Dünya malında gözünün olmaması barədə ibrətamiz hekayə

 
Dünya malında gözünün olmaması barədə ibrətamiz hekayə


“Ruhul bəyan” təfsirində yazılır: “İlahi övliyalardan olan Şəqiq Bələxinin üç gün idi ki, yeməyə heç bir şeyi yox idi. İlahi Övliyalar çox səbirli insanlar idilər. Gözəl əxlaqa malik idilər. Bu əxlaq Peyğəmbərlərdə (ə) də var idi. Əgər işlərindən nə isə əldə edirdilərsə, onu xərcləyərdilər, yeyərdilər, geyinərdilər və deyərdilər: “Əlhəmdulillah əla haza nəmə”. Əgər heç nələri olmasa da deyərdilər: “Əlhəmdulillah əla kulli hal”. Allah istəməmişdir, verməmişdir. Ona görə də olanda da əziyyət çəkməyiblər, olmayanda da. Hər ikisi onlar üçün bərabər olmuşdur.
Deyirlərki, bir gün Müaviyənin (lən) kefi kök idi. Ətrafındakılara deyir ki, mən üstünəm, yoxsa Əli ibni Əbi Talib? Dedilər: Sən. Dedi: Yalan deyirsiniz. Əli ibni Əbi Talib məndən çox üstündür. Mən sizə Əlinin (ə) dəyərlərindən birini sizin üçün deyim ki, nə məndə var, nə də sizdə. Əgər qızıl və gümüşdən və samandan olan iki anbarın qapısını Əlinin (ə) üzünə açsalar, Əliyə (ə) desələr: Bu iki anbar səninkidir. Deyər: Bu iki anbarı Allah yolunda yoxsullara paylayın. Bu iki anbarda olanlar onun üçün eynidir. Amma mənlə siz belə deyilsiniz. Niyə yalan deyirsiniz ki, mən Əlidən (ə) üstünəm?

Şəqiq Bələxi üç gün yeməyə bir şey tapmır və su ilə qarnını doydurur. Üçüncü gün əlini qaldırıb, deyir: “Allahım! Üç gündür ki, heç bir şey yemirəm. Enerjim azalıb və düzgün ibadət edə bilmirəm. Nə edim?”
Həzrət Peyğəmbər (s) də bir neçə gün olurdu ki, yeməyə bir şey tapmırdı və namazı oturub qılırdı.
Şəqiq elə bu duanı edən zaman bir nəfər gəlir və onun çiynindən vurub deyir: “Sən kimsən?” Deyir: “Allahın bəndəsi”. Deyir: “Adın nədir?” Deyir: Şəqiq. Deyir: “Qalx və mənim ardımca gəl”. Şəqiq görür ki, böyük bir otaqda süfrə açılıb və orada hər şey var. Dedi: “Allaha deyirdin ki, nə edim, O, da yetirdi. İndi otur və ye”. Şəqiq deyir: “Mənim çox şeyə meylim yoxdur. Bir-neçə tikə yesəm, bəsimdir”. Dedi: “Allaha ibadət etmək istədiyin qədər ye”. Yeyir və deyir: “Allaha şükür olsun ki, indi ayaq üstə namaz qıla biləcəyəm”.
Onlar dünyada bu cür yaşayırdılar.

Şəqiq sonra dedi: “Doydum”. Həmin adam dedi: “Onda otur, səninlə işim var. Adını deyəndə səni tanıdım. Mən atanın işçisi olmuşam. Atan ölən zaman hələ böyüməmişdin. Bu ev içindəki əyşaları ilə bir yerdə atanın malıdır. Mən onu əmanət saxlayırdım. Sən böyüyəndə səni tapmadım, bu gün də təsadüfən tapdım. İndi burada olan xidmətçilər və bu ev sənindir”. Şəqiq dedi: “Mənim dünya malına əlaqəm yoxdur. Bu evi və içində olanları özün və bu xidmətçilər arasında böl. Onları azad et. Mənim işim isə ibadətlədir. Bu yemək də bir neçə gün bədənimə bəsdir ki, ayaqda dura bilim. Əgər bəs etməsə yenə də oturub Onunla dərdimi bölüşəcəyəm. Yenə də sənin kimisi gələr və çiynimdən vurub, yemək yeməyə aparar”.

Əlbəttə, bu sözlərin mənası o demək deyildir ki, heç kim iş görməsin və sənəti dalınca getməsin. Halal ruzi qazanmaq on ibadətin doqquzu sayılır. Bu sözlər ona görə deyilib ki, biz dünya malına qarşı həris olmayaq və paxıl olmayaq.

Dünya malında gözünün olmaması barədə ibrətamiz hekayə


Geri dön

Su Perisi

  • 6 mart 2012 23:27
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Halal ruzi qazanmaq on ibadətin doqquzu sayılır.

--------------------

enigmatic_girl

  • 27 fevral 2012 22:34
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm maraqli idi tesekkurler....

--------------------

_GISELLA_

  • 27 fevral 2012 20:19
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

✿Victoria✿

  • 27 fevral 2012 20:10
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
OXUDUM COX GOZEL IBRETAMIZ HEKAYEDI ALLAH RAZI OLSUN

--------------------

Qunduz2

  • 27 fevral 2012 19:15
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
Tesekkkkkkkkkkkkkkkkkkkkur.....

Delya_91

  • 27 fevral 2012 19:13
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

kis masali

  • 27 fevral 2012 13:07
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tewekkurler alllah razi olsun

--------------------
<3
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}