28 Sual-Cavab: Sual 25

 
28 Sual-Cavab: Sual 25

SUAL 25:
Əzəmətli fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin müqəddəs hüzuruna. Salam!
Bizim ailə üzvlərindən biri qərb vurğunu olub, xaç və it mücəssəməsinə həvəs göstərir. Ata-anamın nəsihətləri ona tə᾽sir etmir.
1. Sizin nəzərinizcə, bu işin İslam ruhu ilə uyğunluğu varmı?
2. Naməhrəm kişi ilə dostluq və ona meyl islam nöqteyi-nəzərincə düzgündürmü?
3. Ailə qurmaq istədiyim bir adamla görüşə bilərəmmi?

CAVAB:
Bismillahir-rəhmanir-rəhim. Ümid olunur ki, siz və əsrimizdə sınaq meydanında qərar tutmuş digər xanımlar, Allahın tövfiqi ilə, bu imtahandan üzü ağ çıxıb, islami şəxsiyyətinizi qoruyasınız. Dövrümüzdə qadınların məs᾽uliyyəti çox mühümdür. Onların Qur᾽an tə᾽limlərini, peyğəmbər və imamların yolunu rəhbər tutması olduqca tə᾽sirlidir.

Birinci sualınızda açıqlanmış məsələ böyük təəssüf doğurur. Necə də ürəksıxıcıdır ki, müsəlman və müvəhhid bir mühitdə boya-başa çatmış, «Əllahu əkbər» və azan səsi eşitmiş bir qız özünü bu dərəcədə biganələrə təslim etməklə, məsihiyyət simvolu olan xaça, murdarlıq nişanəsi olan itə rəğbət bəsləyir və öyüd-nəsihət eşitmir. Müsəlman cəmiyyətində qərbpərəstliyin bu həddə çatması təəssüf doğurur.

Həmin qızın həvəsləri biganələr qarşısında zəifliyin nişanəsidir. O, bu simvollarla öz zəifliyini aradan qaldırmaq istəsə də, əslində qeyri-kamilliyini, çaşqınlığını izhar edir. Bu sayaq təzahürlərin yaranmasında pozucu təbliğatların tə᾽sirini qeyd etməklə kifayətlənirəm. Siz və sizin kimi digər xanımlar səthi mütaliə ilə bu sayaq eybəcər əlamətlərin cəmiyyətimizə necə yol tapdığını anlaya bilərsiniz.

İkinci sualınıza işarə ilə bildirirəm ki, kənar kişi ilə rabitə şəriətin müəyyən etdiyi çərçivədən kənara çıxmamalıdır. Naməhrəm kişi ilə ünsiyyətin sonu peşimanlıq ola bilər. Bu sayaq rabitələrin hesabına bir çox subay qızlar iffət və paklığın sərhəddini aşmış, mədəniyyət adı altında gizlənən təkliflərə aldanaraq bədbəxtliyə düçar olmuşlar.

Qeyd etdiyiniz münasibətlər ölçü-biçisizdir. Bu sayaq münasibətlərə gənclik dövründə təsadüf olunsa da, valideynlərin, oğlan və qızı sehirləmiş aldadıcı hisslərdən azad təcrübəli şəxslərin məsləhətləri zəruridir.
Səadət istəyirsinizsə, ailə qurmaq arzularınızı ata-ananıza bildirin. Onlar razılaşmasalar, narahat olmayın. Axı hansı ata-ana öz övladı üçün səadət istəməz?! Sadəcə, bu işdə onların təcrübəsi və agahlığı çoxdur.

Sizə və digər gənclərə yaşınızın bu dövründə diqqətli olmağı, gələcək səadətinizə inanmağı tövsiyə edirəm.
Üçüncü suala gəldikdə isə, bildirməliyəm ki, izdivac niyyəti ilə kimsəyə baxmaq və onunla görüşmək şər᾽i həddi aşmamalıdır. Evlənmə adı ilə naməhrəm kişiyə yaxınlaşmaq olmaz. Sənəti və qazancı haram olan şəxslə ailə qurmaq qadağan olmasa da, bu iş müsəlman qadın üçün xoş gələcək və᾽d etmir. Hər bir müsəlman haram mal, haram geyim, haram yeməkdən çəkinməlidir. Əgər evlənməzdən qabaq haram işdən əl çəkərsə, onunla ailə qurmaq olar.
Uca Allah sizi və bütün müsəlman xanımları islam, iffət və hicab yolunda sabitqədəm etsin.

28 Sual-Cavab: Sual 25


Geri dön

...BARSA FANATI....

  • 27 fevral 2012 23:31
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
Sitat: _XADA_
COOX MARAQLI IDII COX SAG OL

.♣.Chrysalis.♣.

  • 27 fevral 2012 16:58
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
COOX MARAQLI IDII COX SAG OL

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

enigmatic_girl

  • 27 fevral 2012 15:40
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Cavab bir az uzundu ama maraqlidir tesekkurler...

--------------------

ANGEL LOVE

  • 27 fevral 2012 15:14
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk.............................

--------------------

Shokoladka

  • 27 fevral 2012 14:22
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Ilk serh menden axira kimi oxudum tesekkur :)

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 149
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}