Albert Eynşteynin həyat məsləhətləri

 
Albert Eynşteynin həyat məsləhətləri

Dahi fizik Albert Eynşteynin həyatda uğur qazanmağın yolları ilə bağlı maraqlı qənaətləri var. Kulis.az Türkiyənin “Milliyyet” qəzetinə istinadən Eynşteynin qənaətlərini təqdim edir.

1. Maraqlarınızın arxasınca gedin.
“Mənim xüsusi istedadım yoxdur. Ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm”.
Sizin diqqətinizi çəkən nədir? Ən çox nəylə maraqlanırsınız? Mənim diqqətimi çəkən şey bəzi insanların uğur qazanması, bəzilərinin isə uğursuzluğa uğramasıdır. Bu səbəbdən də illər uzunu uğur qazanmaq üçün çalışdım. Maraqlarınızın arxasınca getsəniz, siz də uğur qazanacaqsınız.

2. İradə az şey deyil.
“Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım”.
Müəyyənləşdirdiyiniz yolun sonuna kimi getməyə səbriniz çatacaqmı? Markalar məktubun ünvanına qədər üstünə yapışdıqları üçün dəyərlidir. Markalar kimi olun və başladığınız işi bitirin.

3. Bu günə fokuslanın.
“Gözəl bir qızı öpərkən maşını normal qaydada idarə edən biri öpüşə haqqını verməyən insandır”.
İki atı eyni anda sürmək mümkün deyil. Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən. İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.

4. Xəyallarınız sizə güc verir.
“Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil”.
Xəyal hər şeydir. Xəyal sizi gözləyən gözəl günlərə baxmaq kimidir. Xəyal məlumatdan daha önəmlidir. Xəyallarınız gələcəyinizi müəyyənləşdirir. Buna görə də xəyal gücünüzün kobudlaşmasına imkan verməyin.

5. Səhv edin.
“Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır”.
Səhv etməkdən qorxmayın. Necə oxuyacağınızı bilsəniz, səhvlər sizi daha yaxşı mövqeyə gətirə bilər. Uğur qazanmaq istəyirsinizsə, indikindən 3 dəfə artıq səhv edin.

6. İndini yaşayın.
“Mən gələcəyi heç düşünmürəm, nə də olsa, gələcəkdir”.
Gələcəyi nizamlamanın tək yolu indi ilə yaşamaqdır. İndi dünəni və sabahı dəyişdirə bilməzsiniz. Önəmli olan tək an indidir.

7. Dəyərli olun.
"Uğurlu olmağa yox, dəyərli olmağa çalışın”.
Vaxtınızı uğur qazanmaq üçün sərf etməyin, dəyərli olun. Əgər dəyərli olsanız, uğur öz-özünə gələcək.

8. Fərqli nəticələr gözləməyin.
"Dəlilik: eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir”.
Hər gün təkrarlanan addımlar atmaqla fərqli görünməyi gözləmək məntiqsizlikdir. Həyatınızın dəyişməsini istəyirsinizsə, özünüzü dəyişdirin.

9. Bilik təcrübədən doğur.
"Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir”.
Bir mövzu ilə bağlı müzakirə apara bilərsiniz, amma bir mövzunu bilmək üçün təcrübəniz olmalıdır.

10. Qaydaları öyrənin, daha yaxşı oynayın.
"Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz. Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz”.
Edə biləcəyiniz iki şey var. Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək. İkincisi, oyunu hamıdan yaxşı oynamağı istəmək. Bu iki şeyi etsəniz, uğur sizinlə olar!


Geri dön

...BARSA FANATI....

  • 27 fevral 2012 23:26
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
Sitat: ---ANGELA---
MARAQLI İDİ TƏŞƏKKÜRLƏR

CLEVER GIRL

  • 27 fevral 2012 21:48
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
ONSUZDA ARADA SEHV EDIRIYDEE...TWK...

Dalga

  • 27 fevral 2012 19:00
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Maraqlidir tewekkurler

--------------------

Qunduz2

  • 27 fevral 2012 18:16
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
tesekkur...xaNim SENINCUN COOOOOOOOOOX DARIXIRAM

kis masali

  • 27 fevral 2012 17:19
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
gozel sozlerdir

--------------------
<3

Koroleva Tvoya

  • 27 fevral 2012 17:15
  • Məqalə: 2
  • Şərh: 67
  • Bal:
{awards}
Sehv edek ????? Edirik de

✿Victoria✿

  • 27 fevral 2012 16:32
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
Xəyallarınız sizə güc verir.
“Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil”.
Xəyal hər şeydir. Xəyal sizi gözləyən gözəl günlərə baxmaq kimidir. Xəyal məlumatdan daha önəmlidir. Xəyallarınız gələcəyinizi müəyyənləşdirir. Buna görə də xəyal gücünüzün kobudlaşmasına imkan verməyin.

--------------------

enigmatic_girl

  • 27 fevral 2012 16:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
5. Səhv edin.
“Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır”.
Səhv etməkdən qorxmayın. Necə oxuyacağınızı bilsəniz, səhvlər sizi daha yaxşı mövqeyə gətirə bilər. Uğur qazanmaq istəyirsinizsə, indikindən 3 dəfə artıq səhv edin.

Hmmm maraqlidir...

--------------------

s_a_b_r_i_n_a

  • 27 fevral 2012 15:19
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
7. Dəyərli olun.
"Uğurlu olmağa yox, dəyərli olmağa çalışın”.
Vaxtınızı uğur qazanmaq üçün sərf etməyin, dəyərli olun. Əgər dəyərli olsanız, uğur öz-özünə gələcək.

super

--------------------

SeL_cAn

  • 27 fevral 2012 15:13
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
KİŞİLƏR OLUB EEEEE
tongue

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

---ANGELA---

  • 27 fevral 2012 14:26
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
MARAQLI İDİ TƏŞƏKKÜRLƏR

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Shokoladka

  • 27 fevral 2012 14:17
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
7. Dəyərli olun.
"Uğurlu olmağa yox, dəyərli olmağa çalışın”.
Vaxtınızı uğur qazanmaq üçün sərf etməyin, dəyərli olun. Əgər dəyərli olsanız, uğur öz-özünə gələcək.
Suuper axira kimi oxudum dogurdanda deyerli meslehetlerdi tsk :)

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}