Kişilər Facebook-da nə ilə məşğuldurlar, yaxud qadınlar necə...

 
Facebook qadınları yoldan çıxarır?


Ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda “vaxtını öldürən” kifayət qədər evli qadın var. Bəlkə də ilk baxışda bütün qadınlar düşünürlər ki, mən özümü bilirəm, iradəmə hakiməm, yetkin insanam, kimsə məni “yoldan çıxara” bilməz. Buna şübhəmiz yoxdur, amma çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir.
Hər şey adi bir salamla başlayır bəzən, səmimi ünsiyyət yaranır, ortaq maraqlar olur. Söhbət getdikcə irəliləyir, özəl münasibətlərə qədər. İlk vaxtlar sadəcə virtual bir dostu ilə söhbət etdiyini düşünən qadın özü də bilmədən həyat yoldaşında tapa bilmədiklərini o dostunda axtarır, axtarır və tapır.
Hər ikisi bir-biri ilə ünsiyyətdən məmnundur, vaxtlarının çoxunu kompüter başında söhbətlə keçirirlər. Qadın bir zaman ayılır ki, həmsöhbətinə vurulub. Bunu etiraf etməkdən də çəkinmir bəzən. Qarşı tərəfdən də eyni münasibəti görür və beləcə ərinə virtual xəyanətə başlayır.
Psixoloq: "Sosial şəbəkələr ailə dağıda bilməz"
Psixoloq Elnur Bayramov hesab edir ki, insanların xarakterləri müxtəlifdir və hər kəsin sosial şəbəkələrə münasibəti birmənalı deyil: “İnternet insanları fərdiləşdirir, canlı ünsiyyətdən çəkindirir. Fərdlər üzbəüz deyə bilmədiklərini internet vasitəsi ilə çatdırırlar. Hisslərə qapılaraq öz düşüncələrində çarəsiz olduqlarını düşünürlər və anlaşılmaz vəziyyətə düşürlər. Bunun sonu çox vaxt intihar olur. İntihar edən şəxs bir cox hallarda intihardan öncə hər hansısa bir mesaj verir və bu mesajı da çox vaxt sosial şəbəkədə yazır”.
Psixoloqa konkret sual ünvanladıq - “Sosial şəbəkələr ailə dağıda bilərmi?”, belə cavab verdi: “Bu suala birmənalı yanaşmaq olmaz. Əgər cütlükdən hər hansı biri ittiham edirsə ki, digəri internetdə kiminləsə yazışırdı və bu səbəbdən ayrıldıq, bu, doğru olmazdı. Əslində, sosial şəbəkələri bəhanə edərək ayrılan insanların bu qərarını illərlə üst-üstə yığılmış problemlərinin pik nöqtəsi hesab etmək olar. Bir şeyi də qeyd edim ki, internetdə
- darıxıram;
- kim var, kim yox?;
- mən yenə də təkəm və s.

bu kimi statuslar real həyatda gücsüzlüyün, özündən narazılığın, özünü sevdirə bilməməyin nəticəsidir ki, bu insanlar özlərini virtual aləmdə təsdiqləmək istəyirlər.
Kişilər Facebook-da nə ilə məşğuldurlar?
Bir çox kişi Facebook-dan maraq, tanışlıq və yeni münasibətlər qurmaq üçün istifadə edir. Düzdür, onların arasında sadəcə işgüzar əlaqələr, səmimi dostluq quranlar da az deyil, amma Facebook-da “qadın ovu”na çıxan kişilər daha çoxdur. Bunu bir qadın olaraq hər gün Facebook-dakı hesabımın “İsmarışlar” qutusuna gələn mesajlara əsaslanaraq deyirəm. Facebook-da kişilərin qadınlara ünvanladıqları ilk məktubların mövzusu adətən bu cür olur:
- “Salam, necəsiniz, gözəl xanım?”,
- “İlahi, profil şəklindəki sizsiniz?”,
- “Mən elə bilirdim, mələklər yerə gələ bilmirlər”,
- “Sizin profilinizi yüzlərlə profilin arasında gördüm və həmin andaca fərqliliyiniz hiss olundu”,
- “Mən sizə səmimi dostluq təklif edirəm”,
- “Bir ömür dost qala bilərik? Buna çox ehtiyacım var”,
- “Üzünüzdə elə gözəl bir ifadə var ki, insan heyran olmaya bilmir”,
- “Ay Allah, bu şirin körpə sizin balanızdır? Gözəlliyini sizdən alıb”
.
Xüsusilə qeyd edim ki, kişilər yaxşı bilirlər ki, evli qadınla münasibət yaratmaq üçün ilk növbədə uşağına kompliment söyləmək lazımdır. Çünki heç bir ana övladının ünvanına gözəl söz söyləyənə qarşı biganə qalmır


