mindikləri zaman (dəryada batacaqların-dan qorxub, dində ixlas sahibi olan mö`minlər kimi) yalnız Allaha dua edərlər.”
(“Ənkəbut” surəsi, ayə 65)

Dəryanın ortasında şiddətli dalğalar qalxdıqda insan boğulmaq təhlükəsi hiss edir. O bu zaman dua etməyə başlayır. İnsan çətin bir problemlə qarşılaşarkən onun aradan götürülməsi üçün gücü çatmayacağını gördükdə Allahdan kömək istəyir. Lakin hər bir ehtiyacımızı və olanlarımızın davamlılığını Allahdan istəməliyik. Çünki varlıq aləmi Onun qüdrəti altındadır. Bütün vasitə və səbəblərin qaynağı Odur. Həmçinin Allahın bizə əta etdiyi şeylərin davamlı olması Onun əlindədir. Bu baxımdan, qarşıya çıxan ehtiyaclarla mə`nəvi və əsas ehtiyaclar arasında bir fərq yoxdur.

Halal ruzi əldə etmək üçün işlə məşğul olan fəhlə evdən çıxdıqda əl, ayaq, göz, ağıl, həyat və ixtiyarında olan digər saysız ne`mətlərin Allah tərəfindən olduğunu düşünməlidir. Bu vasitələrin istənilən birində nöqsan yarandıqda o istəklərinə çatmayacaqdır. Demək, çalışmaqla yanaşı öz ehtiyaclarını Allahdan istəməlidir.

Elm öyrənən şagird təhsil almaq üçün çalışmalı, lakin müəllim, kitab, eşidən qulaq, düşüncə, sağlamlıq kimi vasitələrin Allah tərəfindən olduğuna inanmalıdır. Əgər bu vasitələr davamlı olmazsa, o elm öyrənməyə müvəffəq olmayacaqdır. Demək, insan Allahdan elm öyrənmək vasitələri əta etməsini istəməlidir.
İnsanın əsas ehtiyaclarından biri gözəl əxlaq və insani səciyyələrdir. Çalışıb kobud əxlaqdan uzaqlaşmaq, onun yerinə əxlaqi fəzilətləri canişin etmək lazımdır. Lakin bütün vasitələr və səbəblər Allahın ixtiyarında olduğu üçün bu işdə də Allahdan tövfiq istəməliyik. Yaranış nizamındakı bütün vasitə və səbəblər ilahi feyzin axarıdır.


Geri dön

Dalga

  • 27 fevral 2012 15:52
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
Allah razi olsun Allah dualarimizi qebul elesin

--------------------

Shokoladka

  • 27 fevral 2012 14:38
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun chox sagolun :)

--------------------


enigmatic_girl

  • 27 fevral 2012 14:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler Allah razi olsun...

--------------------

nar_18

  • 27 fevral 2012 12:42
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 27 fevral 2012 11:39
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

DEMET_AKALIN

  • 27 fevral 2012 09:06
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ilk sehr______________ALLAH HAMININ DUASINI QEBUL ETSIN MENDE ICINDE DAXIL OLMAQLA.AMIN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}