Geri dön

MIRT_AZERI_PISIYI

  • 16 mart 2012 16:00
  • Məqalə: 6
  • Şərh: 220
  • Bal:
valllahh ora xesteliydi girmiremmm ora faceboook xesteleri ucundu

i see you

  • 27 fevral 2012 21:17
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
xesdeliy olmaqina xesdeliydi amma hecde yazdiqlarinizla razi deyilem.eziyyete gore twk

--------------------

Delya_91

  • 27 fevral 2012 20:04
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tesadufen girirem,o da yalandan baxib cixiram)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

enigmatic_girl

  • 27 fevral 2012 19:00
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Faceye nifret edirem... am

--------------------

vostochnaya

  • 27 fevral 2012 18:55
  • Məqalə: 0
  • Şərh: 125
  • Bal:
{awards}
yenede face haminin problemi olubda bura

--------------------
__I__LOVE__LIVE__

J ♥ S

  • 27 fevral 2012 18:37
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
faceden zehlem gedir.............

--------------------
J & S ∞♥....

Musique Sage

  • 27 fevral 2012 17:49
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
facede yoxam etrafimdakilar xestediler o sosial sebeke qizlar ucun deyil

_GISELLA_

  • 27 fevral 2012 17:38
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
faceye girmirem maraqli deyil menimcun.....yenede twk....

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

s_a_b_r_i_n_a

  • 27 fevral 2012 17:34
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
hmm tewekkurler...amma oxumadim....)))))))

--------------------

kis masali

  • 27 fevral 2012 17:24
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tewekkurler men facebooka girmirem ancaq taniwlarim arasinda girenler varki artiq buda onlarda xestelik halina gelib catib duz buyurursunuzki insanlar tenhaliqdan aile veziyyetinden asili olaraq sosial sebekelere girir ve asudecici olur her kes ozunu idare etmelidir unutmaq lazim deyilki bura virtual dunyadi gercek dunyadan qopmayin ve bu saytlardanda taniwliq meqsedi ile yox melumat elde etmek meqsedile istifade edin elbette taniwliqda pis hecne yoxdu sadece ozunu her weyin yerin bilmek gerekdir maraqli melumatlar uzre sohbet etmek lazimdir etik normalra cavab veren sohbetler

--------------------
<3

Koroleva Tvoya

  • 27 fevral 2012 17:06
  • Məqalə: 2
  • Şərh: 67
  • Bal:
{awards}
Ne qeder virtual heyat olursa olsun,yene de adam internetde tanidgina chox baglanir,belke de real heyatda taniw olsaydilar bele olmazdi

✿Victoria✿

  • 27 fevral 2012 17:00
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
OXUMADIM CUNKI ELAQEM YOXDU MENE MARAQSIZ GELDI YENE DE TESEKKURLER

--------------------

Shokoladka

  • 27 fevral 2012 16:59
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Faceye girmirem,girenlerde deyirlerki xestelikdi.Ona gore de artiq hecne yazmayacam xebere gore tsk :)

--------------------


.♣.Chrysalis.♣.

  • 27 fevral 2012 16:57
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Salam, necəsiniz, gözəl xanım?”,
- “İlahi, profil şəklindəki sizsiniz?”,
“Mən sizə səmimi dostluq təklif edirəm”,


xa xaaa raziyaam ama men orda ele gozel dostlar tapmisamkii menim heyatimi deyisibler yaxsi menada.twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}